Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir.[1] Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.[2]Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir.
İqtisadi rayon | |
Gəncə-Daşkəsən iqtisadi rayonu | |
---|---|
40°41′09″ şm. e. 46°22′00″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 7 iyul 2021 |
Sahəsi | 5.808 km² |
Əhalisi | |
Əhalisi | 611.300 nəfər |
|
7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi.
Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur.[3][4]
Gəncə şəhəri | 330,7 min nəfər |
Goranboy rayonu | 107,9 min nəfər |
Göygöl rayonu | 64,9 min nəfər |
Samux rayonu | 58,2 min nəfər |
Daşkəsən rayonu | 33,2 min nəfər |
Naftalan şəhəri | 8,6 min nəfər |
Ümumi : | 603,5 min nəfər |
İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir.
Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur. Rayonun ərazisindən axan Kür çayının bir hissəsi böyük hidroelektrik potensialına malikdir.
İstehsalat: maşınqayırma, alət istehsalı, rabitə avadanlığı, avtomobil və kənd təsərrüfatı maşınlarının təmiri ilə təmsil olunan ağır sənaye bölgə iqtisadiyyatında mühüm rol oynayır.
Rayonun yüngül sənayesi yerli xammalın emalı, kənd təsərrüfatı məhsullarının emalı üzərində qurulub. Qida sənayesi müəssisələri ət və süd məhsulları, konservlər, şərab, konyak istehsal edir.
Tikinti müəssisələri: geniş panelli ev tikmə zavodu, dəmir-beton, kərpic-keramit, mərmər fabrikləri. Gəncə və Daşkəsən kimi şəhərlərdə əlvan və qara metallurgiya üçün xammalın ilkin emalı müəssisələri vardır. Gəncə şəhərində fəaliyyət göstərən kimya fabrikləri kükürd turşusu və kalium gübrələri istehsal edir.
Kənd təsərrüfatı: kartof, taxıl bitkiləri və üzümçülük əkinçiliyin əsas sahələridir. Bağçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq da inkişaf etmişdir.
Turizm: Əlverişli təbii və iqlim şəraiti burada beynəlxalq əhəmiyyətli tibb və istirahət kompleksləri yaratmağa imkan verir. Bölgədə dəniz səviyyəsindən 1566 m yüksəklikdə, dünyaca məşhur Naftalan kurortu olan Göygöl və Hacıkənd istirahət zonaları var.
Sosial infrastruktur: ərazidə çoxlu kitabxana, muzey, teatr, xəstəxana və digər sosial və mədəni obyektlər var.