Gevork Caukyan

Gevork Beqlaroviç Caukyan (erm. Գևորգ Ջահուկյան; 1 aprel 1920[1], Şahnəzər, Aleksandropol qəzası[1]6 iyun 2005 və ya 8 iyun 2005, İrəvan) — Sovet-Ermənistan linqvistifiloloqu, filologiya üzrə elmləri doktoru, professor, Ermənistan Elmlər Akademiyasının akademiki, Ermənistan SSR əməkdar elm xadimi.

Gevork Caukyan
erm. Գևորգ Բեգլարի Ջահուկյան
Doğum tarixi 1 aprel 1920(1920-04-01)[1]
Doğum yeri
Vəfat tarixi 6 iyun 2005(2005-06-06) (85 yaşında) və ya 8 iyun 2005(2005-06-08) (85 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
Üzvlüyü
Mükafatları "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni
XTNS gümüş medalı
"Müqəddəs Mesrop Maştots" ordeni Movses Xorenli medalı (Ermənistan)
Ermənistan SSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gevork Beqlaroviç Caukyan 1 aprel 1920-ci il tarixində Ermənistan Xalq Cümhuriyyətinin indiki Loru mərzində yerləşən Şahnəzər (indiki Metsavan) kəndində anadan olmuşdur.[2] O, 1941-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Caukyan 1941–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir.[3]

İrəvan şəhəri Çarents küçəsi 4 ünvanında yerləşən xatirə lövhəsi.

Caukyan 1945–1949-cu illərdə İrəvan Dövlət Universitetində baş müəllim, 1949–1958-ci illərdə dosent, 1958-ci ildə isə professor kimi çalışmışdır. O, 1948–1957-ci illərdə İrəvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinə rəhbərlik etmişdir. Caukyan 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1977-ci ildən isə akademiki olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Caukyan əsas əsərlərini ümumi və müqayisəli dilçilik, dünya və erməni dilçiliyinin tarixi və nəzəriyyəsi, qədim Hind-Avropa dilləri ilə Kiçik Asiya dilləri arasındakı əlaqə, erməni dilinin tarixi, dialektologiyası, erməni dilinin ləhçələrinin təsnifatı, müasir erməni dilinin quruluşu məsələlərinə həsr etmişdir.[4]

Caukyan "Müqəddəs Mesrop Maştots" ordeni, "Oktyabr inqilabı" ordeni (20.08.1986), "Şərəf nişanı" ordeni (18.03.1976), Movses Xorenatsi medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı (1970), SSRİ XTNS gümüş medalı (1985) ilə təltif edilmişdir. Ermənistan SSR Dövlət Mükafatı laureatı (1988). Ermənistan SSR əməkdar elm xadimi (1965).[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Erməni Sovet Ensiklopediyası, IX cild (erm.). C. 9. S. 471–472.
  2. "Outstanding Scientist Gevorg Jahukyan "Returned" to YSU, YSU.am". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.
  3. Gevorg Jahukyan[ölü keçid]
  4. Г. Б. Джаукян. Хайасский язык и его отношение к индоевропейским языкам. Front Cover … Изд-во АН Армянской ССР, 1964
  5. Джаукян Геворк Бегларович Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine  (erm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]