Fedora (əməliyyat sistemi)

Fedora - Fedora Project tərəfindən dəstəklənən və Red Hat şirkətinə məxsus, Linux nüvəsi əsasında yaradılmış, RPM əsaslı əməliyyatlar sistemidir. Əvvəllər Fedora Core kimi tanınırdı. Hər 6 aydan bir Fedoranın yeni versiyası buraxılır. Hər versiya isə 13 ay dəstklənir. Linux nüvəsinin yaradıcısı Linus Torvalds 2008-ci ildə Fedora işlətdiyini bildirmişdi.