Güştəsfi

Güştəsbi və ya Güştəsfi (Marko Polonun xəritəsində Gostazz[1]) — Şirvanşahlar dövlətinin vilayəti.

Şirvanşahlar Dövlətinin XXV hökmdarı Gərşəsibin adını KürAraz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar.[2][3][4][5][6]

Gərşəsibin oğlu Cəlaləddin Sultanşah Güştəsfinin (indiki BeyləqanCəlilabad) hakimi təyin edilmişdir.[7]

Şərəf əl-Mülk Gərşəsibin digər oğlu Şirvanşah III Fəribürzün əlindən Güştəsbi şəhərini aldı.[8]

XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir.

  1. M.M. J. A.Buchon et J. Tostu - Notice d,un atlas en langue Catalane... (Notices et extraits des Manuscrits de la Bibliotheque du Roi. elc). t.XIV. Paris. 1841, 3 кapтa, c.l 18.
  2. Шapaф-xaн Бидлиcи, т.II, M., 1976, c.82
  3. Aмин Axмeд ap- Paзи. Xaфт иклим. HAИИ AH Aзepб. CCP, Д.№2175, c.390
  4. Hadi Həsən. Fələki Şirvani, s.17
  5. aн-Hacaви, c.222
  6. Həmdullah Qəzvini. Nüzhət əl-qülub, h.I, s.92, h.II, s.94.
  7. V. Minorski, Şirvan və Dərbənd tarixi, səh. 136
  8. Ən-Nəsəvi, s.193-226.