Rafiq Əliyev (dinşünas)

Rafiq Yəhya oğlu Əliyev (1 yanvar 1947, Ağdam rayonu) – "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri.

Rafiq Əliyev
21 iyun 2001 – 27 iyun 2006
SonrakıHidayət Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1947(1947-01-01) (77 yaş)
Doğum yeri
Fəaliyyəti dinşünas

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]
  • 1985–1998: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, din tarixi bölməsinin müdiri;
  • 1997–1999: Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda xarici əlaqələr üzrə müdir müavini;
  • 1998–2000: Azərbaycan Elmlər Akademiyasının Qafqazda İslam Araşdırmaları Mərkəzinin direktoru;
  • 1991-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin təsisçisi, "İslam araşdırmaları" jurnalının baş direktoru (azərbaycan və ingilis dillərində), "Şərq tibb jurnalı"nın təsisçisi (azərbaycan və ingilis dillərində);
  • 21.06.2001–27.06.2006: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;[2]
  • 27.06.2006-hazırkı vaxtadək: "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru.

Monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  1. Demokratik Yəmən ictimai tərəqqi yolunda (Publisistika), Bakı, "Elm", 1975, 32 səh.
  2. Beynəlxalq islam təşkilatları (Məlumat kitabçası), Bakı, "Bilik", 1986, 45 səh.
  3. İslam "Milli sosializm" konsepsiyasında (Əlcəzair, Misir, Cənubi Yəmənin timsalında), Bakı, "Elm", 1986, 156 səh.
  4. "İslam və ərəb ölkələrində milli azadlıq hərəkatı" (azərbaycan dilində), Bakı, "Elm", 1985, 55 səh.
  5. "İslamizm, ərəbizm, sosializm" (rus dilində), Bakı, "Elm", 1994, 386 səh.
  6. "İslam və Azərbaycan mədəniyyəti" (ərəb dilində), Dubay, 1996, 60 səh.
  7. "İslam və Azərbaycan mədəniyyəti" (Orta əsr Azərbaycanının mədəni inkişafının əsas xüsusiyyətləri) (Tarixi-elmi analiz), ingilis, fransız və ərəb dillərində, 1 kitabda, ISESCO, Rabat, Mərakeş, 1996, 113 səh.
  8. "İslamda ailə-nikah münasibətləri" (azərbaycan dilində). Bakı, "İrşad" Mərkəzi, 1999, 250 səh.
  9. "İslam" (azərb. dilində), Bakı, "İrşad" Mərkəzi, 2000, 375 səh.
  10. "Dinin əsasları" (azərb. və rus dillərində, 2 kitabda), dərslik, Bakı, 2001–2004, 236 səh.[3]
  11. "Dövlətdin" (azərbaycan, rus və ingilis dillərində, 3 kitabda), Bakı, 2004, 100 səh.
  12. "Romantizm körpəsi" (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009, 116 səh.
  13. "Səmimi söhbət" (rus və ingilis dillərində, 2 kitabda), Bakı, 2009, 284 səh.[4]
  1. İslam Araşdırmaları üzrə Koordinasiya Şurasının üzvü (Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu);
  2. "Dünyada sülh uğrunda" Professorlar Akademiyasının üzvü (Vaşinqton, ABŞ);
  3. Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvü.

Ailə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.

  1. "Simurq-az.org – Rafiq Yəhya oğlu Əliyev". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  2. E-qanun.az – R. Y. Əliyevin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı [ölü keçid]
  3. "Anl.az – Din". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  4. Elibrary.az. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası – Rafiq Yəhya oğlu Əliyev [ölü keçid]