Güştəsbi və ya Güştəsfi (Marko Polonun xəritəsində Gostazz[1]) — Şirvanşahlar dövlətinin vilayəti.
Şirvanşahlar Dövlətinin XXV hökmdarı Gərşəsibin adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar.[2][3][4][5][6]
Gərşəsibin oğlu Cəlaləddin Sultanşah Güştəsfinin (indiki Beyləqan və Cəlilabad) hakimi təyin edilmişdir.[7]
Şərəf əl-Mülk Gərşəsibin digər oğlu Şirvanşah III Fəribürzün əlindən Güştəsbi şəhərini aldı.[8]
XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.