Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Toghrul R (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Günay Kazımzadə — "Google" şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi[1], Almaniyada süni zəka üzrə "ilin gənc tədqiqatçısı" seçilmişdir[2], prezident mükafatçısı, "Femmes Digitales – Azərbaycan qadınları İKT-də" klubunun üzvü[3].
Günay Kazımzadə | |
---|---|
Günay Tofiq qızı Kazımzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Günay Kazımzadə 1991-ci ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan fizika, riyaziyyat, dəqiq elmlərə böyük marağı olmuşdur, oxuma və yazmağa 4 yaşından başlamışdır. 5 yaşından şahmatla məşğul olmağa başlamışdır. Daha sonra Respublika Təsnifat Turnirində ikinci yerin qalibi olmuşdur[1].
Yadımdadır ki, 1-ci sinfə gedəndə birinci sinfin materialı mənə çox maraqsız gəlirdi çünki artıq yuxarı sinfin materiallarını mənimsəməyə başlamışdım[3]. |
"Oracle", "Talant.io" kimi şirkətlərdə, "Falling Walls" yarışmasında çıxış etmişdir, Almaniyanın ən böyük digital konfransına dəvət almışdır və şirkət rəhbərləri ilə görüşü olmuşdur. Bundan sonra "Google"un sponsorluq etdiyi 2 konfransda spiker kimi çıxış etmişdir. Bunun üçün "Google" ona təqaüd ayırdı. "Google"un təqaüdünü qazanan ilk azərbaycanlı xanımdır. Noyabrda Amsterdamda "European Women in Technology" (Avropa Qadınları Texnologiyada) konfransında süni intellekt haqqında çıxış edən yeganə azərbaycanlı xanım idi. 2018-ci ilin dekabrda Berlində Avropanın ən böyük təhsil konfransında süni intellekt üzrə çıxış etmişdir və tədqiqatları cəmiyyətə təqdim olundu. Bununla yanaşı, dekabrın 1-də Humbolt Universitetinin təşkil etdiyi TEDx tədbirində süni intellekt mövzusunda çıxış etmişdir. Bakıda keçirilən "Süni intellekt ailə" seminarında iştirak etmişdir[4]. ACM, APA konfranslarında süni zəka sahəsində elmi məqalələri çap olunmuşdur. 2019-ci ildən TechCentrum platformasını təsis etmişdir. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirməkdir[2].
2020-ci ildən 2022-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzində müşavir olaraq fəaliyyət göstərmişdir.
Hazırda Berlində Zalando şirkətində Tətbiqi tədqiqatçı olaraq fəaliyyət göstərir.
Günay Kazımzadə Almaniya Federal Hakimiyyəti tərəfindən 5 ildə 50 milyon avro ilə maliyyələşdirilmiş və Süni Zəka, Blokçeyn, İoT kimi texnologiyalar ətrafında fokuslanmış Vayzenbaum İnstitutunda Tədqiqatçı olaraq Süni Zəka, İnkusivlik və Qərəzlilik mövzusu ətrafında araşdırmalar aparır. O, 2018-ci ildə Google şirkətinin xanımlar üçün təhsis etdiyi Qrantın ilk Azərbaycanlı qalibidir. 2019-cu ildə o, Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən İlin Süni Zəka üzrə İlin Gənc Tədqiqatçısı kimi nominasiya olmuş və 100-dən çox nominant arasında qalib olmuşdur. TED-də Süni Zəka üzrə çıxış edən ilk Azərbaycanlı xanımdır. Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konfranslara dəvət almış və çıxışlar etmişdir.
2018-ci ildə Amsterdamda keçirilən və 10000-dən çox iştirakçını cəlb edən European Woman in Technology konfrasında 4 ən yaxşı spikerdən biri kimi dəyərəndirilmişdi. Həmin ilin dekabr ayında Berlində keçirilən OEB Learning Technologies Konfransında Süni İntellekt və Təhsil üçün imkanlar trekində çıxış etmiş, Almaniyanın ən məşhur media portallarında nümayiş edilmişdi. Həmçinin, Süni İntellekt üzrə Berlində və Bakıda uşaqlar və valideynlər üçün emalatxanalar təşkil etmiş, Berlində baş tutan konfransı Deutsche Telekom şirkəti ilə birlikdə həyata keçirmişdir. Workshop Berlində ilin ən çox səsgətirən təhsil hadisəsi kimi dəyərləndirlimişdir. O həmçinin, Berlindəki qaçqın ailələri üçün Süni Zəka üzrə təlimlər keçmiş və robotlarla eksperimentlər həyata keçirmişdir. Belqradda keçirilən ACM Womencourage Konfransında 2018-ci ildə qrup lideri, 2019-cu ildə isə spiker kimi dəvət almış, 2020-ci ildə Konfrasın Azərbaycanda (ADA Universitetində) keçirilməsi üçün konfransda təqdimat etmişdir.
Günay Kazımzadə 2018-ci ildə Berlində qurduğu komanda ilə TADHACK Global Hackathonunda Blokçeyn üzərində qurulmuş platforma prototipi ilə dünya üzrə qalib olmuşdur. Almaniya Federal İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunmuş Aİ İnnovasiya Kampında spiker kimi dəvət almış və komandalara mentorluq etmişdir. 2019-cu ildə Kembric Universiteti, Leverhume İnsitutunun təşkil etdiyi elmi layihədə ekspert qismində dəvət olunmuş və məqalələri çap olunmuşdur.
Kanada təşkil olunan "Bias and Discrimination in AI" yay məktəbində, Amerikanın Boyze şəhərində baş tutan ACM İnteraction Design Children konfransında, Çikaqoda Google şirkətinin tədqiqatçılarının təşkil etdiyi Human-centered AI Products vorkşopunda, Artificial İntelligence in Education konfransında öz tədqiqatlarının təqdimatları ilə iştirak etmişdir. 2030 – Süni Zəka və Gələcək Məktəblər (Süni Zəka və İnkusiv Təhsil) kitab seriyasının : " Artificial Intelligence in Education meets Inclusive Educational Technology-The Technical State-of-the-Art and Possible Directions" hissəsinin əsas müəllifidir. 2019-cu ilin sentyabr ayında Oracle şirktənin dəvəti Deutsche Telekom, Oracle şirkətlərinin vitse-prezidentleri və işçilərinin iştirak etdiyi Süni Zəka və Qərəzlilik mövzusunda Berlində 2 saatlıq praktiki vorkşop təşkil etmişdir. Oktyabr ayında Vaşinqton DC-də Amerika Psixologiya Assosasiyası tərəfində təşkil olunun Texnologiya, Beyin və Cəmiyyət konfrasında " Süni İntellektdə qərəzlilik və inklusivlik-interdisiplinar baxış " məqaləsi ilə çıxış etmişdir. Noyabrda Avropanın ən böyük və nüfuzlu Data Science konfransı olan Data Native konfrasında çıxış etmiş və Süni Zəka Etikası panelinin qonağı olmuşdur. Bundan sonra Almaniyanın müxtəlif televiziya və radio portallarına, talk-şoulara dəvət almışdır.
2020-ci ilin fevralında Nyu-Yorkda baş tutan Süni İntellekt üzrə 34-cü beynəlxalq konfransda elmi işləri çap olunmuş və spiker olaraq çıxış etmişdir. 2020-ci ilin Aprel ayında yüksək impact faktorlu ACM Conference on Human Factors in Computing Systems-də çıxış etmişdir. [5].
O, 2019-cu ildən TechCentrum platformasını təsis etmişdir. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində Azərbaycanlı gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirməkdir. Bir illik fəaliyyəti nəticəsində TechCentrum sosial platforması vasitəsilə 1000-dən çox Azərbaycanlı gənc Məlumat Elmi, Məlumat mühəndisliyi, Maşın Öyrənmə, Suni Zəka sahələrində Azərbaycandakı və xaricdəki top ekspertlərdən dərslər almış və yeni biliklərə yiyələnmişdir[5].
Günay Kazımzadə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi 2-ci Yay Düşərgəsində iştirak etmişdir. O, Diaspora Gənclərinin Almaniya üzrə koordinatordur[5].
2015-cü ildə Bakıya qayıtdıqdan sonra 3 il ərzində WoWoman: "Tech Tech Xanım" layihəsi üzərində işlədi. Azərbaycanda 3 mindən çox xanıma İT sahəsi üzrə təlimlər keçmişdir. Məqsədi xanımları dövrün tələblərinə uyğun formada cəmiyyətə uyğunlaşdırmaqdır[3].
O zamanlar bu sahədə, İnformasiya Texnologiyaları sahəsində, mən xanımların azlığını hiss edirdim. Onlar üçün karyera, iş imkanlarının azlığını görürdüm. Düşünürdüm ki, xanımlar üçün sosial yönümlü bir layihə üzərində çalışım[3]. |