Bartolomey Henri Allen (ing. Bartholomew Henry Allen) — DC Comics tərəfindən nəşr edilən komikslərdə peyda olan uydurma superqəhrəman. İlk dəfə Showcase #4 (oktyabr 1956) komiksində təqdim edilən personaj Robert Kaniger və Karmayn İnfantino tərəfindən yaradılmışdır.[2] Barri Allen, 1940-cı illərdə Cey Qarrik adı ilə təqdim edilmiş Fleş adlı superqəhrəman adını daşıyan ikinci şəxsdir. Onun gücü əsasən superinsan sürəti ilə bağlıdır. Personajın digər bacarıqları, o cümlədən vibrasiya yaradaraq əşyaların içindən keçməsi, molekullarının silkələnməsinə nəzarət etmə qabiliyyəti ilə əlaqəlidir. Fleşin geyindiyi parlaq qırmızı və qızılı rəngli kostyum küləyin təsiri və sürtülməyə qarşı davamlı materialdan hazırlanmışdır.
Barri Allen | |
---|---|
ing. Barry Allen | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi |
"Showcase #4" (oktyabr 1956)[1] |
Yaradıcı(lar) |
Robert Kanayer Karmayn İnfantino |
Xüsusiyyətlər | |
Əsl adı | Bartalamey Henri "Barri" Allen |
Doğum yeri | Sentral-siti |
Cinsiyyəti | kişi |
Boyu | 180 sm[1] |
Çəkisi | 81 kq[1] |
Göz rəngi | mavi[1] |
Saç rəngi | sarı[1] |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı[1] |
Üzvlükləri |
Fleş ailəsi Ədalət Liqası Mavi Fənərlər Korpusu (yalnız Blackest Night seriyasında) |
Partnyorları |
Spidsterlər: Fleş (Cey Qarrik) Körpə Fleş Uolli Vest Digər superqəhrəmanlar: Hel Cordan Yaşıl Ox Betmen Supermen Ecazkar qadın |
Düşmənləri |
Eobard Toun Kapitan Soyuq Kapitan Bumeranq Zum |
Ləqəbləri | Dünyanın ən sürətli adamı |
Gücləri |
İşıq sürətindən daha böyük sürət yığmaq Digər spidsterlərin sürətini almaq və ya öz sürətini onlara vermək Sürət Gücünün müdafiə sahəsi Zaman səyahəti etmək Sonsuz kütlə zərbəsi endirmək Bədəninin molekullarına nəzarət Şimşək atmaq Sürətli regenerasiya Güclü beyin aktivliyi Fırtına yaratmaq Uçuş (Parallaks gücü ilə) Yavaşladılmış qocalma Su üzərində və divarda qaçma bacarığı Müxtəlif obyektlər və səddlərdən keçmə Hipermetabolizm Müvəqqətin reliktlərini yaratmaq bacarığı Dünyalar arasında səyahət Aurası ətrafında sürət gücü yaratmaq bacarığı |
Barri Allenin klassik hekayələrində ilk dəfə DC Comicsin Multikainat nəzəriyyəsi təqdim olunmuş və sonrakı on illər ərzində DC hekayə xəttləri ardıcıllıqlarının yenilənməsi zamanı həmin nəzəriyyə böyük rol oynamışdır. Barri Allen həmişə DC-nin əhəmiyyətli yenidən yükləmələrində mühüm rol oynamış, "Sonsuz dünyalarda böhran" #8 (noyabr, 1985) nəşrində Multikainatı xilas etmək üçün özünü qurban verərək ölmüş və 23 il müddətində DC-nin adi sihahılarından silinmişdir. Personajın qayıdışı Qrant Morrisonun "Sonuncu böhran: Əclafların qisası" #3 (noyabr, 2008) krossoverində baş vermiş və burda onun bir bulanlıq təsviri yer almışdır. Tam həcmli qayıdış isə Ceff Consun "Fleş: Yenidən doğulma" #1 nəşri ilə başlayan altı nəşrlik limitli seriyası ilə baş tutmuşdur. Bundan sonra Barri Allen "Qaranlıq gecə" (2009), "Fleşpoint" (2011), "Konvergensiya" (2015) və "DC Rebirth" (2016) krossover hekayələrində açar rolunu oynamışdır.
Personaj həm də müxtəlif media sahələrinə uyğunlaşdırılmışdır. 1990-cı illərdə CBS telekanalının istehsal etdiyi "Fleş" teleserialında Barri Allen rolunu Con Uizli Şipp, 2014-cü ildən The CW telekanalında yayımlanan "Fleş" teleserialında isə həmin rolu Qrant Qastin canlandırmışdır. Alan Tudik, Corc İds, Ceyms Arnold Teylor, Taliesin Yaffe, DVayt Şultz, Maykl Rozenbaum, Nil Patrik Harris, Castin Çambers, Kristofer Qoram, Coş Kiton, Adam DeVayn və başqaları personajı müxtəlif animasiya filmləri və seriallarında səsləndirmişlər. DC Genişləndirilmiş Kainatına daxil olan "Betmen Supermenə qarşı", "İntiharçılar dəstəsi" və "Ədalət Liqası" filmlərində Barri Allen rolu Ezra Miller tərəfindən canlandırılmışdır.
Polis kimyaçısı ("The Flash: Iron Heights" nəşrində onun peşəsi tibbi məhkəmə eksperti olaraq dəyişdirilir) olan Barri Allen, çox ləng adamdır və hər yerə gecikir, bu isə onun sevgilisi Ayris Vesti məyus edir. Bir gün gecə vaxtı işləyərkən şimşək kimyəvi maddələrlə dolu qutunu vurur və maddələr qarışaraq Barrinin üstünə dağılır. Bundan sonra Barri başa düşür ki, böyük sürətlə qaça bilir və müvafiq refleks və hisslərə malikdir. O, qızılı şimşək bəzəkli qırmızı kostyum geyinir (Fawcett Comicsin məşhur personajı Kapitan Marveli xatırladır), özünü Fleş adlandırır (uşaqlıq vaxtının sevimli komiks personajı Cey Qarrikin şərəfinə) və Sentral-sitidə cinayətkarlığa qarşı mübarizə aparmağa başlayır. Sentral-siti Universitetinin professoru İra Vest (Ayrisin atası) Barri üçün kostyum və Barrinin vətəndaş geyimində olduğu zaman kostumu saxladığı üzük hazırlayır.[3] Barriyə lazım olduğu zaman kostyum üzüyün içindən çıxır, ehtiyac olmadıqla isə, xüsusi qaz vasitəsiylə kiçilərək yenidən üzüyün içinə yığılır. Bundan başqa, Barri kosmik qaçış lövhəsi icad edir ki, onun köməkliyi ilə də zaman səyahəti həyata keçirir. Allen xalq tərəfindən o qədər sevilir ki, bütün spidsterlər özlərini ona oxşatmağa çalışırlar və onunla yarışırlar. Betmen bir dəfə deyir ki, "Barri elə bir adamdır ki, valideynlərim qətlə yetirilməsəydi mən də belə biri olmaq istərdim."[4]
"Justice League of America" #9 nəşrinə görə, Yer kürəsini işğal etməyi qarşısına məqsəd qoymuş yadplanetlilərin hücumundan sonra, Yerin bir neçə böyük qəhrəmanı – o cümlədən Allen – güclərini birləşdirməyə qərar verir.
Superqəhrəmanlar təklikdə bir çox yadplanetliləri məğlub edə bilsələr də, onlardan biri qarşısında aciz qalırlar və başa düşürlər ki, yalnız birlikdə çalışaraq qalib gələ bilərlər. Bundan sonra qəhrəmanlar Ədalət Liqasını yaratmağa qərar verirlər.
Həmin illər ərzində Barrinin əvvəl Qara bülbül, daha sonra isə Zatannaya qarşı hissləri olsa da, o, ciddi münasibət haqqında fikirləşmir, çünki, həmişə ürəyinin dərinliyində Ayris Vesti sevdiyini başa düşür və sonradan onunla da evlənir. Allen Yaşıl Fənər Hel Cordanla dostluq edir və bu dostluq "Flash and Green Lantern: The Brave and the Bold" limitli seriyasının məzmununa çevrilir.
"The Flash" # 123 – "Flash of Two Worlds" (azərb. İki dünyanın Fleşi) adlanır – nəşrində Barri Dünya 2-yə səfər edərək, DC davamlılığının orijinal Fleşi olan Cey Qarriklə görüşür; məlum olur ki, Cey Qarrikin macəraları Dünya 1-də komiks kitabları kimi nəşr edilmişdir. Bu süjet xətti DC multikainatının əsasını qoymuş və Fleş nəşrlərində davam etdirilərək Dünya 1-in Amerikanın Ədalət Liqası və Dünya 2-nin Amerikanın Ədalət Cəmiyyəti arasında əlaqə yaratmışdır.
Klassik Fleş seriyasından olan "Flash" #179 nəşrində - "Fleş – Fakt yoxsa uydurma?" adlanır – Allen sonradan Əsas dünya (ing. Earth Prime) adlanan bizim dünyaya düşür; burada o, Fleş komikslərinin redaktoru Yulius Şvartzın köməkliyi ilə kosmik qaçış lövhəsi quraraq öz dünyasına qayıtmağa çalışır. O, həm də, Ayrisin qardaşı oğlu Uolli Vestin simasında köməkçi qazanır; Allenin başına gələn qəzaya oxşar qəzadan sonra Uolli də superinsan sürəti qazanır.
Sevgilisi Ayris Vestlə evləndikdən sonra Barrinin alter eqosu onun həyat yoldaşına da bəlli olur, belə ki, Barri bu haqqda yuxuda danışmağa başlayır. Buna baxmayaraq, Ayris Barrinin sirrindən xəbərdar olmasını bildirmir və bir müddət sonra Morenonun dəstəyi ilə Barri özü, sirrini Ayrisə açır.[5] Sonradan məlum olur ki, Ayris 30-cu əsrdən göndərilib və övladlığa götürülüb.
1980-ci illərdə Fleşin həyatı dağılmağa başlayır. Ayris Professor Zum (XXV əsrdən olan həmin supercani Ayrisi sevdiyinə görə Allenə qısqanır) tərəfindən qətlə yetirilir, Allen yenidən başqa bir qadınla evlənməyə çalışdıqda isə Zum əməlini təkrarlamaq istəyir. Allen Zumun qarşısını almaq üçün onun boynunu sındıraraq öldürməli olur. Təəssüf ki, Barri öz toy mərasiminə gəlib çata bilmir və onun həyat yoldaşı qəzəblənir.
Məhkəmə Barrini Zumun qətlində günahkar elan edir. Gələcəklə bağlı fikirlərdən asılı olan andlıların Barriyə hakimin beyninin Əksinə Fleş (Barri onun öldüyünü düşünürdü) tərəfindən yuyulmasını deməsindən sonra, o, məhkəmə zalını tərk edərək qaçır. Bundan sonra Fleş, Əksinə Fleşin hücumuna məruz qalır və başa düşür ki, sirrlərin üstünün açılması və xoş adının bərpa edilməsi gələcəklə bağlıdır, buna görə də zaman maşınını istifadə edərək andlıları gələcəyə göndərir. Onlar müəyyən edirlər ki, Fleşin xoş adını ləkələməyə çalışan Abra Kadabra, Əksinə Fleşin maskası altında gizlənmişdir. Kadabranı məğlub edən Barri, öyrənir ki, Ayrisin ruhu gələcəyə gedərək başqa bir bədəndə yaşayır və həyat yoldaşına qovuşmaq üçün gələcəyə gedir. "Fleş"in sonuncu nömrəsində "Və onlar uzun müddət xoşbəxt yaşadılar..bir vaxta kimi" yazısı altında Barri və Ayrisin ehtirasla öpüşməsi göstərilir. Sonuncu nömrədə (The Flash #350) həm də gələcək hadisələr və Fleşin gözlənilən ölümünə bir neçə işarə əksini tapmışdı.[2]
Mübahisəli "Identity Crisis" ("Zero Hour" hadisələrindən sonra baş verir) hadisələri zamanı məlum olur ki, Barri, Ayrisin ölümündən sonra Barri, Ədalət Liqasının dörd üzvü ilə birlikdə Zatanna tərəfindən Doktor Laytın yaddaşının dəyişdirilməsinin lehinə səs vermişdir. Betmenin Liqanın nə etdiyini öyrəndikdə, Yaşıl Oxun etirazına baxmayaraq Doktor Laytın yaddaşı redaktə edilir. Nəticədə həm Betmen, həm də Doktor Laytın xatirələri bərpa olur, Doktor Layt bütün qəhrəmanlardan qisas alacağına and içir, Betmen isə tərəfdaşlarına olan inamını itirir.
Məhkəmədən sonra işdən uzaqlaşan Barri XXX əsrə gedərək orda Ayrislə qovuşur. Ayrislə birlikdə keçirilən bir neçə xoşbəxt həftədən sonra, Sonsuz dünyalarda böhran baş verir və Anti-Monitor tərəfindən ələ keçirilən Barri 1985-ci ilə qaytarılır; Anti-Monitor hesab edir ki, Fleş, öz istəyinə uyğun olaraq başqa dünyalara səfər edə bilən yeganə şəxsdir və onun azadlıqda qalması yolverilməzdir. Qaçmağa müvəffəq olan Allen, Anti-Monitorun planını pozmağa çalışır, bunun üçün o, enerjini udacaq sürət burulğanı yaradır, lakin yaranmış enerji onun bədəni üçün həddən artıq böyük olduğundan, Barri tab gətirməyərək ölür.[2] Əvvəl, Barrinin keçmişə səfər edərək, ona güc bəxş etmiş şimşək enerjisinə çevrildiyi düşünülsə də, sonradan onun ruhunun bütün ölmüş spidsterlər üçün açıq olan Valhallada – Sürət gücünün (Spid-fors) içində yaşaması güman edilir. Barri Allenin vəfatından sonra, onun köməkçisi Uolli Vest Fleş kostyumunu geyinir.[6]
"Crisis on Infinite Earths" hekayəsinin müəllifi Marv Vulf dəfələrlə qeyd edir (ilk dəfə buna orijinal "Crisis" nəşrinin bərk üzlüklü variantında işarə edilir) və sonradan öz veb saytında izah edir ki, ssenaridə Barri Allenin sonradan DC Kainatı davamlılığına qaytarılması üçün imkan qoymuşdur.[7] Bu işarə, yazıçıya Barrini geri qaytarmağa kömək edə bilərdi. Buna baxmayaraq, BArri nə vaxtsa ölüm qaçışını tamamlamalı olduğunu biləcək və insanlara kömək etmək üçün daha çox əzmlə çalışmalı olacaqdı.
Həm də qeyd edilir ki, Sonsuz dünyalarda böhran zamanı "ölmüş" hesab edilən Barri, o qədər böyük sürətlə qaçır ki, Anti-Monitorun materiya silahını saxlaya bilir və texion silahını ona istiqamətləndirir. "Secret Origins Annual" # 2 (1988) nəşrinə görə, bu hadisədən sonra Barri onu Fleşə çevirən şimşək zərbəsinə çevrilərək keçmişə gedir.[8]
"Deadman: Dead Again" nəşrində Barri, Dedmenin ruhunu göylərə ucalmağa kömək etdiyi qəhrəmanlardan biridir. Yaşıl Oxun "Quiver" hekayə xəttində isə Barri Allenin cənnətdə olması göstərilir. Onun ruhu isə, Maks Merkuri və digər spidsterlərlə birlikdə Spid-Forsun içində yaşayır.
Ayris hamilə qalır və Tornado əkizləri adlanan superinsan sürətli əkizləri dünyaya gətirir ki, onlar da sonradan Super-Qəhrəman Legionu ilə qarşılaşırlar. Dünya-247 kimi tanınan multiversal variantda onların uşaqlarının hər biri də, supersurətə əsaslanan bacarıqlara malikdir. Onlardan biri Cenni Oqnast böyüyərək XS Legionuna qoşulur, Bart Allen adlı digər uşaq isə sürətli metabolizmdən əziyyət çəkərək sürətlə qocaldığına görə, XX əsrə gəlir və burda Uolli Vest onu müaəlicə edir. Orada o, Maks Merkurinin nəzarəti altında İmpuls adlı superqəhrəman kimi fəaliyyət göstərir, sonradan isə ikinci Körpə Fleş kimi Yeniyetmə Titanlar dəstəsinə qoşulur. Bir il sonra, Sonsuz böhran zamanı Bart, dördüncü Fleşə çevrilir və İnierta adlı klonu və Əclaflar tərəfindən qəfildən qətlə yetirilir.[9] Sonradan Uolli yenidən Fleş adını daşımağa başlayır.[10] Sonradan Super-Praymla mübarizədə köməklik göstərməsi üçün XXXI əsrdə Bart, Körpə Fleş kimi Super-Qəhrəmanlar Legionu tərəfindən dirildilir.[11]
Seriyanın 3 saylı nəşrində Hel Cordan və Barri Allen Fleş kimi peyda olur. Qrandmaster hər iki komandaya onların gələcəklərinin necə olacağını göstərir, Barri, Sonsuz dünyalarda böhran zamanı həlk olacağını başa düşür; Qrandmaster Tanrı rolunu oynamağın ona layiq olmadığını bildirərək zamanın axarını bərpa etməyə köməklik göstərir. Barri, Hel Cordanla danışaraq onların talelərinin oxşar olduğunu, lakin, özündən sonra yaxşı miras qoyacağı halda (Uolli Vest və Kayli Reyner) ölümün o qədər də qorxulu olmadığını və onların bu istiqamətdə çalışmalı olduqlarını bildirir. Gəmini məkan baryerindən keçirmək üçün o, qaçış lövhəsi üzərində sürətlə hərəkət edərək komandanın Kronanın bazasına girməsini təmin edir. Kapitan Amerika, Fleş və Eşşək arısına Kronanın müdafiəsini sındırmağın yollarını tapmağı və ölümcül təhlükə olarsa komandanı xəbərdar etməyi tapşırır. Final döyüşü zamanı Barri, Şahingözü Hopduran-adamın hücumundan xilas etsə də, Drimslayerin törətdiyi partlayışda onlar ikisi də həlak olurlar. Sonda məlum olur ki, Barri, Şahingözü də götürərək qaçmağa müvəffəq olub, daha sonra isə, Kapitan Amerikanın göstərişi ilə Barri Kronanı yayındırır, Şahingöz isə partlayan oxla onun maşınını məhv edir. Nəticədə reallıq bərpa olunur, Barri itir, Uolli isə geri qayıdır.
Hələ doğulmamış körpələrini Zumun əli ilə itirdiyinə görə kədərlənən Uolli Vest, əslində kim olduğunu ictimayətə açıqladığına görə peşmandır. Qəfildən peyda olan Barri, ölümündən bir qədər əvvəlki dövrdən gəldiyini bildirir, o, Spektra təsir edərək, Uolli və Barrinin əsl kimliyi haqqında məlumatları hamının yaddaşından silir (Uolli özü də bir müddət Fleş olmasını unudur). Bundan sonra, yoxa çıxmazdan əvvəl Barri həyatının üç çətin anında Uolliyə kömək üçün gələ biləcəyini və həmin şanslardan birini istifadə etdiyini deyir. Faktiki olaraq, orijinal Professor Zumun köməkliyi ilə Zum Uollini əkizlərindən məhrum etməyə çalışdıqda, Barri Allen öz Əksinə Fleşi ilə mübarizə aparır; Zum, Eobard Tounu Fiona Uebbi öldürmək istədiyi vaxtdan bərpa edir və Barri qisasını izləməli olur. İkinci dəfə o, Uolliyə Zumun vurduğu ziyanı aradan qaldırmağa və əkizlərini xilas etməyə kömək edir. Bundan sonra Barri öz zamanına qayıdaraq Zumu da arxasınca aparır və öz zamanında düşməninin boynunu sındırır.
"Infinite Crisis" seriyasının dördüncü seriyasında Barri Allen, Conni Kuik və Maks Merkuri ilə birlikdə spidforsdan gələrək nəvəsi Barta Superboy-Praymı məğlub etməyə kömək edir və qəddar canini özü ilə spidforsa aparır. "Infinite Crisis" #5 nəşrində Bart, Barrinin kostyumunda Tokioya gələrək Superboy-Praymın spidforsdan qaçdığını deyir. "Infinite Crisis" #7 nəşrində Bart yenidən Barri Allen kostyumu geyinərək, növbəti dəfə Superboy-Praymla döyüşür.
"Flash: The Fastest Man Alive" #6 (2006) nəşrində (hadisələr "Infinite Crisis" #5 hadisələrindən bir qədər əvvəl baş verir) Barrinin, Maks Merkuri, Conni Kuik və alternativ Cey Qarriklə birlikdə dörd il alternativ Keystoun-siti şəhərində yaşaması, bundan sonra Bart və Uolli Vestlə görüşərək, Superboy-Prayma qarşı mübarizədə onlara kömək etməsindən bəhs edilir. Superboy-Praymın qaçmasından sonra, Brri düşünür ki, kimsə spidforsun gücünü mənimsəyərək Böhrandan əvvəlki dünyaya qayıtmalıdır. Bart könüllü olaraq razılaşdığına görə, Barri gücə davam gətirəcək kostyumunu son hədiyyə olaraq ona bağışlayır, özü isə geridə qalır. Uollei Vest, uşaqları və həyat yoldaşına görə gedə bilmir. Bart əmin olduğunu bildirir ki, əgər Barri özü gedə bilsə idi, mütləq bunu edərdi, amma nəyə görə edə bilmədiyini demir.
İyirmi üç il əvvəl "Sonsuz dünyalarda böhran" (ing. Crisis on Infinite Earths) hadisələri zamanı vəfat etməsindən sonra, DC Universe #0 nəşrində Barri Allen yenidən DC Kainatının davamlığına qaytarılır, bundan sonra Qrant Morrisonun "Sonuncu böhran"ında (ing. Final Crisis) personajın tam qayıdışı təqdim edilir.
"DC Universe #0" nəşrində hadisələr özünü "hər şey"lə eyniləşdirən adsız hekayəçinin dilindən nəql edilir. Hadisələr inkişaf etdikcə o, Ədalət Liqası üzvləri ilə, xüsusilə Hel Cordan və Supermenlə olan əlaqələrini xatırlamağa başlayır. Əvvəl onun sözləri qara fonda yazılsa da, sonradan fonun rəngi sarı rəngə dəyişdirilir. Hadisələr inkişaf etdikcə sarı rəng qırmızıya dəyişdirilir. Son səhifələrdə həmin danışıq pəncərələri üzərində sarı şimşək görünməyə başlayır.
Zamanla o, dostluq əlaqələri və digər insanlarla münasibətlərini xatırlayır və bu, personajın zəkasını inkişaf etdirməyə kömək edir: "Mən...tanıyıram onu. Mən hər şey deyiləm. Mən, zaman prizamsının ayırdığı işıq şüasıyam". Buna baxmayaraq, o, Darksaydın hər şeyin üzərində düşən böyük kölgəsini görməyə müvəffəq olan yeganə adamdır. Sonuncu səhifədə, qırmızı səmada ay görünür və onun üzərinə sarı şimşək düşür ki, bu da Fleş loqosunu yaradır; personaj " və mən, indi xatırlayıram" deyə qeyd edir. Hekayənin adının "Qoy şimşək olsun" (ing. "Let There Be Lightning") deyə qeyd edilir.[12]
Həmin gün "Daily News"da nəşr edilmiş məqalədə Barri Allenin qayıtması xəbər verilir, nömrənin həmmüəllifi olan Ceff Cons isə qeyd edir ki, "Ən böyük cinayətkar DC Kainatına qayıdırsa, ən böyük qəhrəmanın da qayııtmasına ehtiyac vardır."[13]
Barrinin cismani qayıdışı "Final Crisis" #2 nəşrində baş tutur. Axırdan ikinci səhifədə Cey Qarrik və Uolli Vest titrəmələr hiss edirlər, Cey deyir ki, "lakin, sən bu titrəmələri tanımırsanmı? Bu ola bilməz...Bütün bu illərdən...bütün bu vaxtdan sonra..." Sonuncu səhifədə Barri Allen Orionu öldürən güllənin izinə düşərək Qara yarışını keçərək, Cey və Uolliyə səslənərək "Qaç!" deyir.[14]
"Final Crisis #3" zamanı Cey Qarrik Barrinin həyat yoldaşı Ayris ilə danışaraq, onun ərinin əslində sağ olduğunu deyir. Bu arada Barri və Uolli bir neçə həftəlik gələcəyə qaçırlar. Dincəlmək üçün dayandıqları vaxt, Uolli Barridən həqiqətənmi özü olduğunu soruşur. Orionun ölümünün qarşısını ala bilmədiyinə görə kədərlənən Barri, uzun müddətli ölümdən sonra nəyə görə sağ olmasına təəccüblənir. Bundan sonra Barri və Uolli Anti-həyat tənliyinin təsiri "Qadın qəzəbləri" (ing. Female Furies) komandasını formalaşdırmış Ecazkar qadın, Betvumen, Pişik qadın və Giqanta ilə qarşılaşırlar.[15]
Qadın qəzəblərinin bu yeni versiyasında Libra və Darksaydın dünya hakimliyinə gedən yolda yeganə maneəsi olan spidsterləri izləmək qabiliyyəti vardır, çünki, Barri zaman və məkanda səfər edərək, onların ələ keçirdiyi aləmlərdən qaça bilir.
Barri, həyat yoldaşı Ayrisi görmək üçün dayanır, onu, Anti-həyat tənliyinin əsirliyindən xilas edir. Uzun illər sonra ilk dəfə həyat yoldaşını görən Barri, hisslərinin əsirinə çevrilir və yaddaşı yuyulmuş həyat yoldaşını öpür. Öpüş zamanı, spidfors onun içindən çıxaraq Ayrisi ağuşuna alır və azad edir. Fəth edilmiş dünyanın taleyi, Allenlər və Uolli Vestin əlində qalır.[16] "Final Crisis" seriyasının sonuncu – on yeddinci nömrəsində, Barri və Uolli Qara yarışçını Darksaydın yanına gətirərək, kosmik tirana zərbə endirirlər, Betmenin tanrı-gülləsi (ing. god-bullet) ilə açdığı atəş isə düşmənin tam məğlub edilməsini təmin edir.[17]
2009-cu ildə yazıçı Ceff Cons və rəssam Etan Van Şiver "Fleş: Yenidən doğulma" (ing. The Flash: Rebirth) adlı altı jurnallıq mini seriyası yazmışdır. "Yaşıl Fənər: Yenidən doğulma" (ing. Green Lantern: Rebirth) nəşri kimi, həmin nəşr də Barri Alleni DC Kainatında əsas rola qaytarmışdır. Seriyada hansı Fleşlərin rol alacağı soruşulduqda Cons və Şiver demişdilər ki, "onların hamısı".
Seriya Sentral-siti və Keystoun-sitidə Fleşin qayıtması münasibətilə bayram tədbirlərinin təşkil edilməsi ilə başlayır, Fleşin dirilməsini ictimayətə izah etmək üçün Ecazkar qadının hökümətlə əlaqələrindən istifadə edilir, onun şahid müdafiəsi altında olması bildirilir. Qayıdışı münasibətinə təşkil edilən parad, parti və diər mərasimlərdən qaçan Barri, nəyə görə sağ olmasını düşünür. Şəhərdə yaradılmış Fleş muzeyini ziyarət və dostu Hel Cordanla görüş belə, onu sakitləşdirmir. "Mən gecikə bilmərəm" deyə o, təkrarlayır. Dostu Hel, nə üçün gecikməkdən bəhs etdiyini soruşduqda isə, Fleş cavab verir ki, "Bütün dünyanın mənə ehtiyyacı olmasına."
Sonradan məlum olur ki, Barri kiçik olarkən, onun anası qətlə yetirilib, cinayətdə günahkar hesab edilən atası isə həbs olunub (bu hekayə, Barrinin valideynlərinin hər ikisinin də sağ olduğu əvvəlki Fleş hekayələrinə uyğun gəlmir). Fleş bunu "arxada qoyduğum yeganə açıq hal" kimi təsvir edir. Barri bu haqda düşünərkən, spidster cani Savitar, Fleşin ardınca spidforsu tərk edir. Fleş əlini Savitarın çiyninə qoyarkən o, qışqıraraq "Sən hər şeyin başlanğıcı idin Allen, hər şeyin də sonu olacan" deyir və külə çevrilir. Bu zaman, Uolli Vest, Vestin uşaqları Ayris və Cey, Liberti Bell, Cey Qarrik və Körpə Fleş ağrı tutması hiss edirlər və onları şimşək vurur.[18]
Fleşin sürət kultu ilə mübarizəsi, onların Savitarın ölümünə görə qisas almaq istəyən yeni liderinin ölümü ilə nəticələnir. Bütün spidsterlər yenidən ağrı hiss edirlər, Uolli Vest isə birbaşa Alleni görür və onun yeni – Qara Fleş obrazında olmasını hiss edir.[19] Barri, onun qayıtmasının başqalarına ziyan vuracağını başa düşdükdə, geriyə - spidforsa qaçaraq, burada köhnə dostları Conni Kuik və Maks Merkuri ilə rastlaşır. Maks Allenə Qara Fleşə çevrilməsinin onun günahı olmamasını izah etməyə çalışır. Maks və Barri spidforsun digər tərəfinə düşərkən əsl caninin Professor Zum olması ortaya çıxır.[20]
Zum planını açıqlayır: Barrinin Sonsuz böhran zamanı qısa müddətlik qayıdıb Superboy-Praymla mübarizədə Körpə Fleşə kömək etməsi zamanı, Toun spidforsa subliminal puls göndərərək Barrinin özünüdərkini qaytarmasını təşkil edir. Bu, qəhrəmanın Sonuncu böhran zamanı peyda olmasına gətirib çıxarır. Bundan sonra yeni spidsterə çevrilən Zum, özünün əksinə spidforsunu yaradaraq, Barri və digər qəhrəman spidsterləri ləkələməyə çalışır. Barri döyüşməyə vaxt tapmamış Zum yoxa çıxır. Uolli dayısını xilas etmək üçün spidforsa daxil olur, Barri spidforsun dərinliyinə irəlilədikdən sonra, Merkuri ona bildirir ki, spidforsu yaradan məhz Barri Allen olmuşdur. Bu arada, Uolli Barri və Maksı tapır və onlar üçü də qaçmağa başlayırlar. Üç qəhrəman spidsterin enerjiyə çatmasından sonra, Barri, Uolli, Cey, Maks və Bart birlikdə Zuma zərbə endirirlər.[21]
Yeddi spidster (beş kişi, həmçinin Cessi Çembers və Ayris Vest-Park) Zuma qarşı döyüşə başlayırlar və say çoxluğuna baxmayaraq Zum Barrini üstələyir. O, göstərir ki, Barrinin başına gələn hər şey, o cümlədən, anasının öldürülməsi Zum tərəfindən təşkil edilib. Bundan sonra hamını məhv etməyə qərar verən Zum, Barrinin həyat yoldaşı Ayrisi onların görüşməsindən əvvəl qətlə yetirir.[22]
Barri Zumun arxasınca gəlir və onu izləyən Uolli deyir ki, gərək zaman baryerini keçə bilmək üçün o, var gücü ilə qaçsın. Onlar Touna çataraq, Barrini Fleşə çevirən şimşəyə dönürlər və Zumun Ayrisi öldürməsinin qarşısını alırlar. İki spidster Tounu zamanda geriyə itəliyərək müasir vaxta gətirdikdə məlum olur ki, Ədalət Liqası, Amerikanın Ədalət Cəmiyyəti və Autsayderlər xüsusi olaraq Toun üçün qurğu hazırlamışlar. Barri Tounu qurğunun içinə ataraq onu aktivləşdirir və beləliklə də Zumun neqatic spidforsla əlaqəsini kəsir. Zumun qaçmasının qarşısını almaq üçün, Fleşlər onu bağlayırlar. Təhlükənin aradan qalxmasından sonra, hamı birlikdə Barri, eləcə də digər spidsterlərin qayıtmasını qeyd etməyə başlayır. Bundan sonra, Barri anasının qətli işini bağlayır və ölümündən sonra açıq qalmış digər cinayət işləri ilə məşğul olmağa başlayır. Bir müddət Ayrislə vaxt keçirdikdən sonra o, Vaşinqtona gələrək, Ədalət Liqası üzvləri ilə birlikdə qayıtmasını qeyd edir.[23]
Hel Cordanla yanaşı Barri Allen də Qaranlıq gecə (ing. Blackest Night) komiksinin əsas qəhrəmanlarından biridir. Allen, Cordanla yanaşı iyul krossoverinə proloq xüsusiyyəti daşıyan "Blackest Night" #0 nəşrinin üz qabığında görnür.
Qotem-sitidə Brüs Ueynin məzarı üstünə gələrkən Hel və Barri, Betmenin ölümü üzərində düşünürlər və qəhrəmanların Ueyn və Betmenin əlaqəsini danması haqqında fikirləşirlər.
Bu zaman, onlar öz ölümlərini görürlər, Barrinin ölümü insanların ürəyində dərin kədər, Helin ölümü isə qəzəb yaradır. Bunun bunları yekunlaşdıran Hel Barriyə deyir ki, "Mən günahkar, sən isə müqəddəs kimi öləcəksən." (buna baxmayaraq o, öz sözləri və keçmiş günahları haqqında fikirləşir.) Müzakirə dünyanın getdikcə "daha təhlükəli" olmasına gəlib çatır, Barrinin ölümündən sonra Artur Karri və Marslı ovçunun ölümü, Ədalət Liqasının ruhunun ölməsi ilə nəticələnir. Qəbirsanlıqdan çıxarkən Barri bildirir ki, ölmüş silahdaşlarının bir gün onların yanına qayıdacağına ümid edir. O, Betmendən sitat gətirərək deyir ki, "Əgər qaçış varsa, əmin olun ki, Betmen artıq onu planlaşdırır."[24]
Barri həm də Hel Cordanla birlikdə Yaşıl Fənər seriyasının hadisələrlə əlaqəli iyul seriyasında çıxış edir. Qara Fənər Conn Conzzla döyüş zamanı Brüs Ueynin məzarı üstündə qana oxşar qara kölgə görünür, həmin kölgə döyüş zamanı onun dərisinə və əzələsinə keçir, keçmiş dostu Barri və Heli öldürür, Qara Fənərlərin gözləri önündə kainatın balansını bərpa etmək üçün geri qayıdır.[25][26]
Marslılar, daha sonra isə Hel, Atom, Mera, Od qasırğası və iki İndiqo tayfası nümayəndəsinin daxil olduğu Qara Fənərlərlə döyüşdükdən sonr, Barri, Uolli və Bart bütün Yer kürəsi boyunca qaçaraq, mövcud superqəhrəman dəstələrinin hamısına baş verənlər haqqında məlumat verirlər.[27] Onun mesajı həm də Əclaflara gedib çatır. Onlar başa düşürlər ki, dəstənin ölmüş üzvləri mütləq onların arxasınca gələcəklər və buna görə də, ilk növbədə Ayron-Hayts həbsxanasına zərbə endirməyə qərar verirlər. Bu arada Barri qısa müddətlik Professor Zumun Qara Fənər versiyası ilə qarşılaşır. Şəhər rəhbəri Solovardan kömək almaq üçün Qorilla-sitiyə gedən Barri, rəhbərin çoxdan qətlə yetirildiyini bilmir. Şəhərə hücum edildiyini görən Barri, Solovarın Qara Fənərə çevrilməsini anlayan Qroddun qorxudan bu işləri törətdiyini düşünür. Onların döyüşü Kost-sitiyə yol alan Barri tərəfindən dayandırılır.[28]
O, şəhər memorialı qarşısında dayanır və burda, Qara Fənərlərin lordu Nekronun, köməkçiləri Çapıq və Qara əllə birlikdə gəlmələrinin şahidi olur.[29] Nekronla mübarizədə Barriyə kömək etmək üçün, Ədalət Liqası, Titanlar, Uolli və Bart da şəhərə gəlirlərlər. Nekron bildirir ki, yenidən dirilmələrinə imkan yaradılmış bütün qəhrəmanlar ona qoşulacaqlar. Bundan sonra Nekron qara üzüklərin köməyi ilə, Supermen, Ecazkar qadın, Troya, Yaşıl Ox, Bart və bir neçə başqa dirilmiş qəhrəmanı Qara Fənərlərə çevirir.[30]
Barri və Hel Qara Fənərlərin hədəfinə çevrilirlər, qaçmayacaqları halda onlardan birinə çevrilmək təhlükəsi ilə üzləşirlər. İki saniyəlik gələcəyə qaçan Barri, özünü və Heli xilas edərək qara üzüyü hədəfsiz qoyur. Barri və Hel, Nekron və onun köməkçiləri ilə mübarizədə kömək üçün digər qəhrəmanlara qoşulduqdan sonra, Kainatın mühafizəçilərindən biri olan Qantet Mavi Fənər Korpusunu köməyə çağırır və döyüş zamanı daha effektiv olması üçün üzük Barrini seçir.[31]
Mavi Fənər seçildikdən sonra Barri gücünü Mavi Fənər Korpusunun veteran üzvü Sent-Uolkerlə birləşdirir, Qara Fənərlərlə döyüş zamanı üzüyün gücünün sərhədlərini müəyyənləşdirir. Döyüş zamanı Barri öz nəvəsi ilə qarşılaşır. Üzük onun sağ olmasını müəyyən etsə də, qara üzüyün təsirindən təzliklə azad edilməyəcəyi halda öləcəyi ortaya çıxır. Üzük Barriyə, təsəvvürü əsasında energetik konstruksiyalar yaratmağa imkan verir, beləliklə onun hisslərini qaytara bilir. Barrinin planı demək olar ki, işləməyə başlayır, Bart, keçmişindən olan obrazlara reaksiya verir, lakin, tezliklə Qara fənərlər – Professor Zum və Solovar gələrək ona mane olurlar. Uolli və Uolker onlarla döyüşmək üçün Barriyə qoşulurlar.[32] Barri və Bart müvəqqəti "Qaranlıq gecə"nin son hadisələri zamanı müvəqqəti olaraq Ağ Fənər Korpusuna qoşulurlar.[33]
"Qaranlıq gecə" seriyasının tamamlanması "İşıqlı gün" (ing. Brightest Day) seriyasının başladılmasından sonra, yeni Flşə seriyasının da yayımına başlanılmışdır. "Fleş: Yenidən doğulma" (ing. The Flash: Rebirth) hadisələrindən sonra, Barri Allen Sentral-sitinin ictimai həyatına inteqrasiya olur. Şahid qoruması altında olması adı ilə Barri, Sentral-siti Polis Departamentindəki işinə və Fleş kimi şəhərin küçələrinə qayıdır. Fleş yenidən adi həyata uyğunlaşmağa çalışdığı bir vaxtda, "Əclaflar" dəstəsindən Güzgü ustası Fleş kostyumu geyinərək şəhərə çıxır və nümayişkəranə şəkildə ölür.
Hadisəni tədqiq etmək üçün oraya gələn Barri, ölən adamın nə ilk Güzgü ustası Sem Skudder, nə də hazırda aktiv olan Evan MakKollox olmadığını görür. Yeni bir portalın yaranmasını öyrənən Barri, onu tədqiq etmək üçün Fleş kostyumu geyinir və ora gedir. O, hadisə yerinə çatdlqda "Əclaflar" kimi geyinmiş, lakin XXV əsrdən gəldiklərini və "Mürtədlər" (ing. The Renegades) adlı dəstənin üzvü olduqlarını deyən canilər "Güzgü monarxı"nın qətlinə görə qisas alacaqlarını bildirirlər. Barri onlara deyir ki, heç kimi öldürməyib, buna cavab olaraq Mürtədlərin lideri olan Komandir Soyuq söyləyir ki, "Hələ ki, yox. Amma öldürəcəksən."[34]
Qısa müddətli döyüşdən sonra hava cadugərinin diski zədələndiyinə görə, Mürtədlər XXV əsrə qayıtmalı olurlar, onların qəfil zaman sıçrayışı isə yaxınlıqdakı yaşayış binasını zədələyir. Barri bina sakinlərini xilas edir. Bundan sonra o, Güzgü monarxının əsl qatilini axtarmağa başlayır. Bu zaman o, yenidən Mürtədlərin hücumuna məruz qalır; hücum zamanı Barri, Kapitan Bumeranqın indi enerji bumeranqlarına malik olmasını öyrənir. Bumenranq həm Fleş, həm də Mürtədlərə qarşı döyüşməyə başlayır və daha sonra, Barri Allenin həqiqətənmi, onlara lazım olan adam olmasını soruşur.
Mürtədlər nəhayət ki, Kapitan Bumeranqı küncə sıxırlar, bu zaman, Əclaflar gələrək, özləri ilə böyük bir güzgü gətirirlər və deyirlər ki, sonuncu Güzgü ustası onu saxlayaraq "Fleş yenidən gəlsə, bunu sındırarsız" demişdi. Bu arada, Top (XXV əsrdən gəlmiş Mürtədlər dəstəsinin üzvü) Fleşə deyir ki, Güzgü monarxını öldürməsinin səbəbi Ayrisin öldürülməsidir. O, bildirir ki, güzgülərdən biri Ayrisə təsir edərək onu Barridən uzaqlaşdırır. Barri güzgünü sındıraraq onun təsirini dayandırmağa çalışır. Lakin, Ağ Fənər Kapitan Bumeranqa müraciət edərək bumeranq atmasını dedikdə, o, hər tərəfə onlarla bumeranq atmağa başlayır. Onlardan biri güzgüyə dəyir və o, sınır. Top Fleşə Güzgü hakimini dayandırmağı desə də, o, gedərək Ayrisi xilas edir. Top onu güzgünün içinə ataraq qaçır.
Güzgüdə Barri, anası haqqında qəribə görmələrlə üzləşir. Güzgü xaricində, Əclaflar dəstəsindən olan Güzgü ustası bildirir ki, Barrinin içində olduğu güzgü əslində yavaş təsir göstərən zəhərdir və bundan sonra, Əclaflar ordan uzaqlaşırlar. Güzgünün əsirinə çevrilmiş Barri nə baş verdiyini anlamır və "Güzgü lordu hardadır?" deyə soruşur. Bundan sonra Mürtədlər onu həbs edirlər, baş verənlərin hamısının Topun planı olduğunu və onun, Barrini öz məqsədləri üçün istifadə etdiyini anlayırlar. Barrini XXV əsrin məhkəməsinə aparırlar, Top isə Ayrisi sakitləşdirir.
Lakin, Barri, XV əsrdən qaçaraq Topun arxasınca gəlir. Top bildiriri ki, törətdiyi bütün cinayətlərin səbəbi, Barrinin əvvəl bağlanmış hesab edilən cinayət işini yenidən açmasıdır. Barri hiss edir ki, cinayətkar kimi qəbul edilən adam əslindəə günahsızdır. Günahkar olan adam isə Topun qohumlarından biridir. Top deyir ki, qohumları arasında məhbus olan birini Mürtədlər dəstəsinə götürməmək kimi bir qayda var. Fleş isə Topu döyərək, əsl günahkarın cəza almasını təmin edə bilər. Bundan sonra XXV əsr məhkəməsi bütün faktları tədqiq edərək Fleşin düz danışdığını, Mürtədlərin isə yanıldığını ortaya çıxarır. Bu, Fleş seriyasının gələcəkdə baş verəcək Fleşpoint (ing. Flashpoint) hadisəsinə işarə edir. Bu arada spidfors gücü ilə hərəkət edən motosikletdə irəliləyən kəs (sonradan məlum olur ki, o, İsti təqibçi (Hot Pursuit)[35] kimi tanınan spidfors polis zabitidir) deyir ki, Barri qısa zamanda qığılcım nöqtəsini (fleşpoint) tapmasa, bütün dünya məhv ediləcək. O, səhrada irəlilədikcə uzaqda şimşək çaxmağa başlayır.
Yaşıl Fənər hekayə xəttində Barri Parallaksın qorxu hissinin son daşıyıcısına çevrilir, bundan sonra Hel Cordana qoşularaq, hisslər spektrının bütün daşıyıcılarını axtarmağa başlayır. Cordanın təhlükəsizliyindən qorxduğuna görə, Barri tez-tez varlığın hücumuna məruz qalır.[36] Mərhəmətə çevrilməsindən sonra, Barri qorxunun əsarətindən azad olur, Prozelita ona, keçmişini xatırlamağa kömək edir.
Bundan sonra DC Comics Flashpoint Friday bloqu vasitəsiylə elan edir ki, Fleş seriyasının XII nömrəsi sonuncu olacaq, 25 may 2011-ci ildə çıxarılacağı elan edilən XIII nömrə isə təxirə salınıb.
Hadisələr Barri Allenin iş yerində yuxudan ayılması ilə başlayır. Barri başa düşür ki, Supermen, Ecazkar qadın və Akvamen öz xalqlarına rəhbərlik etmir, onun həyat yoldaşı Ayris hələ də subaydır, özü isə heç bir gücə malik deyildir. Barri Betmenin kömək edə biləcəyini düşünərək Qotem-sitiyə gəlir və Ueynlərin malikanəsinə girir. Kiçik Betmağaraya çatan kimi Betmen ona hücum edir. Barri kim olduğunu bildirmək üçün Betmenin Brüs Ueyn olmasını bildiyini desə də, bu reallıqda Betmenin Tomas Ueyn olmasını öyrənir. Betmen Barrini döydüyü müddətdə o, gizli kimliyinin Fleş olması və Brüs Ueynlə olan əlaqələrindən danışır. Barrinin xatirələri qəfildən dəyişməyə başlayır və o, anlayır ki, Fleşpoint reallığı alternativ reallıq deyil, Barrinin öz reallığıdır. Barri Fleş kostyumunu saxladığı üzükdən kostyumu çıxarmağa çalışdıqda, ordan Professor Zumun kostyumu çıxır. Barri Betmenə, Zumun onu ələ saldığını deyir. Barri Betmenə danışır ki, həm o, həm Zum qaçaraq zamanı dəyişməyə qadirdilər, Betmen isə ondan, Brüsün necə yaşadığını soruşur. Barri bildirir ki, o, sürətini geri qaytarmalıdır. Betmen və Barri, əvvəlcə ona güc vermiş qəzanı təkrarlamaq üçün elektrik stulu yaradırlar. Lakin, birinci cəhd uğursuzluqla nəticələnir və Barridə ciddi yanıqlar əmələ gəlir.[37]
Ayıldığı zaman Barri Betmağarada əməliyyat masasına uzandığını görür və çoxsaylı üçüncü dərəcəli yanıqlara görə sarğılarla əhatə olunduğunu anlayır. Tomasın etirazına baxmayaraq, Barri yenidən elektrik stuluna əyləşir və ikinci cəhd zamanı sürətini qaytarmağa müvəffəq olur, bundan sonra Betmeni uçan divar altında qalmaqdan xilas edir. Sürətlənmiş regenerasiyaya görə Barrinin yaraları sürətlə sağalır. O, Fleş kostyumunun yeni kopyasını hazırlayır. Zumun onların həyatını qəsdən dəyişdiyini düşünən Barri DC kainatının qəhrəmanlarını axtarmağa çalışır və Zumun əsas məqsədinin Ədalət Liqasının yaradılmasına mane olmaqla əlaqəli olmasını düşünür. Barri öyrənir ki, Supermen kiçik olduğu vaxt Kanzasda yaşamaq əvəzinə hökümətin nəzarətinə götürülüb və onun yaşadığı Metropolisə bomba düşüb. Onlar hökümətin "Layihə: Supermen" (ing. Project: Superman) bunkerinə girmək üçün Kiborqun köməyindən istifadə edirlər. Qrup üzərində Supermen işarəsi olan nəhəng qapı ilə üzləşir. Qapını açan üçlük, rəngi qaçmış, arıqlamış Kal-Eli görür. Barri deyir ki, xarici görünüşünə baxmayaraq, Supermen həmişə yaxşı insan olaraq qalacaq. Mühafizəçilərin gəlməsindən sonra qəhrəmanlar qaçarkən, Supermen öz gücünü büruzə verərək üçlüyü arxada qoyaraq uçub gedir.[38]
Onlar mühafizəçilərə qarşı döyüşdüyü müddətdə Ecazkar qadın köməyə yetişir. Barrinin xatirələri daha radikal şəkildə dəyişməyə başlayaraq keçmişi ilə tərs mütənasiblik təkzib etməyə başlayır. Barri bildirir ki, onun vaxtı başa çatmaq üzərədir və qısa müddət sonra o, zamanı əvvəlki axarına qaytara bilməyəcək. Barri özünə gəldikdən sonra, qəhrəmanlardan xahiş edir ki, atlantidalılar və amazonlar arasındakı müharibə dərhal dayandırılsın, lakin, qəhrəmanlar Betmenin onlara qoşulmağa razılaşmayacağı halda bu təklifi rədd edəcəklərini deyirlər. Qəhrəmanlar Yeni femiskiraya gələrək müharibəni dayandırmağa nail olsalar da, Cadugər peyda olaraq özünü amazonların casusu kimi təqdim edir və Marvel ailəsini ayıraraq ölümlü insan hallarına qaytarır. Pentesileya Billi Batsonu qətlə yetirir, Professor Zum isə özünü Barriyə göstərir.[39] Zum Barriyə deyir ki, "Fleşpoint" zamanı axını əslində Barrinin özü tərəfindən yaradılıb; belə ki, Barri anasının Zum tərəfindən qətlə yetirilməsinin qarşısını almaq üçün keçmişə gedərkən zaman axınını dəyişib və reallığın zaman axını apokaliptik zaman axımının yaxınlığından keçməyə başlayıb. Bundan sonra Zum, Barrini ələ salaraq gülməyə başlayır; bu zaman, Betmen, qəfildən amazon qılıncı ilə Zuma arxadan zərbə endirir. Barri hadisələri əvvəlki zaman axınına qaytarmazdan əvvəl Betmen ona, etdiyi hər şeyə görə minnətdarlığını bildirir və oğlu Brüs Ueynin adına yazılmış məktub verir. Bundan sonra Zumu dayandıran özünə mane olmaq üçün keçmişə səfər etməli olan Barri, anası ilə sağollaşır. Zamanın qaytarılması zamanı Barri səs eşidir; ona deyilir ki, üç zaman kəsimi yenidən birləşərək vahidə çevrilməlidir və bu işdə Barrinin köməyinə ehtiyac vardır. Bundan sonra Barri, Brüs Ueynlə görüşərək atasının məktubunu ona çatdırır. Brüs, hadisələr öz axarına qayıtmamışdan əvvəl onu "Fleşoint" hadisələri haqqında xəbərdar etdiyinə görə Barriyə təşəkkür edir.[40]
DC Comics, The New 52 çərçivəsində bütün əsas başlıqları kimi, Frensis Manapul və Brayan Bruççellatonun rəhbərliyi altında "The Flash" başlığını da 2011-ci ilin sentyabrında yenidən yayımlamağa başlamışdır.[41][42] DC-nin yeni nəşrlərinin hamısında Barri, əvvəlki nəşrlərlə müqayisədə beş yaş daha cavan təsvir edilir. Barri qəzəblənərək kiçik aləti pəncərəyə çırpır. Pəncərədə dəlik açılır və şimşək həmin pəncərədən keçərək Barrini vurur və Barri güc əldə edir.
Ədalət Liqasının yeni başlığının ikinci nömrəsində (New 52 çərçivəsində çıxarılmış və DC Kainatının ilk komiks kitabı) Fleş, Yaşıl Fənər və Betmenə Supermenin təsirdən çıxmağa kömək edir, daha sonra isə sonradan Darksaydın casusu olması müəyyənləşən yad planetlinin işinin araşdırılmasında onlara kömək edir.[43] Yeni ardıcıllıqda Barri və Ayris evli deyillər, bunun əvəzinə, Barri iş yoldaşı Petti Spivotla münasibətə malikdir. Bu yeni seriyada Fleş hər dəfə Sürət gücünə daha dərin baş vuraraq zəka gücünü inkişaf etdirməyə çalışır, eyni zamanda, hələ də tam hakim olmadığı bacarıqlarını tənzimləməyə cəhd göstərir.
Həmin seriyanın #0 seriyalı nəşrindən məlum olur ki, Barrinin anasının qətlinə görə atasını həbs edirlər. Sübutlar Barrinin atasının qatil olmasını göstərsə də, o, buna inanmır.
Barri həm də Ədalət Liqasının yenilənmiş heyətinin əsas üzvlərindən biri olmaqla, seriyanın ikinci nömrəsində debüt edir. Konvergensiya hadisələrindən sonra #41 nömrəli nəşrdən başlayaraq Barri, daha tünd rəng tonlu və daha çox xətli yeni kostyum geyinir.
DC Rebirth davamlığında Barri artıq, yeganə Fleş deyil. Məlum olur ki, Uolli Vest Sürət gücündə itib, naməlum varlıq Fleşpoint böhranı zamanı Barrinin olmamasından istifadə edərək reallığı əsaslı dəyişməyə çalışıb. Darksayd müharibəsindən sonra Uolli Vest qaçmağa çalışaraq ya dostlarını xəbərdar etmək, ya da xilas olmağa çalışsa da, hər cəhdində daha çox dərinə batır. Hətta Lindanın (ənənəvi işıqlandırma çubuğu) belə onu xatırlamadığını başa düşən Uolli məyus olur və ona bəxş etdiyi həyata görə Barriyə sonuncu dəfə təşəkkür etmək qərarına gəlir. Yoxa çıxmazdan bir qədər əvvəl Barri Uollini xatırlayır və Spidforsdan çıxarır. Yenidən qovuşduqdan sonra Uolli Barrini ba verənlərin əsl səbəbindən xəbərdar edir və gözlənilən təhlükə haqqında məlumat verir. Uolli sayəsində Barri indi bilir ki, Fleşpoint hadisələrindən sonra zaman şkalası düzəlməmiş və alternativ axın yaranmışdır. Lakin, Barri, hələ də Fleşpointdən əvvəlki hadisələri xatırlamır, Cey Qarrikin kim olduğunu bilmir Əksinə-Fleş / Eobard Tounla olan düşmənçiliyinin səbəblərini xatırlamır (Əksinə-Fleş isə hər şeyi xatırlayır), Uollini isə yeni DC Rebirth xronologiyasına görə tanıyır.
Uolli tərəfindən xəbərdar edilməsinə baxmayaraq, Barri hələ də özünü günahkar hiss edir və vəziyyəti düzəltməyə çalışır. Uollinin Linda ilə olan keçmiş təcrübəsinə əsaslanan Barri və Uolli, ikincinin qayıtması xəbərini Ayrisə deməməyi qərarlaşdırırlar Buna baxmayaraq, Barri, Uolliyə “Gənc Titanlar” dəstəsinə qayıtmağı və “Körpə Fleş” kostyumunu Fleş kostyumuna dəyişməyi məsləhət görür. Uolli öz variantlarını nəzərdən keçirsə də, Barri, gedərək xarici güclərin hücumunu müzakirə etmək üçün Betmenin yanına gedir. Betmen və Barri, hansı güclə üz-üzə qaldıqlarını müəyyənləşdirməyənə kimi bildikləri məlumatları gizli saxlamağa qərar verirlər.[44] Sonradan Eobar Tounun Ayris və Uollisə hücumu zamanı, Ayris, Fleşpointdən əvvəlki dövrdə Barri ilə birlikdə olan həyatlarını qismən də olsa xatırlayır və onun Fleş olması ilə bağlı sirri yadına salır. Barri, sonradan onların başqa xronologiyada olan evliliklərini də xatırlayır.[45] Eobard Toun sayayəsində Ayris öyrənir ki, Barrinin zaman səfərləri nəticəsində onun həyatı tamamilə dəyişərək əvvəlkindən fərqli hal alıb və buna görə də Ayris, Barriyə olan inamını itirir.[46] Bu arada Neqativ Spidforsa daxil olan Barri Əksinə Fleşə çevrilir və daha təhlükəli olur.
Neqativ Spidforsun təsirindən xilas olduqdan sonra, Barri Turbinin qətlini araşdırmaqla məşğul olur və Qadspidin köməyi ilə onun qisas almaq istəyən Kapitan Soyuq tərəfindən öldürüldüyünü başa düşür. Top üzərində qələbə çaldıqdan sonra Barri, Uollini ziyarət edərək ona, Ayrisin hər şeyi necə öyrənməsini danışır. Barri Ayrislə münasibətlərini bərpa etməyə çalışdığı müddətdə Qorilla Qrodd və onun Qara Dəlik təşkilatı şəhərə hücum edir.
Qroddu məğlub etdikdən sonra Barrinin vasitəçiliyi ilə Ayris və Uolli ilk dəfə görüşürlər. Bundan sonra qəhrəmanlar Əclaflar dəstəsi ilə qarşılaşmalı olurlar. Ayrisin nəyə görə Eobard Tounu öldürməsinə cavab tapmaq üçün Əclaflar Fleşlər və Ayrisi XXV əsrə aparırlar. Burda məlum olur ki, Hanter Zolomon Spidforsu məğlub etmək üçün Barri və Uollini qarşı-qarşıya gətirməyə çalışıb və bu məqsədlə də hər kəslə manipulyasiya edib.
Barri Allen superinsan superinsan sürəti ilə qaçmaq bacarığına malikdir. Gümüş dövrü komikslərində o, hərəkət potensialından daha sürətli insan kimi təsvir edilir. “Flash #150” nəşrində qeyd edilir ki, “bütün əzələlərini gərginləşdirən” qəhrəman işıq sürətindən on dəfə böyük sürətlə qaçır.[47] Lakin gələcək nəşrlərdə (Sonsuz fünyalarda böhran zamanı) göstərilir ki, Barri sürətini artırdıqca özü də enerji axımına çevrilir. “Secret Origins Annual #2” nəşrində isə Barri, bir zamanlar ona güc bəxş edən şimşəyə dönür.[48] Sonradan bu fikir “The Flash: Rebirth #1” komiksində də təkrar olunur və Barri deyir ki, “Anti-Monitorun qarşısını aldıqda və spidforsa qarşı qaçdıqda sanki mən ona qatıldım və identikliyimi itirdim.”[18] Barri Allenin malik olduğu bəzi bacarıqlar orijinal Fleş olan Cey Qarrik heç də həmişə təkrar edə bilmirdi. Məsələn, Barri bərk materiyalardan keçmək üçün bütün bədəni ilə atom səviyyəsində vibrasiya yarada bilir. “Cosmic Treadmill” aparatını istifadə edən Allen tez-tez zaman səyahətləri edir. Onun sürəti həm də, müvafiq şəraitlərdə qəhrəmana müxtəlif reallıqlar arasında vibrasiya etməyə imkan verir. Qrant Morrisonun “Sonuncu böhran” komiksində Barri, Həyata qarşı bərabərləşdirmənin təsirini aradan qaldırmaq və həyat yoldaşını Darksaydın beyin əsirliyindən xilas etmək üçün öz bacarıqlarını istifadə edir.[16]
Barrinin sürəti bir sıra ikinci dərəcəli imkanlar da verir. Məsələn, Barri əllərini sürətlə yellədərək siklonları dəyişə bilir. İfraz etdiyi sürət gücü vasitəsi ilə Barri, həm də elektrik enerjisi ilə manipulyasiya edə bilir. O, elektrik enerjisini şimşək axınına çevirə bilir və maqnitizmə minimal səviyyədə təsir üçün istifadə edir. Öz şimşəyini başqa bir spidsterin şimşəyi ilə birləşdirən Barri spidforsun iştirakı ilə qapalı halqa yarada bilir. Barri, fikirlərini adi insandan daha sürətli inkişaf və hərəkət etdirdiyinə görə, həm də telepatik hücumlar və zehin idarəsinə qarşı davamlıdır. Barri böyük sürətlə öyrənərək iri həcmdə məlumat və bilikləri mənimsəyə və sonradan istifadə üçün qısamüddətli yaddaşında saxlaya bilir. Məsələn, bu bacarığını istifadə edən Barri, qısa müddətdə ev inşası texnikasını mənimsəyə və dağıdılmış evi bərpa edə bilir.[49] Spidfors həm də Barrinin aurasını müdafiə edən xüsusi aura yaradır ki, bu da onu kinetik hücumlara qarşı davamlı edir. Barrinin sürəti ona həm də superinsan metabolizmi verir ki, bu da, faktiki olaraq regenerasiya bacarığına bərabərdir.
“The New 52” seriyasında Barri öyrənir ki, onun beyni, bədənindən fərqli olaraq spidforsdan tam həcmdə istifadə etmir. Həkim Eliasın köəkliyi ilə Barri məlumatları daha sürətlə qəbul etməyə və daha sürətli qərar verməyə başlayır və bu bacarığını hadisələri baş verməzdən əvvəl görənə kimi inkişaf etdirir.[50] Zumun zamanı yavaşlandırmaq bacarığına qarşı dura bilmək üçün, Barri, ətrafında zaman axınını sürətləndirməyi öyrənir. DC-nin daxili leksikonuna əsasən Barri metainsan hesab edilir. Metainsanlar ya hansısa ekstranormal bacarıqla doğulurlar, ya da Barri kimi hansısa xarici faktorun təsiri ilə ekstra bacarıq əldə edirlər.[51][52]
Fleş, Əclaflar adlandırılan rəngarəng düşmənlər qalereyasına malikdir. Bu düşmənlər supercani və ya supercinayətkar terminlərini bəyənməyən cinayətkarlardırlar. Əclaflar malik olduqları güclə müqayisədə çox sadə məqsədə (qarət, oğurluq və sair kimi) malik olmaqla, hər biri məqsədinə çatmaq üçün müxtəlif vasitə və bacarıqlardan istifadə edirlər.
DCGK-da Barri Allen/Fleş rolunu aktyor Ezra Miller canlandırır. Bu kainatda kollec tələbəsi olan Barri anasına qarşı törədilmiş cinayətin üstünü açmağa və atasını həbsdən xilas etməyə çalışır. Onun kostyumunun hazırlanması zamanı kosmik şatlların korpusunun hazırlanmasında istifadə edilən materiallardan istifadə edilmişdir. Barrinin həmin materialları hardan əldə etməsi isə izah edilmir. "Ədalət Liqası" filminin sonunda Barri artıq, Sentral-siti Polis Departamentində işləyir.
2007-ci ilin fevralında Warner Bros Mişel və Kiran Molroni cütlüklərinə “Ədalət Liqası” filmi üçün ssenari yazmağı sifariş etmişdir.[79] Həmin ilin sentyabrında Corc Millerlə filmə rejissorluq etməsi üçün müqavilə bağlanmışdır.[80] “Justice League Mortal” adlandırılmış filmdə Adam Brodiyə Barri Allen rolunu canlandırmaq həvalə edilmişdir. Lakin, istehsalatın başlamasına az qalmış[81], Yazıçılar Gildiyası və Avstraliya Film Kommisiyası ilə yaranmış vergi probleminə görə filmin istehsalı dayandırılmışdır.[82]
“Jim's Big Ego” qrupunun “They're Everywhere” albomuna Barri Allenə həsr edilmiş “Ballad of Barry Allen” mahnısı daxil edilmişdir. Mahnıda depressiv personaj kimi təsvir edilən Barri o qədər sürətlidir ki, reallıq onun üçün ilbiz sürəti ilə inkişaf edir və bu, Barrinin depressiyaya düşməsinə səbəb olur.
Fleşin Barri Allen versiyasını özünün “Bütün zamanların ən böyük qəhrəmanları” siyahısında 49-cu yerdə yerləşdirən IGN qeyd edir ki, həttta iyirmi illik yoxluğu belə, Fleşin qəhrəmanlıq mirasının unudulmasına imkan verməmişdir.[84]
IGN tərəfindən 2013-cü ildə yayımlanmış “DC Comicsin Top 25 qəhrəmanı” siyahısında Barri Allen səkkizinci yerdə qərarlaşdırılmışdır.[85]