Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Hidayət Xuduş oğlu Orucov (5 sentyabr 1944, Maralzəmi, Meğri rayonu) — Azərbaycan dövlət xadimi, diplomat və şair-dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006–2012), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992–1993), İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (1968–1984).
Hidayət Orucov | |
---|---|
27 may 2012 – 6 oktyabr 2021 | |
25 iyul 2006 – 31 may 2012 | |
Əvvəlki | Rafiq Əliyev |
Sonrakı | Elşad İskəndərov |
19 iyul 2005 – 25 iyul 2006 | |
1993 – 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 sentyabr 1944 (80 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, diplomat |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.
Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini (mart 1984 — mart 1986), sonra baş redaktoru (1986–1992-ci illər) vəzifələrində işləmişdir. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir. Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanmışdır.
Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunmuşdur.
Pyesləri hal-hazırda Azərbaycanda və xaircə böyük teatrların səhnələrində uğurla oynanılır.
1 avqust 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləmişdir. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir.
25 iyul 2006-cı ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.[1] 31 may 2012-ci ildə həmin vəzifədən azad edilmişdir.[2]
Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[3] Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[4][5] 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[6]
6 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.[7]
Ailəlidir, üç övladı var. Ermənistan SSR-də partiya və dövlət vəzifələrində çalışmış Əli Məmmədovun bacısı oğludur.
Yazıçının altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunmuşdur.
Hidayətin xarici dillərdə nəşr olunmuş "Mən belə yaşayıram", "Nura qovuşacağıq" (rus dilində), "İntizar", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində), "Dağlar nəğməsi" (özbək dilində) və s. kitabları maraqla qarşılanmışdır. Əsərləri otuzdan çox dilə çevrilmişdir.
Tərcüməçilik fəaliyyəti Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biri kimi qiymətləndirilir. Onun qələmindən çıxmış ingilis, rus, island, türk, şotland, gürcü və s. xalqları ədəbiyyatından etdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 80–90-cı illərində ayrı-ayrı kitablar şəklində, antologiyalarda, dövri mətbuatda işıq üzü görmüş və böyük maraq doğurmuşdur. U. Şekspirin "Sonu yaxşı bitən hər şey yaxşıdır" pyesini, H. B. Stounun "Tom dayının daxması" romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |