Abşeron-Xızı iqtisadi rayonu


Abşeron-Xızı iqtisadi rayonuAzərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . AbşeronXızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır.

İqtisadi rayon
Abşeron-Xızı iqtisadi rayonu

40°31′32″ şm. e. 49°30′01″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi 3.340 km²
Əhalisi
Əhalisi 563.100 nəfər
Abşeron iqtisadi rayonu
Abşeron iqtisadi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Çoxlu palçıq vulkanları, zəngin neft-qaz və müxtəlif tikinti materialları yataqları, müalicə əhəmiyyətli mineral sular (Suraxanı, Şıx) var. İqlimi düzən sahələrdə mülayim isti quru subtropik, dağlıq ərazilərdə isə mülayimdir. Orta temperatur yanvarda dağlarda –4,5 °C-dən düzənlikdə 2,5 °C -yədək, iyulda isə müvafiq olaraq 19 °C-dən 26 °C-yədəkdir. İllik yağıntı 110–550 mm-dir. Çay şəbəkəsi seyrəkdir; əsas çayları Ataçay, Sumqayıtçay, Ceyrankeçməzçay və s. Samur-Abşeron kanalı və Şirvan kollektoru rayon ərazisindən keçir. Ceyranbatan su anbarı rayon ərazisindədir. Çoxlu sayda şor göllər mövcuddur. Ən irisi Masazır gölüdür. Boz-qonur, şorakət varı boz-qonur, şabalıdı, dağ-şabalıdı və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra və quru çöl tiplidir. Heyvanları: yenot, çöl siçanı və s. Sürünənlər çoxdur. Quşları: kəklik, göyərçin, qara qarın, bağrı qara və s. 

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə məhsul buraxılışının fiziki həcm indeksi 2007-ci ildəkinə nisbətən 48,4%, o cümlədən sənayedə 26,9%, kənd təsərrüfatında 5,6%, tikintidə 2,3 dəfə artmış, nəqliyyatda 97,5%, rabitədə 116,3% və ticarətdə 115,9% olmuşdur. Əmtəə və xidmətlər istehsalının həcmi 2007-ci ildəkinə nisbətən 26,9% artmış və 427, 4 mln. manat təşkil etmişdir, bunun

98,5 mln. (2007-ci ildəkindən 44,4% çox) Abşeron rayonu, 3,0 mln. (3,2%) Xızı rayonu və 326,0 mln. (22,3%) Sumqayıt şəhərinin payına düşür. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 29,7%, o cümlədən Abşeron rayonu üzrə 90,5%, Xızı rayonu üzrə 13,1% və Sumqayıt şəhəri üzrə 11,5% təşkil etmişdir. Abşeron iqtisadi rayonunda işləyənlərin sayı 2007-ci ildəkinə nisbətən 4,2% artaraq 20562 (Abşeron r-nu üzrə 4814; Xızı r-nu üzrə 158; Sumqayıt ş. üzrə 15590) nəfər olmuş, bir işçinin orta aylıq əmək haqqı isə 24,3% artaraq 238,1 (Abşeron r-nu 234,9; Xızı r-nu 204,2; Sumqayıt ş. 239,5) manat təşkil etmişdir (2008). 2008-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2007-ci ildəkinə nisbətən 2,0 dəfə artaraq 386,8 mln. manat (adambaşına 931,9 manat) təşkil etmişdir. Bunun 169,2 mln. manat (adam başına 1653,3 manat) Abşeron rayonunun, 102,4 mln. manat (adambaşına 7134,1) Xızı rayonunun, 115,0 mln. manat (adam ba şına 385,6) Sumqayıt şəhərinin payına düşür. Ümumi sahəsi 67147 m² olan yaşayış evləri istifadəyə verilmişdir, bunun 49098 m² Abşeron r-nunun, 5524 m² Xızı r-nunun, 12525 m² Sumqayıt şəhərinin payına düşür.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. Əlverişli iqlim şəraiti zeytun, zəfəran, püstə, badam və digər bitkilərinin yetişdirilməsinə imkan verir. 2008-ci ildə 3281 ton dənli və dənli-paxlalı bitkilər (14,0 sent/ha), 534 ton kartof (70 sent/ha), 5544 ton tərəvəz (91 sent/ha), 955 ton bostan məhsulları (76 sent/ha), 2045 ton meyvə (7,9 sent/ha), 124 ton üzüm (8,4 sent/ha) istehsal edilmişdir; iri buynuzlu malqaranın sayı 31737 baş (o cümlədən inəkcamış 15906 baş), qoyunkeçi 207123 baş, donuz 3083 baş olmuşdur.

Yük və sərnişin daşınma

[redaktə | mənbəni redaktə et]

Abşeron iqtisadi rayonu inkişaf etmiş infrastruktura malikdir. Ərazinin Xəzər dənizi sahilində yerləşməsi onun nəqliyyat əlaqələrini genişləndirməyə imkan verir. 2008-ci ildə avtomobil nəqliyyatı ilə 3243 min ton yük (2007-ci ildəkinə nisbətən 6,7% çox; Abşeron r-nu üzrə 708, Xızı r-nu üzrə 357, Sumqayıt ş. üz rə 2178), 81604 min sərnişin (2007-ci ildəkinə nisbətən 5,9% çox; Abşeron rayonu üzrə 14802, Xızı rayonu üzrə 1749, Sumqayıt şəhəri üzrə 65053) daşınmışdır.

2008-ci ildə rabitə xidmətlərinin həcmi 2007-ci ildəkinə nisbətən 16,3% artaraq, 6367,0 min manat dəyərində olmuşdur; bunun 2236,8 min manatı Abşeron r-nunun, 115,8 min manatı Xızı r-nunun, 4014,4 min ma natı Sumqayıt ş.-nin payına düşür.

Ticarət və məişət xidməti

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 473,5 mln. manat (adam başına 1002,1), pullu xidmətin həcmi 126,6 mln. manat (adambaşına 268,0); iaşə əmtəə dövriyyəsinin həcmi 14,9 mln. manat (2007 ildəkinə nisbətən 30,1% çox), məişət xidmətinin həcmi 13,6 mln. manat dəyərində (2007-ci ildəkinə nisbətən 24,6% çox); muzdlu işçilərin siyahı sayı

83,7 min nəfər, onların ortaaylıq əmək haqqı 199,7 manat olmuşdur; işsiz statusuna malik olanlar 958 nəfərdir (onlardan 233-ü işsizliyə görə müavinət alır). 2003–2008 illərdə bölgədə 49386 (29152-si daimi) yeni iş yeri, o cümlədən 36435-i (19755-i daimi) Sumqayıt ş.-ndə, 4327-si (829-u daimi) Xızı r-nunda, 8624-ü (8568-i daimi) Abşeron r-nunda açılmışdır. Abşeron iqtisadi rayonu sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi tədqiqat inistutları, ali məktəblər, böyük idman kompleksləri, ölkə əhəmiyyətli səhiyyə

müəssisələri və s. fəaliyyət göstərir. Abşeron iqtisadi rayonuda 4867 müəssisə, o cümlədən 1369-u Abşeron rayonunda, 269-u Xızı rayonunda, 3229-u Sumqayıt şəhərində qeydiyyatdan keçmişdir; 20749 sahibkar, o cümlədən 5480-i Abşeron rayonunda, 291-i Xızı rayonunda, 14978-i Sumqayıt şəhərində fəaliyyət göstərir (1.1.2009). 

Nəqliyyat istehsal kompleksinin ayrılmaz tərkib hissəsi kimi maddi və qeyri maddi — istehsal sahələri arasında əlaqələri həyata keçirir, iqtisadi-coğrafi rayonlar arasında ərazi əmək bölgüsünün reallaşmasını təmin edir. Abşeron-Xızı iqtisadi-coğrafi rayonunda ölkənin ən iri nəqliyyat qovşaqlarından biri olan Bakı Xəzər sahilində ən böyük liman kimi də formalaşmışdır. Sənaye və nəqliyyat qovşağı infrastrukturunun mərkəzi hesab edilən bu iqtisadi-coğrafi rayonda nəqliyyatın bütün növləri inkişaf etmişdir.

Avtomobil nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonda yük və sərnişin daşınmasında aparıcı yeri avtomobil nəqliyyatı tutur. Magistral avtomobil yollarının uzunluğu 573 km-dir[1] Ölkənin bütün istiqamətlərinə gələn yollar iqtisadi-coğrafi rayona 3 istiqamətdən — cənub, qərb və şimal istiqamətində daxil olur. Bu magistral yolları birləşdirən uzunluğunda Bakı dairəvi yolu son illərdə istifadəyə verilmişdir. Şimal istiqaməti birləşdirən yollar Bakı-Sumqayıt və Sumqayıt-Giləzi, cənub istiqamətini birləşdirən yollar Bakı-Sahil və Sahil-Ələt tamamilə qurularaq müasir tələblərə cavab verir. Qərb istiqaməti Bakı-Cəngi yolu yenidən qurulur. Bakıda 2006–2013-cü illərdə aparılan yenidənqurma və nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmişdir. Abşeron yarımadasında yollar yenidən qurulmuş və yeni yollar da çəkilmişdir. Bunlardan uzunluğu olan Xırdalan Binəqədi–Balaxanı dairəvi yolu, olan "Koroğlu"–Mərdəkan, 19 km-lik Hava limanı-Bilgəh, 14 km-lik Bilgəh-Pirşağı, Zığ-Hava limanı, 13 km-lik Zığ-Qala, Zabrat-Maştağa, Maştağa-Buzovna, Buzovna-Mərdəkan, Zığ-Hövsan-Türkan-Qala, Sabunçu-Ramana-Yeni Suraxanı, Qala-Şüvəlan, 25 km-lik Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil yolları tikilmişdir. Tikilmək üzrə olan Pirşağı-Novxanı-Sumqayıt, Qala-Pirallahı, Zabrat-Kürdəxanı-Pirşağı, Xocəsən-Lökbatan, şəhərdə Ziya Bünyadov prospekti və 33 km-lik Hökməli-Qobu-Lökbatan-Güzdək-Buta yollarını göstərmək olar.

İqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatı ilə yük daşınması 2005 və 2011-ci illər ərzində 29 mln tondan 49 mln tonadək, o cümlədən Bakıda 26,5 mln tondan 45,5 mln tonadək artmışdır. Yük dövriyyəsi isə bu dövrdə 3040,5 mln t/km-dən 5541,6 mln t/km-dək, o cümlədən Bakıda 2794,3 mln t/km-dən 5165,3 mln t/km-dək yüksəlmişdir. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması 446,5 mln nəfərdən 688 mln nəfərədək, o cümlədən Bakıda 375,2 mln nəfərdən 585,9 mln nəfərədək; sərnişin dövriyyəsi isə 8346,6 mln s/km-dən 14581,5 mln s/km-ədək, o cümlədən Bakıda 7282,5 mln s/km-dən 13025,1 mln s/km-ədək artmışdır. Bu göstəricilər avtomobil nəqliyyatının ölkədə və iqtisadi-coğrafi rayonda böyük rol oynamasını və sürətli inkişafını göstərir. 2005–2011-ci illər ərzində avtomobillərin sayı sürətlə artmışdır, xüsusilə Bakıda 295,9 min ədəddən 647 min ədədədək, iqtisadi-coğrafi rayonda (Bakı daxil olmadan) 24 min ədəddən 35,9 min ədədədək, o cümlədən şəxsi minik avtomobilləri Bakıda 231,6 mindən 529,4 minədək və iqtisadi-coğrafi rayonda 17,4 mindən 28,9 minədək artmışdır. Bu dövrdə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayına görə Bakıda 52-dən 116-dək, Sumqayıtda 19-dan 34-dək, Abşeron rayonunda isə 13-dən 22-dək artım olmuşdur.

Dəmir yolu nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayon inkişaf etmiş dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin dəmir yolunun 18%-i burada yerləşir. Dəmir yolu ilə daşınan yüklərin həcmində artım olsa da, sərnişin daşınmasında azalma getmişdir. İqtisadi-coğrafi rayonda ölkənin əsas dəmir yollarını birləşdirən Ələt-Biləcəri və Giləzi-Biləcəri yolları yük gərginliyinə görə fərqlənir. Bakının ətrafında dairəvi dəmir yol xəttindən təkcə Bakı-Qala-Dübəndi yolu ilə neft məhsulu daşımaları həyata keçirilir.

Şəhərdaxili sərnişin daşınmasında metro mühüm yer tutur. 1967-ci ildə fəaliyyətə başlayan metro xəttinin ümumi uzunluğu 34,6 km-dir (2011). Son illərdə "Nəsimi", "Azadlıq" və "Dərnəgül" stansiyaları istifadəyə verilmiş, "Koroğlu", "İçərişəhər" və "28 may" stansiyaları yenidən qurulmuş, "Avtovağzal" stansiyasının tamamlanması işləri gedir. Metro ilə sərnişin daşınması 2005-ci ildə 147,0 milyon nəfərdən 2011-ci ildə 182,6 milyon nəfərədək, sərnişin dövriyyəsi 1381mln nəfər/km-dən 1844 mln nəfər km/dək artmışdır.

Boru kəməri nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Boru kəməri nəqliyyatı ilə neft Səngəçal terminalından Bakı-Supsa, Bakı-Ceyhan, Bakı-Novorossiysk, təbii qaz isə Şahdəniz yatağından Bakı-Ərzurum kəmərləri vasitəsilə dünya bazarına çıxarılır. Ölkə üzrə bu nəqliyyatın yük dövriyyəsi 2005-ci ildə 8177 mln t/km-dən 2011-ci ildə 69018 mln t/km-ədək, ümumi yükdaşımada payı isə 14,4%-dən 29%-dək artmışdır.

Ölkə daxilində təsərrüfat və əhalinin təbii qazla fasiləsiz təminatı, regionlar arasında onun paylanmasının nizamlanması üçün Vahid Qaz Kəmərləri sistemi yaradılır. Magistral qaz kəmərləri iqtisadi-coğrafi rayondan bütün istiqamətlərə şaxələnir. İqtisadi-coğrafi rayonun daxilində Zirə-Bakı, Neft Daşları-Bakı, Qaradağ-Bakı, Qaradağ-Sumqayıt qaz kəmərləri hasil edilən mavi yanacağı istehlakçılara çatdırır.

Dəniz nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Bakı təkcə ölkədə deyil, həm də Xəzər dənizində ən böyük limandır, bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Həştərxan, Bakı-Mahaçqala, Bakı-Ənzəli, Bakı-Dərbənd, həmçinin gəmi-bərələrin işlədiyi Bakı-Aktau, Bakı-Türkmənbaşı və Bakı-Bektaş dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Dəniz nəqliyyatı ilə yükdaşımalar 2005-ci ildə 8488 min tondan 2011-ci ildə 10317 min tonadək artmışdır. Dəniz nəqliyyatı vasitəsilə əsasən neft və neft məhsulları, tikinti materialları, taxta-şalban, yeyinti sənayesi məhsulları, taxıl daşınır. Dəniz nəqliyyatının sərnişin daşınmasında rolu çox cüzidir. 2011-ci ildə cəmi 17 min nəfər sərnişin daşınmışdır. Müasir tələblərə cavab verən Ələt yük limanı istifadəyə verilmək üzrədir. Avropa-Asiya nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklər yeni limandan keçəcəkdir. İqtisadi-coğrafi rayonda həmçinin Dübəndi, Hövsan, Zığ limanları da fəaliyyət göstərir.

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Hava nəqliyyatı uzaq məsafələrə sərnişin daşınmasında böyük rol oynayır. Bu sahə xarici ölkələrlə əlaqələrin genişlənməsi prosesində sürətlə inkişaf edir. Bakıda Hava limanı yerləşir. 1999-cu ildə Bakıda beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi istifadəyə verilmişdir.[2]

  • Abşeron İqtisadi rayonu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 58–59. ISBN 978-9952-441-02-4.
  1. Azərbaycanın nəqliyyatı, 2013
  2. Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400