Hüseyn Cavidin ev muzeyi (Bakı)

Hüseyn Cavidin Ev MuzeyiAzərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey.

Hüseyn Cavidin Ev Muzeyi
Xəritə
Əsası qoyulub 21 iyul 1981
Açılış tarixi 24 oktyabr 2002
Ölkə
Yerləşir Azərbaycan,Bakı
İstiqlaliyyət küçəsi 8
Direktor Gülbəniz Babaxanlı
Telefon (+994 12) 492-70-49
40°22′05″ şm. e. 49°49′59″ ş. u.HGYO
Hüseyn Cavidin ev-muzeyinin rəsmi saytı

Binanın Tarixi

[redaktə | mənbəni redaktə et]
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi

Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.[1][2]

Ev Muzeyinin Tarixi

[redaktə | mənbəni redaktə et]

Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi.[3]

Hüseyn Cavidin 120 illik yubileyi günündə, ümummilli lider Heydər Əliyev Turan Cavidlə söhbət edərkən. 24.10. 2002

24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır.

Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. 

Elmi Ekspozisiya

[redaktə | mənbəni redaktə et]

Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var. Ekspozisiyada 600 – dən çox eksponat, o cümlədən məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları, səhnə əsərlərinin proqram və afişaları, tamaşalardan və ailəvi fotoşəkillər, Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsinin maketi, şairə həsr olunmuş rəssamlıq və digər təsviri sənət əsərləri, oğlu Ərtoğrul Cavidin bəstələdiyi musiqi əsərlərinin not əlyazmaları, istifadə etdiyi kitablar, rəsm əsərləri, patefon valları, məktublar və digər sənədlər nümayiş etdirilir.

Muzeyin otaqlarından biri repressiya otağı kimi ayırılmışdır. Otaqda asılmış "Qara yazı" (O. Sadıqzadə) və "Zordan üstün" (V. Ucatay) rəsm əsərləri həm Hüseyn Cavidə, həm də repressiya qurbanı olmuş bütün Azərbaycan yazıçılarına rekviyem təsiri bağışlayır.

Muzeyin mövzu – ekspozisiya planının müəllifi filologiya elmləri doktoru, prof. R. Hüseynov, tərtibatçı rəssamı A. Kərimovadır.

  1. Gülbəniz Babaxanlı. "Heydər Əliyev və Hüseyn Cavid" (monoqrafiya). Bakı, 2013.
  2. "Turan Cavid. Ömür salnaməsi". Bakı, Proqres, 2014, 450 s.
  3. H. Cavidin "Şeyda" əsəri 10 dildə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan). Bakı, 2012–2013.
  4. Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu X cild, Bakı, Proqres, 2012.[4]
  1. Gülbəniz Babaxanlı. Azərbaycan epik şeiri və klassik irs: 1920–50-ci illər. – Bakı, Elm. – 2005. – 200 s.
  2. Hüseyn Cavid: həyat və sənət yolu. Biblioqrafik göstərici. – Bakı, Elm. – 2006. – 240 s.
  3. Gülbəniz Babaxanlı. Poetik sözün arsenalı. — Bakı, Elm. – 2008. – 232 s.
  4. Gülbəniz Babaxanlı. Azərbaycan ədəbi fikri və Hüseyn Cavid. – Bakı, 2010. – 240 s.
  5. Hüseyn Cavid və Abdulla Şaiq. Ədəbiyyat dərsləri. – Bakı, Çaşıoğlu. – 201 – 208 s.
  6. Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid. 10 cilddə. – Bakı, Çaşıoğlu. – 2011.
  7. Cavidşünaslıq: elmi araşdırmalar toplusu.10 cilddə. – Bakı. – 2012
  8. Gülbəniz Babaxanlı. Heydər Əliyev və Hüseyn Cavid. – Bakı, 2013. – 160 s.
  9. Turan Cavid. Ömür salnaməsi. – Bakı, Proqres. – 2014. – 450 s.
  10. AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2005–2015-ci illər üzrə elmi tədqiqat və elmi təşkilati fəaliyyəti haqqında hesabatları
  1. "Anspress.com – Bakıda müsəlman aləminin ilk dünyəvi qız məktəbinin açılmasından 110 il ötür". 2011-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
  2. "Arxivlənmiş surət". 2012-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
  3. "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-13.
  4. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]