Həmid Həbib bəy oğlu Qasımbəyov (3 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 22 aprel 2005, Bakı) — azərbaycanlı SSRİ hərbi xadimi, vitse-admiral.[1]
Həmid Qasımbəyov | |
---|---|
Həmid Həbib bəy oğlu Qasımbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Tatyana Sidorova |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 1945 - 1984 |
Rütbəsi | Vitse-admiral |
Döyüşlər |
İkinci Dünya müharibəsi Sovet-Yapon müharibəsi (1945) |
Təltifləri |
1945-ci ildə Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisi ilə, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib.
1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub. 1970-ci ildə Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi təyin edilib.
1971-ci ildə kontr-admiral, 1976-cı ildə vitse-admiral rütbəsi alıb.
1980-ci ildən 1984-cü ilədək fəaliyyət göstərmiş Azərbaycan SSR Ali Sovetinin X çağırışında deputat seçilib.
2 dəfə "Qızıl Ulduz" medalı ilə, 1 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilməklə birlikdə 30-a yaxın orden və medalla mükafatlandırılıb. 1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif olunub.
Həmid Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçür və o burada Nizami rayonu 3 saylı məktəbdə təhsil almağa başlayır. Onillik məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun Dəmir yolu tikintisi fakültəsinə daxil olub. İkinci Dünya Müharibəsi başladıqdan sonra təhsili ilə yanaşı əlvan metallar zavodununda dəmirçi kimi işləyib.[2] 1941-ci ilin payızında institut alman təhlükəsinə görə Moskvadan Tiflisə köçürülüb.[3][4]
1941-ci il dekabr ayının sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1945-ci ilin fevral ayında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilir.[2]
1945-ci il may ayının əvvəlində komandanın tərkibində Sakit okean donanmasına Vladivostok şəhərinə göndərilir. ABŞ-da istehsal olunmuş və SSRİ-ə dəstək üçün göndərilən yeni gəmilərin qəbulu ilə bağlı yaradılmış komissiyaya daxil olur.[2] Burada tapşırığını yerinə yetirdikdən sonra mina təmizləmə gəmisinə şturman təyin edilir. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edir. Cənubi Saxalin və Kuril adalarını müdafiə etmək üçün xidmət göstərən mina təmizləmə gəmilərində xidmət göstərir. Kuril adalarının Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında mina təmizləmə əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilir.[5]
1948-ci ilin əvvəllərində baş leytenant Qasımbəyov "МТЩ-602" istehkamçı gəmisinin, 1949-cu ilin yazından isə ABŞ istehsalı olan 5 dəstə desant gəmisi və katerlərinin komandiri təyin olunur.[6] 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi-dəniz bazasının istehkamçı gəmirlər divizionunun komandiri vəzifəsinə təyin olunur.[7] 1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunur.[2]
1963-cü ildə isə, keçmiş SSRİ Müdafiə nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunur. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi vəzifəsinə irəli çəkilir.[2] 1971-ci ildə isə ona kontr-admiral ali hərbi rütbəsi verilir. 1973-cü ildən 1977-ci ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərmişdir[7].
SSRİ Ali Məclisinin 4 mart 1975-ci il göstərişi ilə kontr admiral Qasımbəyov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib. 1976-cı ildə vitse-admiral rütbəsinə layiq görülür.[6] 1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilir. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunur.[5]
Azərbaycan SSR Ali Sovetinin X çağırışnda deputat seçilib.[8]
Polşa və Almaniya kimi xarici dövlətlərin medalları ilə yanaşı 30-a yaxın medal və ordenlə təltif edilib. 1973-cü ildə SSRİ hərbi dəniz qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif edilib.[9][10][2]
Atası Həbib Qasımbəyov Qori şəhərində istehkamçı məktəbini bitirdikdən sonra yolların tikintisində işləməyə başlayıb. Birinci Dünya müharibəsində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Nina Duşinskaya ilə ailə quraraq Bakıya köçüb. Azərbaycan Cümhuriyyəti dövründə sərhəd xidmətində xidmət edib.[6]
Həmid Qasımbəyov Tatyana Sidorova ilə ailə qurub. Bu evlilikdən iki qız və bir oğlanları olub.
2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]
18 aprel 2018-ci ildə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Baltiysk şəhər Dumasının deputatları tərəfindən Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında əfsanəvi admiralın memorial xatirə lövhəsi qoyulub.[11]