Hacı Qara (film, 1929)

Hacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929[3]-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.[4] Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.[5]

Hacı Qara
Janr komediya
macəra
Rejissor Abbas Mirzə Şərifzadə
Əsərin müəllifi Mirzə Fətəli Axundov
Ssenari müəllifi Cəfər Cabbarlı
Baş rollarda Mirzəağa Əliyev
Mustafa Mərdanov
K.Vyaznova
Ağasadıq Gəraybəyli
Operator İvan Tartakovski
Rəssam Aleksandr Qonçarski
İstehsalçı Azdövlətkino
İlk baxış tarixi 9 mart 1929[1]
Filmin digər adı Sona[2]
Filmin növü tammetrajlı bədii film
Müddət 65 dəq.
Ölkə SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 6 hissə
1780 metr
Rəng ağ-qara
IMDb ID0499490

Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.

  • Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
  • 3 oktyabr 1927-ci ildə ilk dəfə olaraq, kinostudiyada filmin ssenarisi oxundu.[6] Rejissor Abbas Mirzə Şərifzadə filmin hazırlıq işlərinə 1927-ci ildən, filmin çəkilişlərinə isə həmin ilin son aylarından başlamışdır.[7]
  • Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
  • Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur.
  • Film aktrisa Əzizə Məmmədovanın kinoda ilk işidir.
  • Film aktyor Əli Qurbanovun kinoda ilk işidir.
  • Film günümüzə qədər gəlib çatmamışdır. Yalnız 2022-ci ildə filmə aid 38 saniyəlik epizod tapılmışdır.[8]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Mirzə Fətəli Axundov
Ssenari müəllifi: Cəfər Cabbarlı
Quruluşçu rejissor: Abbas Mirzə Şərifzadə
Quruluşçu operator: İvan Tartakovski
Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
Montaj edən: Abbas Mirzə Şərifzadə
Bədii Rəhbər: Vsevolod Pudovkin
Rejissor köməkçisi: Ağarza Quliyev
Mirzəağa Əliyev — Hacı Qara
Mustafa Mərdanov — Kərəməli
K. Vyaznova — Sona
Ağasadıq Gəraybəyli — Əsgər Bəy
M. Ə. Qayıbov — Heydər
Sidqi Ruhulla — Əliyar Bəy
Mərziyyə Davudova — Tükəz
Y. Hacıqasımov — Səfərəli
Hacıağa Abbasov — Bayraməli Bəy (Sonanın atası)
Əzizə Məmmədova — Gülsüm (Bayraməli bəyin arvadı)
Rüstəm Kazımov
N. Həsənov
A. Mirzəyev
Əli Qurbanov — aşıq
Əşrəf Yusifzadə
  1. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  2. Н.А. Лебедев. Очерки истории кино СССР, т. 1. Москва: Госкиноиздат, 1947.- стр. 258.
  3. Шәрифзадә // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 514–515
  4. Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart
  5. Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart
  6. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu, arx-20, q-16 (213).
  7. Газ. "Кино". 3 января 1928 года.
  8. "Abbas Mirzə Şərifzadənin "Hacı Qara" filminə aid fraqment aşkar edilmişdir". 2024-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-31.
  • Əfəndizadə, Ç. "Sona" ("Hacı Qara" filmi) //Kommunist.- 1929.- 25 mart
  • Veho. "Sona" və "Hacı Qara" //Yeni yol.- 1929.- 26 mart
  • H. Abbasov. Xatirələr. Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun elmi arxivi, inv. № 643 (a).
  • İbrahim, X; Tahir, Ə. "Hacı Qara" //Kommunist.- 1930.- 18 mart.
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.