| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | hafnium, Hf, 72 | |||||
Qrup, Dövr, Blok | 4, 6, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 178.49 q/mol | |||||
Elektron formulu | 4f14 5d2 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 13.09 q/sm³ q/L | |||||
Ərimə temperaturu | 2233 °C (2506 K, 4051 °F) | |||||
Qaynama temperaturu | 4603 °C (4876 K, 8317 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Hafnium (Hf) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 72-ci element.
Hafniumun kəşfi atomun quruluşu haqqında kvant nəzəriyyəsinin praktiki surətdə isbatı ilə əlaqədar olaraq, elm tarixində böyük əhəmiyyətə malikdir.
Dövri sistemdə 72-ci elementin mövcudluğu atom quruluşunun kvant nəzəriyyəsinin müddəaları əsasında əvvəlcədən müəyyən edilmişdir. Elementi macar kimyaçısı D.Heveşi və holland alimi Koster 1923-cü ildə sirkon mineralının tərkibində kəşf etmiş və ona Kopenhagen şəhərinin adı ilə əlaqədar olaraq, hafnium adı vermişlər. Hafniumun Yer qabığında miqdarı 3,2-10-4%-dir. O səpələnmiş element olub, fərdi minerala malik deyil. Hafnium sirkonium minerallarında izomorf qatışıq (20%-ə qədər olur) şəklində rast gəlir. Bu elementlərin Yer qabığında birlikdə yayılması onların ion radiuslarının çox yaxınlığı (Zr+ - 0,74 A, Hi+-0,74A) və kimyəvi oxşarlıqları ilə əlaqədardır.
Hafnium, HfO2-in 1300oC-də natrium ilə reduksiyası nəticəsində alınır:
HfO2 + 4Na = 2Na2O + Hf
Hafnium kompakt halda poladaoxşar ağ metaldır. O çətin əriyir. Təmiz hafnium olduqca yumşaqdır.
Hafniumun tətbiq sahəsi hələlik məhduddur. Hafnium bir sıra çətin əriyən xəlitələrin tərkibinə daxil edilir. Ondan atom texnikasında neytronuducu material kimi istifadə olunur. HfO2 yüksək sındırma əmsalına malik optik şüşələrin hazırlanmasında və üzvi sintezlərdə katalizator kimi işlədilir.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |