Puşkinin ölümünə Şərq poeması

Bu məqalə Mirzə Fətəli Axundovun müəllif olduğu "Puşkinin ölümünə Şərq poeması" haqqındadır. Digər mənalar üçün Şərq poeması (dəqiqləşdirmə) səhifəsinə baxın.

"Puşkinin ölümünə Şərq poeması"[2] (fars. مرثیهٔ شرق در وفات پوشکین‎, translit. Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema[3], qəsidə[4]. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb[5][6].

Puşkinin ölümünə Şərq poeması
fars. مرثیهٔ شرق در وفات پوشکین
Poemanın avtoqrafı[1]
Poemanın avtoqrafı[1]
Janr Ağı, qəsidə
Müəllif Mirzə Fətəli Axundov
Orijinal dili fars dili
Yazılma ili 1837
Nəşr ili 1837
Nəşriyyat Yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir[7][6]. Poema müəllifin dərc edilmiş ilk işi idi[8] və onun ilk mühüm əsəri sayılır[3].

Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl MüşfiqMaarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzə Əli və s. tərcümə işlərini görmüşdülər.

1937-ci il fevralın 8-də qəsidə İranƏfqanıstan üçün Moskvadan Puşkinə həsr olunmuş yubiley radiokonsert tədbirində oxunmuşdur[4]. Cəfər Xəndanın tərtib etdiyi poemanın sözləri əsasında Süleyman Ələsgərov ballada-romans bəstələmişdir.

Əsərin müəllifi Mirzə Fətəli Axundov.

8 fevral (27 yanvar Yuli təqvimi) 1837-ci ildə rus şairi Aleksandr PuşkinJorj Dantes arasında duel keçirildi, nəticədə Puşkin qarnından yaralanaraq, 10 fevral (29 yanvar Yuli təqvimi) 1837-ci ildə vəfat etdi.

O vaxtlar Rusiya İmperiyasında qanlı şərəf döyüşləri qanunla qadağan edilmişdi. Buna görə də mətbuatda Puşkinin ölüm səbəbi qeyd olunmurdu. Duel barədə məlumat, xüsusən də cəmiyyətin baş verənlər barədə fikri mətbuatda əks olunmurdu, mətbuatda daha çox hökumətin rəsmi versiyası hökm sürürdü. Bu məlumatlar əsasən söhbətlərdə, şəxsi yazışmalarda, poetik rəylərdə ifadə olunurdu[9].

Puşkinin vəfatı o vaxtı Tiflisdə Qafqaz canişininin dəftərxanasında tərcüməçi işləyən Axundovu dərindən sarsıdaraq, ona böyük poemanın yazılmasında ilham verdi[10]. Ədəbiyyatşünas Mikayıl Rəfili iddia edir ki, Mixail Lermontovun[qeyd 1] Puşkinin ölümünə həsr etdiyi "Şairin ölümü" adlı şeirləri həmin vaxt Tiflisdə tanınırdı. Hesab edilirdi ki, şairin ölümünün xəbəri yalnız fevral ayının sonunda Qafqaza qədər çata bilərdi. Rəfili həmçinin fərz edir ki, Axundov poemasını təxminən martın əvvəllərində yazmışdır. O, bu fikri müəllifin əsərdə bahar mənzərəsini təsvir etməyi ilə izah edir[11]. Poemanın martda yazıldığına aid versiya axundovşunas Nadir Məmmədov tərəfindən də dəstəklənir[6]. Axundovun poeması müəllifin özü tərəfindən tərcümə edildi və 1831-1837-ci illərdə Qafqazda mülki hissənin müdiri olmuş Qriqori Rozenə təqdim olundu[11].

Tərcüməsi və nəşri

[redaktə | mənbəni redaktə et]
"Moskovski nablüdatel" redaksiyasının poemaya şərhi. 1837, XI hissə, II (mart) kitab.

Biz bu gözəl fars şerini müəllifin özü tərəfindən edilən rus dilinə tərcüməylə birlikdə Tiflisdə olan İvan İvanoviç Klementyevdən aldıq. Cənab Klementyevin şeir ilə birlikdə göndərdiyi məktubdan bəzi sözlər bunlardır. "Sizə təbii ki xoş olar ki, publikanın diqqətinə Qafqaz və Bağçasaray müğənnisinin gənc Şərq şairinə bağışladığı təəssüratı çatdırasız. Əsli ərəb şriftlərlə qəsdən yazılıbdır ki, ən asan formada oxunsun... Mən əminəm ki, bəzi yerlərdə ifadələrin qəddarlıq və vəhşiliyi, Avropadan kifayət qədər fərqli olan Şərq ruhuna görə lazımı qədər üzrlü sayılacaq; tərcümə edərkən o ruha mümkün qədər sadiq qalmaq yazıçının başlıca məqsədi idi, demək olar ki qalan hissədə mən düzəlişlər etmədim; və mən İranın parlaq koloriti və sədaqətdən çox zirək olan oynaq müqayisə parıltısını saxlamaq vacib sayırdım... Vətəndaşlıq şüurunun səmərəli izlərini görmək bir rusun ürəyinə izah edilməyəcək qədər xoşdur... Və bu vətəndaşlıq şüuru, bolluca öz nemətlərini paylayan təbiətə düşmən insanın coşqun qüvvələrinin tədricən belə sakitləşdirilməsi rus tərəfindən edilir". Cənab Klementyevin hisslərinə tam şərik olaraq və ona fars şairi əli ilə Puşkinin məzarına atılmış lətif bir çiçəyi bizə göndərdiyi üçün səmimiyyətlə təşəkkür edərək, biz ürəkdən belə gözəl istedada uğurlar arzulayırıq, üstəlik biz onda rus mədəniliyinə belə rəğbəti görürük.[10]

1837-ci ildə poema "Moskovski teleqraf" jurnalında ilk dəfə rus dilində dərc olundu, hərfi tərcüməni müəllifin özü etmişdir[4]. (Axundov poemanın rus dilinə nəsr tərcüməsini hazırlamışdır)[8]. Poemanın rus dilinə tərcüməsi Axundovun bu sahədə ilk cəhd idi[12]. Ədəbiyyatşünas Andrey Popovun qeyd etdiyi kimi, bu tərcümə bəlkə də M. F. Axundovunun Gürcüstan dəftərxanasından olan dostu və yoldaşı İvan Klementyev tərəfindən müəllifin xəbəri olmadan Moskvaya, "Moskovski nablüdatel" (rus. Московский наблюдатель) jurnalının redaksiyasına göndərilib[13] Belə ki, poemanın sətri tərcüməsi hazırlayan Axundov onu Klementyevə göstərir. Tərcüməni oxuyan Klementyev heyrətə gəlir və əsərin yazılış üslubuna müəyyən düzəlişlər edərək və qısa məktubla birlikdə "Moskovski nablüdatel" jurnalının redaksiyasına göndərir[6].

Jurnalın redaksiyası əsərə rəğbətlə yanaşdı və poema dərhal jurnalının XI mart kitabında[qeyd 2] kiçik qeydlə (14 mart 1837-ci il tarixli senzura icazəsi) çap olundu[6]. Bundan başqa redaksiya bir qeyd əlavə etmişdir ki, əsər təkçə Puşkinə yox, həm də ümumilikdə rus mədəniyyətinə ehtiram göstərir[8]. Qeyd etmək lazımdır ki, redaksiya "Moskovski nablüdatel"də dərc olunan mətndə xırda düzəliş etmişdir[12]. Redaksiya əsəri "Puşkinin məzarına atılmış lətif bir çiçək" adlandırmışdır və poemanın mətninə kiçik bir qeyd əlavə etdi[10]. Belə ki, qeyddə deyilirdi:

" Cənab Klementyevin hisslərinə tam şərik olaraq və ona fars şairi əli ilə Puşkinin məzarına atılmış lətif bir çiçəyi bizə göndərdiyi üçün səmimiyyətlə təşəkkür edərək, biz ürəkdən belə gözəl istedada uğurlar arzulayırıq, üstəlik biz onda rus mədəniliyinə belə rəğbəti görürük[14].[qeyd 3] "
1837-ci ildə əsərin rus dilinə tərcüməsini tərtib etmiş Aleksandr Bestujev-Marlinski.

Bir qədər sonra, 1837-ci ilin mayında baron Rozenin təklifi ilə Axundovun dostu[8], dekabrist Aleksandr Bestujev-Marlinski[qeyd 4] tərəfindən poemanın rus dilinə poetik[8] (digər ehtimala görə sətri[14]) tərcüməsi tərtib edildi. Sətri tərcümənin bu yeni variantı uzun illər Axundovun arxivində qalmışdı[14] və yalnız 1874-cü ildə onun yaxın dostu, məşhur rus şərqşünası Adolf Berjenin təşəbbüsü ilə Russkaya Starina[4][qeyd 5] jurnalında çap olunmuşdur. Beləcə, 1874-cü ildə Axundov Tiflisdən köçməyə hazırlaşan Adolf Berjeyə poemasının Bestujev tərəfindən hazırlanan tərcüməsini verdi. Elə həmin ildə tərcümə Berjenin yazdığı kiçik önsözü[10] ilə Russkaya Starina jurnalında dərc olundu. Hansındaki xüsusilə qeyd olunmuşdur:

" ...unudulmaz Puşkinin ölümü öz gözlənilməzliyi ilə təkçə daxili Rusiyanı deyil, həmdə bizim geniş vətənin ucqar rayonlarının birində yaşayan müsəlman əhalisi arasında hətta dərin təsir bağışladı[qeyd 6][15]
Ad. Berje
"
Əsəri gürcü dilinə tərcümə etmiş İosif Qrişaşvili

Russkaya Starina jurnalında Berje poemanın sətri tərcüməsinin yeni variantının yazılma hekayəsi barəsində yazmışdır. Bu 1837-ci ilin aprelində baş vermişdir ki, Bestujevın Mirzə Fətəlinin şeirləri ilə tanış olmadığı aşkar olunanda, o, Qafqaz canişi baron Rozenin xahişi ilə razılaşdı ki, müəllifin iştirakı ilə poemanı rus dilinə çevirsin[14]. Əlyazma şəklində əldən ələ gəzən bu tərcümə Cənubi Qafqazda məşhurlaşdı. Mikayıl Rəfili Bestujev tərəfindən orijinal mətnə əlavə edilən üslub düzəlişlərini aşkar etmişdir, lakin onlar əsərin məzmunu, obraz və mənasını dəyişməmişdilər. Bu tərcümə Bestujevin sonuncu işi olmuşdur, üç gündən sonra o, Adler rayonunda qətlə yetirildi[10]. Sonralar yeni tərcüməsi "Kafkaz" (1874, 22 noyabr 1874, № 137) qəzetində dərc olunmuşdur[14] və inqilabdan əvvəlki rus dövri mətbuatında dəfələrlə dərc olunmuşdur. Sovet hakimiyyəti illərində xüsusilə populyarlıq almışdır[14][qeyd 7]. Əsər rus dilində həmçinin "Puşkinin ölümünə" (rus. «На смерть Пушкина») adı ilə də tanınır[3][16][17][18].

Sonralar Axundovun poeması dəfələrlə nəşr olunmuşdur. 1871-ci ildə "Kafkaz" qəzetində. Moskvada Puşkinin abidəsinin açılması ilə əlaqədar 1880-ci ildə Peterburqski listok adlı qəzet poemanın Aleksandr Sokolovun ağ misralı tərcüməsini dərc etmişdir[19](bu tərcümə poemanın rus dilinə olan ilk mənzum tərcüməsi idi)[14]. Puşkinin anadan olmasının yüz illiyi ilə əlaqədar "Kafkaz" qəzeti poemanı Bestujevin yeni tərcümə olunmuş variantda təkrarən çap etmişdir və Bestujev oxuyucularına bildirmişdi ki[20], "dahi rus şairinin faciəli vəfatı barədə nəhs xəbər yurdumuza çatanda, Fət-əli ahəngdar şeiri ilə öz kədərini ifadə etdi[21]".

Poemanı farscadan azərbaycan dilinə tərcümə etmiş Mikayıl Müşfiq.

Sovet dövründə "Şərq poeması" rus, ukrayna, gürcü, belarus, özbək, tatar, latış, yakut kimi SSRİ-nin bir çox xalqlarının dillərinə tərcümə edilmişdir[22]. İosif Qriaşvillinin rus dilindən gürcü dilinə tərcümə etdiyi nüsxə 1933-cü ildə Droşa jurnalının 5-ci nömrəsində çap olunmuşdur[23].

Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq (fars dilindən) və Maarif Soltan tərcümə etmişdilər[24]. Bildirilir ki, Mikayıl Müşfiq "poemanın tərzi və üslubunu qorumuşdur, M. F. Axundovun fikirləri və istəklərini çatdırmışdır və eyni zamanda ana dilinin səs və məna zənginliyini ustalıqla istifadə etmişdir."[22] Cəfər Xəndan tərəfindən hazırlanan poemanın misraları ballada-romansda səslənir (musiqi müəllifi Süleyman Ələsgərov olmuşdur)[22].

Sovet hakimiyyəti illərində poemanın mənzum tərcüməsi şair Georgi Stroqanov (Literaturni Azərbaycan jurnalı, 1938, № 2, səh. 40—41 və "Bakinski raboçi" jurnalı, 1938, 24 oktyabr, № 247) və Pavel Antokolski tərəfindən tərtib edilmişdir[14]. Pavel Antokolskinin tərcüməsi rus dilində xüsusi populyarlıq qazanmışdır və o, ilkin variantında ilk dəfə 1939-cu ildə "Antaloqiya azerbaycanskoy poezii" toplusunda dərc olunmuşdur. Sonralar Antokolski dəfələrlə öz tərcüməsinin üstündə əsaslı işlər aparırdı və onu təkmilləşdirirdi. 1982-ci ildə Bakıda poema Antokolskinin tərcüməsində ayrıca nəşr edildi[25]. Rus nəşriyyatlarının 1950, 1956, 1963, 1973 və 1987-ci illərdə buraxdığı Axundovun bədii əsərlərinin bütün toplularında Pavel Antokolskinin mənzum tərcüməsi istifadə olunmuşdur[14].

Poemadan bir parça
(Mikayıl Müşfiqin tərcüməsində)

...Rus torpağı, yas tutub, fəqan qızlar ki:
– Ey qatillər əlilə ölən namidar!
Qürtulmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı sənə havadar.
Sən ki, çıxdın dostların əlindən, burax
Üstünə haq rəhməti olsun sayədar.
Torpağına saçmağa iki gül ətri
Qopar Bağçasaraydan bir incə ruzgar.
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz
Səbuhinin şe'rilə yasını saxlar.

Poemanın orijinalı

[redaktə | mənbəni redaktə et]

Adolf Berje və həmçinin Vladimir Kallaş "Puşkiniana" (Puschkiniana) kitabında qeyd edirdilər ki, "poemanın orijinalı saxlanılmayıb və itirilib." Belə ki, "Russkaya starina" jurnalında dərc olunan poemanın ön sözündə də Berje yazır ki, "poemanın orijinalı itirilib." Axundovun poeması həqiqətən də yalnız rus dilinə tərcümə versiyalarından məlum idi. Hesab edilirdi ki, poema hissələrlə məşhur türk ədəbiyyatının tarixçisi və azərbaycan əlyazmalarının yığan Salman Mümtazda qalıb. 1936-ci ilə qədər ehtimal olunurdu ki, poemanın orijinalı hər halda itirilməyib və "Moskovski nablüdatel" jurnalının arxivində saxlanılır. Bunun təsdiqi kimi bundan bir az əvvəl Dünya Ədəbiyyatı İnstitutunun materiallarında müəllifin özünün şərh etdiyi poemanın tərcüməsinin əsli olan bir əlyazma tapılmışdır. Bu tərcümə orijinal ilə birlikdə "Moskovski nablüdatel" jurnalına göndərilmişdi[10].

Poemanın orijinalı axtarışları faydasız və ümidsiz iş sayılırdı. Sənəd Azərbaycan hökuməti tərəfindən 1928-ci ildə yazıçının varislərindən alınan Axundovun arxivində də tapılmamışdır. Bu arxiv Tiflisdə saxlanılırdı. Lakin müəllifin öz əliylə yazdığı əsərin mətni yuxarıda qeyd olunan arxivdə olmayan və Axundovun nəvəsində qalan yazıçının əlyazmaları və kağızlarını araşdıranda tapmaq mümkün oldu[26].

Poema fars dilində qəsidə növündə yazılıb, əlli beytdən ibarətdir. Bir-birinə qafiyə olan bütün sətirlər on dörd hecadan ibarətdir[27]. Əlyazma çox yaxşı halda qorunub saxlanılıb və qeyd olunan cəhətlərindən biri də onun rahat və sərbəst oxunmasıdır. Poemanın aşkarlanmış əsli saxlanılması üçün SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutuna verilmişdir. Onun fotosurəti 18 noyabr 1936-cı ildə "Bakinski raboçi"[3] № 267 (5066) qəzetində paylaşılmışdır, həmçinin Bakının digər mətbuat orqanlarında da yerləşdirilmişdir[26].

Əsərin təhlili

[redaktə | mənbəni redaktə et]
Puşkinin sonuncu atəşi. Adrian Volkovun rəsmi.

Tənqidçi Yaşar Qarayev və filosof Fuad Qasımzadə qeyd edirlər ki, bu əsər Şərqdə rus ədəbiyyatına həsr olunan ilk əsərdir[28]. Daha Səməd Vurğun yazırdı: "Biz bununla fəxr edirik ki, Şərqdə Puşkinin dünya poeziyasında əhəmiyyətini ilk dəfə böyük Mirzə Fətəli tərəfindən dərk edilmiş və sevə-sevə vəsf edilmişdir. Biz buna görə ona əbədi minnətdarıq[22]."

Şeiri təhlil edən Seyfulla Əsədullayev qeyd edir ki, şərq poetik ənənəsinə görə, onun birinci hissəsində poetik rəmzlər və obrazlar üstünlük edirlər, həcminə görə daha böyük olan ikinci hissədə isə daha çox poetik tənqidi janrının elementlərinə rast gəlinir[20].

Əsədullayevin fikrincə, müəllifin poemadaki rəyləri və müşahidələri onu sübut edir ki, Axundov Puşkinin yaradıcılığı ilə yaxından tanış idi və onun şöhrəti haqqında xəbərdar idi[20]. Belə ki, Axundov "Söz ordusu başçısı Puşkin" yazaraq şairin yaradıcılığına öz qiymətini verir, onun dünya şöhrətini vurğulayır — "Çindən tutub Tatara qədər dolaşırdı şöhrəti diyarbədiyar", həmçinin yazır ki "O Puşkin ki, nüktəyə başlayan zaman hər bucaqdan qopardı, coşqun alqışlar..."[qeyd 8]. Elegiyada "Qafqaz", "Tilsim" və "Baxçasaray fontanı" kimi Puşkinin əsərlərinin adları çəkilir[4].

Əsədullayev qeyd edir ki, müəllif Puşkinin dövründən əvvəl yaşamış yazıçıların rus ədəbiyyatının inkişafında verdiyi töhfələri səciyyələndirərək, ziddiyyət və bənzətmə üsullarına əl atır. .Seyfulla Əsədullayev hesab edir ki, bu Axundova Puşkinin rus ədəbiyyatı tarixində yeri və əhəmiyyətini bariz göstərmək üçün imkan yaradır. Eyni anda Axundov onu sələflərinə qarşı qoymur, əksinə Puşkini onların davamçısı sayır, hansı ki onların başladığı rus ədəbiyyatının yeniləşdirmə işinin artırır və tamamlayır[20].

…Nəzm evini süsləyən Lomonosovdu,

Orda Puşkin xəyalı oldu bərqərar.
Derjavin tutmuşdusa sözün mülkünü,
Yerində Puşkin oldu nəzmilə muxtar.
Camə bilik meyini tökdü Karamzin,

Puşkinə qismət oldu o cami-gülnar.[12][qeyd 9]

Ədəbiyyatşünas Mikayıl Rəfili qeyd edirdi ki, poemada Axundovun Puşkinin ölümünə qarşı olan dərin və səmimi kədəri hiss olunur, müəllif şairin yaradıcılığına hörmət və məhəbbətlə yanaşdığı açıq görsənir. Rəfili Axundovun poemasını Lermontovun "Şairin ölümü" şeiri ilə müqayisə edərək, yazır ki, Axundovun əsərində daha çox ağı, poetik qüssə və oxucuda Puşkinə məhəbbət və rəğbət oyadan lirika var. Lermontov öz nifrət və kədərini ifadə etmək üçün güclü, ifşa edən və qəzəbli sözlərə əl atır, Axundov isə bədii effekti yaratmaq üçün poemanın lirikası, rənglərin gözəllikləri və incəlikləri, şərq poeziyasının səciyyəvi xüsusiyyəti olan təbiətin obrazlarını istifadə edir. Lermontov və Axundovun əsərlərini Rəfili Puşkinin müasirləri tərəfindən onun ölümünə yazılan ən mükəmməl poetik abidə adlandırır[10].

Ədəbiyyatşünas Nadir Məmmədov poemanın mənzum formasını klassik şərq poeziyasına xas olan aydın ifadə edilmiş şərq romantika ruhu, müqayisələr, metaforalarepitetlərlə, həmçinin şeirin ornamentlərinin parlaqlığı və əcaibliyi ilə xarakterizə edir. Onun fikrincə, əsərin bədii forması və strukturu tamamilə ənənəvidir və özündə yenilik gətirəcək heçnə daşımır. Məmmədov qeyd edir ki, poemanın bədii gücü və dəyəri ilk növbədə onun materialının yeniliyi və kəsərində, məzmunun dərin hissləri və emosionallığındadır[5].

  1. 1837-ci ildə Tiflisdə olarkən Lermontov azərbaycan (o vaxtki terminologiyaya görə "tatar") dilini öyrənməyə başlamışdır, bu işdə Axundov ona kömək edirdi. Bax Vadim Trepavlov. Русские в Евразии XVII-XIX веков. Институт российской истории РАН. 2008. Həmçinin bax Lermontovun Rayevskiyə mesajı (noyabrın ikinci hissəsi — 1837-ci il dekabrın əvvəli. Tiflisdən Petrozavodska)
  2. Moskovski nablüdatel 1837, XI hissə, kitab II (mart), səh. 297—304.
  3. Orijinal mətni: Вполне разделяя чувства г. Клементьева и блаilаря его искренне за доставление нам прекрасного цветка, брошенного рукою персидского поэта на могилу Пушкина, — мы от души желаем успеха замечательному таланту, тем более, что видим в нем такое сочувствие к образованности русской (rusca)
  4. Axundov rus ədəbiyyatı dərsləri müqabilində Bestujevə azərbaycan dilini öyrədirdi
  5. Russkaya Starina 1874, XI kitab, sentyabr, səh 76—79.
  6. Orijinal mətni:…кончина незабвенного Пушкина потрясла своею неожиданностью не только одну внутреннюю Россию, но произвела глубокое впечатление даже среди мусульманского населения, в одной из дальних окраин нашего обширного отечества (rusca)
  7. Literaturnoe Zakavkazie (Tiflis, 1933, № 1) jurnalında dərc edilmiş variant istisna olmaqla, hansı ki Bestujevın tərcüməsinin qeyri-dəqiq və qısaldılmış mətnindən ibarət idi
  8. Mikayıl Müşfiqin tərcümə etdiyi mətnə əsasən
  9. Mikayıl Müşfiqin tərcümə etdiyi mətnə əsasən.
  1. Ахундов. . I. Под ред. Дж. Кулиева. ASE: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. 1976. 498.
  2. Azərbaycan Sovet Ensiklopediyası. Tom I. s. 498
  3. 1 2 3 4 Əziz Şərif. Axundov // 8 . I. Aleksey Surkovun redaktəsi altında. Müxtəsər Ədəbiyyat Ensiklopediyası: Sovet Ensiklopediyası. 1962. 364.
  4. 1 2 3 4 5 Filologiya elmləri namizədi A. Z. Rozenfeld. А. С. Пушкин в персидских переводах. № 6. Leninqrad universitetinin vestniki. 1949. 83.
  5. 1 2 Nadir Cəlil oğlu Məmmədov. Реализм М.Ф. Ахундова. Баку: Maarif. 1982. 68.

    Yuxarıda qeyd olunan M. F. Axundovun ilk şeiri kimi "Puşkinin ölümünə Şərq poeması" da fars dilində və klassik şərq poeziyası ənənələrində yazılıb. Əsərin poetik forması aydın ifadə edilmiş romantik şərqi ruh, müqayisələr, metaforalar, şərq klassik poeziyasına xas olan epitetlər, parlaq və əcaib şeir ornamentləri ilə səciyyələnir. "Puşkinin ölümünə Şərq poeması"nın bədii forması və strukturu tamamilə ənənəvidir və özündə heç bir yenilik daşımır. M. F. Axundovun poemasının bütöv bədii gücü və dəyəri ilk növbədə onun materialının yeniliyi və təsirliyi, hisslərinin dərinliyi və məzmununun emosionallığı ilə bağlıdır...

  6. 1 2 3 4 5 Axundov, 1987. səh. 278
  7. Nadir Cəlil oğlu Məmmədov. М. Ф. Ахундов (К 175-летию со дня рождения). № 1. Sovetskaya turkologiya: Kommunist. 1989. 42—53.

    "Puşkinin ölümünə Şərq poeması" M. F. Axundovun bizim dövrə qədər orijinal şəkildə gəlib çatmış ikinci poetik əsəridir. Puşkinin faciəli ölümü haqda xəbər gənc azərbaycan şairini dərindən sarsıtdı. Onun poeması böyük rus şairinə alovlu sevgi bəstəliyir. Puşkinin qatillərinə qəzəblə lənət oxuyaraq o, onun vaxtsız vəfatına acı-acı ağlayır

  8. 1 2 3 4 5 H. Algar. Āḵūndzāda. . I (ingilis). Encyclopædia Iranica. 1984. P. 735—740.
  9. v. B. Andomirskaya, A. P. Antonenkova. Puşkinin vəfatının 125 illiyinə // SSRİ Ülmlər Akademiyasının izvestiyası . 21. Nauka. 1962. 283.

    Cəmiyyətin duel ərəfəsindəki hadisələr barədə fikri rəsmi hökumət versiyasına üstünlük verən mətbuatda yox, məhz şəxsi yazışmalarda, söhbətlərdə, poetik çağırışlarda ifadə olunurdu

  10. 1 2 3 4 5 6 7 Mikayıl Rəfili. Puşkin və Mirzə-Fətəli Axundov.. "Puşkinski vremennik": SSRİ Elmlər Akademiyasının nəşriyyatı. 1936. 240—256.
  11. 1 2 Mikayıl Rəfili . Axundov. Görkəmli adamların həyatları (2-ci 25 000 nüs.). M.: "Molodaya qvardiya". C. Cəfərovun redaksiyası altında. 1959.
  12. 1 2 3 Şıxəli Qurbanov. A. S. Puşkin və Azərbaycan. Azərbaycan Uşaq Ədəbiyyatı Nəşriyyatı. 1959. 108.

    Müqayisədə göründüyü kimi, "Moskovski nablüdatel" jurnalı tərəfindən dərc olunmuş mətndə redaksiya yalnız cüzi düzəlişlər edib. Poemanın M F Axundovun özü tərəfindən edilmiş rus dilinə tərcüməsi gənc azərbaycanlı şairin bu sahədə ilk cəhd idi. Və qeyd etmək lazımdır ki, tam uğurlu cəhddir. Bu tərcümənin rus mətbuatının səhifələrində nəşr edilməsi diqqətəlayiq hadisə oldu.

  13. Andrey Popov. Лермонтов на Кавказе. Ставропольское книжное издательство. 1954. səh. 219.

    M. F. Axundovun dostu və Gürcüstanda yerləşən baş müdirin dəftərxanasından olan iş yoldaşı İ. İ. Klementyevin etdiyi "Puşkinin ölümünə" şərq poemasının bu müəllif tərcüməsi bəlkə də müəllifin xəbəri olmadan, Moskvaya göndərilmişdi və "Moskovski nablüdatel" jurnalının 1837-ci ilin mart kitabında çap olunmuşdur.

  14. 1 2 3 4 5 6 7 8 9 Axundov, 1987. səh. 279
  15. «Russkaya Starina», 1874, kitab XI, səh. 77
  16. Pavel Antokolski. О Пушкине. Moskva: Sovetski pisatel. 1960. 109–113.
  17. Axundov, 1987. səh. 191
  18. Ахундов // Ангола — Барзас. — M. : Sovet ensiklopediyası, 1970. — (Böyük Sovet Ensiklopediyası : [30 cildli] / baş redaktor Aleksandr Proxorov ; 1969—1978, cild 2).
  19. Əziz Şərif. Из истории публикаций поэмы М.-Ф. Ахундова «На смерть Пушкина» // Puşkin əcnəbi şərq ölkələrində (Məqalələr toplusu). Nauka. 1979. 224.

    Daha bir neçə il sonra, 1880-ci ildə Puşkinin Moskvada abidəsinin açılması ilə əlaqədar "Peterburqski listok" Axundovun poemasını Sokolovun ağ misralı tərcüməsini dərc etdi

  20. 1 2 3 4 Seyfulla Əsədullayev. Из истории восприятия и оценки творчества Пушкина в Азербайджане. Puşkin və Sovet İttifaqı xalqlarının ədəbiyyatı: Yerevan universitetinin nəşriyyatı. 1975. 517.

    O, gənc M. F. Axundov idi ki, Puşkinin faciəli ölümünə dərhal öz münasibətini bildirdi və Lermontovun "Şairin ölümü" şeirinin ardınca 1837-ci ildə necə deyərlər, ürəyinin qanı ilə məşhur "Puşkinin ölümünə Şərq poeması"nı yazdı.
    1899-cu ildə, Puşkinin anadan olmasının yüz illiyi ilə əlaqədar Tiflisdə nəşr olunan "Qafqaz" qəzeti M. F. Axundovun poemasınının yeni rus dilinə tərcümə olunmuş versiyasını təkrarən yazaraq oxuculara bildirirdi: "Dahi rus şairinin faciəli vəfatı barədə məşum xəbər yurdumuza çatanda, Fət-Əli öz kədərini gur şeirlərlə ifadə etdi". "Puşkinin ölümünə şərq poeması" poetik əsərdir və elə görünə bilər ki, onun bizim mövzuya aidiyyəti yoxdur. Lakin əsəri diqqətlə oxuyanda asanlıqla əmin olmaq olar ki, onun daxilində poetik bədii həyatı kritik fikri ilə üzvi şəkildə uyğunlaşır, tənqidi fikirlər daim müşayiət olunur. Poemanın birinci hissəsi şərq poetik ənənələri üslubunda və poetik simvol və obrazlarla zəngin olduğu vaxtda, onun ikinci hissəsində tənqidi qiymətlər və təyinlər üstünlük təşkil edir, tənqidi fikir poetik fikri üstələyir. Daha doğrusu, ikinci hissə poetik tənqid janrının xüsusiyyətlərini özündə ehtiva edir.
    Poemanın poetik obrazları və müqayisələrində Axundov Puşkinin yaradıcılığı, böyük şairin rus poeziyası tarixində dəqiq yer konsepsiyası və roluna öz nöqteyi-nəzərini bildirir. Poema müəllifinin qiymətləndirməsi və müşahidələri göstərilər ki, o, Puşkinin yaradıcılığını yaxşı tanıyırdı, onu uca şöhrəti haqqında xəbərdar idi. "O Puşkin ki, nüktəyə başlayan zaman. Hər bucaqdan qopardı, coşqun alqışlar?" sətirlərində Axundov şairin yaradıcılığına öz qiymətini verir, onu "söz ordusu başçısı" adlandırır, onun dünya şöhrətini vurğulayır "Dolaşırdı şöhrəti diyarbədiyar". Poemada rus ədəbiyyatının Lomonosovdan Puşkinə qədər biçimli inkişaf konsepsiyasını görmək olar. Özü də Puşkindən əvvəl rus ədəbiyyatının inkişafında görkəmli yazıçıların yeri və xidmətlərini xarakterizə edərək, müəllif kontrast və müqayisələr üsullarına əl atır, hansılar ki ona Puşkinin rus ədəbiyyatı tarixində yeri və əhəmiyyətini qabarıq şəkildə müəyyən və ifraz etməyə imkan verir. Əlbəttə ki, Axundov şairi onu sələfləri ilə müqayisə etmir, amma onu onların davamçısı kimi görür, hansı ki onların başladığı rus ədəbiyyatının yeniləşmə işini davam etdirir və bitirir.

    Nəzm evini süsləyən Lomonosovdu,
    Orda Puşkin xəyalı oldu bərqərar.
    Derjavin tutmuşdusa sözün mülkünü,
    Yerində Puşkin oldu nəzmilə muxtar.
    Camə bilik meyini tökdü Karamzin,
    Puşkinə qismət oldu o cami-gülnar.

    Lomonosov, Derjavin və Karamzin — rus ədəbiyyatının Puşkinə qədər dövrünün inkişafında başlayan yeni tendensiya və yeni istiqamətin yaranması bu üç şəxsiyyətin adı ilə bağlıdır. Lakin bütün bu təşəbbüslər, istiqamətlər və tendensiyalar Puşkinin yaradıcılığında bir araya gəldilər və vahid realist istiqamətdə birləşdilər, hansı ki rus ədəbiyyatının inkişafında yeni mərhələyə çevrildi. Bu Axundovun XVIII və XIX (üçdə bir hissəsi) əsrlərdə olan rus ədəbiyyatının konsepsiyası idi, hansı ki sonradan V. Q. Belinski tərəfindən irəli sürülən həmin dövrdə rus ədəbiyyatının inkişaf konsepsiyası ilə demək olar ki, üst-üstə düşür...

  21. "Kavkaz" qəzeti, 26 may 1899 (Şıxəli Qurbanovun "Puşkin və Azərbaycan" kitabından sitat, Bakı, 1959, səhifə 121)
  22. 1 2 3 4 Dilarə Şərifova. "Рукою вдохновенного поэта" // Literaturni Azərbaycan. № avqust. Azərbaycan Sovet Yazıçıları İttifaqının nəşriyyatı. 1987. 119.

    Axundovun poeması unudulmamışdır və dəfələrlə nəşr edilmişdir — 1871 və 1899-cu illərdə "Kafqaz" qəzetində, "Tifliski listok" qəzetinin "İllüstrirovannoye pribavlenie" şəkilli əlavə hissəsində çap edilmişdir, baxmayaraq ki onu tərcümə etmə cəhdləri olmamışdır. Sovetin vaxtında Axundovun poeması bir neçə SSRİ xalqlarının dilinə tərcümə olunmuşdur — rus, ukrayna, gürcü, belarus, özbək, tatar, latış, yakut və s. dillərə. P. Antokolski, İ. Qonçarenko, Aşot Qraşi, Zəki Nuri, K. Murzaliyev kimi tərcüməçilər özünəməxsus şəkildə "Şərq poemasını"nın gözəllik və cazibədarlığını tərcümə işlərində qoruya bilmişdilər.


    Poema Azərbaycan dilinə də tərcümə edilmişdir. Fars dilindən tərcümə Mikayıl Müşfiq tərəfindən həyata keçirilmişdir, hansı ki poemanın heca və üslubunu saxlayaraq, hisslərin bütün gücü ilə M. F. Axundovun düşüncə və istəklərini çatdırdı, eyni anda ana dilinin səs və məna zənginliyini ustalıqla istifadə etdi. Axundovun misraları Cəfər Xəndanın hazırladığı ballada-romansda səslənir (musiqi müəllifi Süleyman Ələsgərov).
    "Şərq poeması"nın əhəmiyyətini əbədidir. Onu oxuyarkən, biz elə bil dahi Puşkinə olan yüksək məhəbbət hissinin tükənməz mənbəsinə toxunuruq. Biz bununla fəxr edirik ki, Şərqdə Puşkinin dünya poeziyasında əhəmiyyətini ilk dəfə böyük Mirzə Fətəli tərəfindən dərk edilmiş və sevə-sevə vəsf edilmişdir. Biz buna görə ona əbədi minnətdarıq.

  23. Əziz Şərif. Прекрасный цветок на могилу Пушкина // Literaturni Azərbaycan. Azərbaycan Sovet Yazıçıları İttifaqının nəşriyyatı. 1977. 127.

    Oktyabr inqilabından sonra Mirzə Fətəli Axundovun Puşkinin ölümünə poemasını ilk gürcü şairi və alimi İosif Qrişaşvilli xatırladı, hansı ki Bestujevin yazdığı mətnin gürcü dilinə özünün etdiyi tərcüməni gürcü jurnalı "Droşa"nın 1932-ci ildə 5-ci nömrəsinə yerləşdirdi, növbəti ildə isə Adolf Berjenin dərci barədə "Literaturnoye Zaqafqaziya" jurnalının birinci nömrəsində məlumat verdi...

  24. Leyla Məmmədova. Rəsul Rzanın M. F. Axundzadənin ədəbi irsinə münasibəti // "Azərbaycan" jurnalı. 2016-03-04 tarixində arxivləşdirilib.
  25. Pavel Antokolski . Восточная поэма на смерть А. С. Пушкина. [Пер. П. Антокольского] / Мирза Фатали Ахундов; [Rəssam. N. Babayev]. Bakı: Yazıçı. 1982. 22.
  26. 1 2 M. F. Axundov. İnşalar. Zarya Vostoka. Giriş məqaləsi, redaksiya və şərhlər Əziz Əliyev tərəfindən. 1938. 365.

    Lakin, Azərbaycan SSR hökumətinin əldə etdiyi arxivə daxil olmayan və Tbilisidə yazıçının nəvəsi tərəfindən saxlanılan Axundovun bəzi kağızlar və əlyazmalarının təhlili zamanı biz bu poemanın M-F. Axundovun əli ilə yazılmış mətninə rast gəldik, bu da onun əsilliyinə heç bir şübhə yeri qoymur.


    Poema böyük əhatəli listin dörd səhifəsində yazılıb.nO, fars dilində yazılıb və əvvəldən axıra qədər eyni qafiyəylə bitən əlli beytdən ibarətdir. Əlyazma çox yaxşı saxlanılıb və rahat oxunur.
    A. A. Bestujevın (Marlinski) rus dilinə tərcüməsi ilə poemanın orijinalı müqayisəsində aydın məlum oldu ki, bu tərcümə orijinala çox oxşar tərtib edilib, ona görə də biz M-F. Axundovun yazılar toplusunun özündə məhz bu nəsr tərcüməsinı saxlamaq qərarına gəldik, hərçənd son aylarda poemanın rus dilinə az və ya çox uğurlu mənzum tərcüməsi olsa da.

    SSR İttifaqı Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda saxlanılan, bizim aşkar etdiyimiz M-F. Axundovun poemasının orijinalının şəkili 18 noyabr 1936-cı il tarixli 267 (5066) saylı "Bakinski raboçi" qəzetində, eləcə də Bakının digər mətbuat orqanlarında da dərc olunmuşdur...

  27. Əziz Şərif. Прекрасный цветок на могилу Пушкина. // Literaturni Azərbaycan. Azərbaycan Sovet Yazıçıları İttifaqının nəşriyyatı. 1977. 128.

    Puşkinin ölümünə poema əlli beytdən ibarətdir və qəsidə şəklində yazılıb: o, əvvəldən axıra kimi "ar" qafiyəsiylə bitir, hansı ki poemanın ilk və on dörd hecadan ibarət sonrakı cüt sətirlərinin hamısını özündə cəmləşdirir.

  28. Yaşar Qarayev, Fuad Qasımzadə. Азербайджанская литература. . 7. 9 cilddə Dünya ədəbiyyatı tarixi: Nauka. 1991. 830.

    İyirmi beş yaşlı Axundovun Puşkinin ölümünə cavabı olan "Şərq poeması" (1937) əlamətdar faktdır. Şərq ilk dəfə rus ədəbiyyatı xəzinəsinə belə dərin hörmət və səmimiyyətlə müraciət etdi, rus şairinə olan kədər ilk dəfə şərq bədii əsərin mövzusu oldu və iyirmi üç yaşlı Lermontovun eyni andı ilə bir vaxtda sevgi və mənəvi sədaqət andı kimi səsləndi...

Ədəbiyyat və xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • M. F. Axundov. Seçilmiş əsərləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. Giriş məqaləsi, redaksiya və şərhlər Nadir Məmmədov tərəfindən. 1987. 294.