Azərbaycanın iqtisadi rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir[1].
Map ref. | İqtisadi rayon | Sahəsi (km2) | Əhalisi | Qısa məlumat |
---|---|---|---|---|
1 | Abşeron-Xızı | 5420 | 578800 | Abşeron, Xızı rayonlarını və Sumqayıt şəhərini əhatə edir.
Əsas sənaye sahələri neft-kimya, kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi, tikinti sənayesi. |
2 | Gəncə-Daşkəsən | 5270 | 611300 | Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. |
3 | Şəki-Zaqatala | 8969 | 543400 | Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarını əhatə edir.
Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
4 | Lənkəran-Astara | 6140 | 926500 | Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir.
Əsas sənaye sahəsi: qida sənayesi. |
5 | Quba-Xaçmaz | 6960 | 498400 | Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarını əhatə edir.
Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.[2] |
6 | Mərkəzi Aran | 6619 | 792027 | Ölkənin ən böyük iqtisadi rayonu. Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarını və Mingəçevir şəhərini əhatə edir.[3] |
7 | Qarabağ | 7253,5 | 628200 | Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını və Xankəndi şəhərini əhatə edir. |
8 | Şərqi Zəngəzur | 7470 | 341200 | Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl rayonlarını əhatə edir. |
9 | Dağlıq Şirvan | 6060 | 287800 | Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarını əhatə edir.
Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
10 | Naxçıvan | 5550 | 414900 | Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını və Naxçıvan şəhərini əhatə edir.
Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi. |
11 | Bakı | 2140 | 2204200 | Bakı şəhərini əhatə edir. Azərbaycanın əsas iqtisadi mərkəzlərindən biridir.
Əsas sənaye sahələri: beynəlxalq ticarət, neft emalı, kimya, maşınqayırma, yeyinti, toxuculuq sənayesi.[4] Hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf etdirilir. [5] |
12 | Qazax-Tovuz | Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarını əhatə edir. | ||
13 | Mil-Muğan | 5670 | 513770 | Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını əhatə edir. |
14 | Şirvan-Salyan | Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarını və Şirvan şəhərini əhatə edir. |
İqtisadiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |