Frenk Miller[3][4] (27 yanvar 1957[1][2][…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır.
Frenk Miller | |
---|---|
ing. Frank Miller | |
Doğum tarixi | 27 yanvar 1957[1][2][…] (67 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı |
|
Fəaliyyəti | kinorejissor, yazıçı, ssenarist, romançı, aktyor, icraçı prodüser[d], kino aktyoru, komiks rəssamı |
Əsərlərinin dili | ingilis dili |
frankmillerink.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub.[5][6] Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi.
İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu. Belə ki, onun çəkmək tərzi digərlərinə bənzəyirdi: Uil Eysner, Yapon fiqurları, Alfred Hiçkok filmləri, Bernard Kriqneyşteyn, karate filmləri, Quido Krepaks və Moyebius kimi Avropa yazıçıları.
1985–1986 illərdə yazdığı "Elektra Assassin" komiksində həmin dövrdə ABŞ-də normadan şiddət əks etdirmişdi.