Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı

Bakı Dövlət Universitetinin Qazax filialıAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].

Bakı Dövlət Universitetinin Qazax filialı
Əsası qoyulub 29 aprel 2016
Şəhər Qazax

AMİ Qazax filialı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır.

Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır.

2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir.

Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.

ADPU Qazax filialı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına çevrilmişdir.[3]

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab olunmuşdur.[4]