Fikrət Məmmədov (hüquqşünas)

Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Respublikasının ədliyyə naziri (2000-ci ildən), I dərəcəli dövlət ədliyyə müşaviri.

Fikrət Məmmədov
Vəzifədədir
19 aprel 2000-ci ildən
ƏvvəlkiSüdabə Həsənova
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955(1955-07-01) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d],
  • Bakı şəhəri 23 nömrəli tam orta məktəb[d]
Hərbi xidmət
Rütbəsi
I dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Şöhrət" ordeni — 2005 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökümətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

Evlidir, 4 övladı var.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Fikrət Məmmədov, həmçinin beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]