Azərbaycanın Avropa qitəsindəki ərazisi

Avropa sərhədləri

Azərbaycanın Avropa qitəsindəki ərazisi — Azərbaycan ərazisinin kiçik bir hissəsini (başlıca olaraq, Quba-Xaçmaz iqtisadi rayonu) əhatə edir. Ərazi üçün ən kiçik rəqəm 6960 kvadrat kilometrdir (Azərbaycan ərazisinin təqribən 8 faizi).

Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonunun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanıdır.[1]

Avropanın sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir, Şüvəlanın ərazisinin də bir hissəsi Avropadadır. Avropanın sərhədinin bitdiyi yer təxminən Abşeron rayonunun Zirə qəsəbəsindədir. Zirənin yarısı Asiya, yarısı isə Avropadadır. Bakı tam olaraq Avropada deyil. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropa sərhədləri içindədir. Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya daxildir.[1]

Siyasi nəticələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın xarici siyasətində vacib məsələlərdən biri Avropa və Avropa-Atlantik quruluşuna inteqrasiyadır. Azərbaycan Avropa Şurasına üzvdür, Avropa Birliyi ilə yaxşı münasibətləri var. Azərbaycan Avropa Birliyinə daxil olmaq üçün müraciət edə bilər. Azərbaycan UEFA-nın üzvüdür, Avroviziya müsabiqəsində iştirak edir.[2]

Qitə sərhədlərini əks etdirən Avropanın ən çox istifadə olunan interaktiv xəritəsi. Azərbaycanın şimalındakı ağ hissə Avropa ərazisi sayılır. Legenda: göy = transkontinental dövlətlər – bir hissəsi Avropa, digər hissəsi isə Asiya qitəsində yerləşən ölkələr

  1. 1 2 "Azərbaycanın hansı rayonları Avropaya düşür?" (az.). oxu.az. 26 SENTYABR, 2013. 2024-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  2. "National Security Concept of the Republic of Azerbaijan" (PDF). United Nations. 23 May 2007. 13 January 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 May 2007.