Hipparx (yun. Ίππαρχος; təq. e.ə. 190, Nikeya[d], Vifiniya[1] – təq. e.ə. 120, güm. Rodos, Qədim Yunanıstan) — qədim yunan astronomu.
Hipparx | |
---|---|
q.yun. Ίππαρχος | |
Doğum adı | Ἵππαρχος |
Doğum tarixi | təq. e.ə. 190 |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 120 |
Vəfat yeri |
|
Elm sahəsi | astronomiya |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 190-cı ildə Anadoluda Vifiniya vilayətinin Nikeya(hazırda İznik, Türkiyə) şəhərində doğulan Hipparx ömrünün çoxunu Rodosda keçirib. E.ə. 120-ci ildə Rodosda öldüyü güman olunur.
Fəaliyyətinin çox az hissəsi bizə məlum olsa da antik dövrün ən görkəmli astronomlarımdan sayılır. Dövrümüzə gəlib çıxan yeganə elmi işi Solili Aratın (Aratus of Soli) didaktik "Fenomen" şeirinə yazdığı təfsirdir. İtib batmış əsərlərinə astronomiya təqvimi, optika və arifmetikaya dair kitablar, "Kütləsi tərəfindən aşağı dartılan cisimlərə dair" adlı traktatı, coğrafiya və astronomiya barədə yazıları və öz əsərlərinin siyahısı daxildir. Apardığı hesablamalar sayəsində ilk ulduz qlobusunu hazırlamışdır.
Eramızın II əsrində yaşamış Ptolomeyin "Almagest" əsəri onun haqqında ən geniş mənbədir. Ptolomey özü onun ən mühüm xələfi sayılır. Öz astronomiya ilə bağlı çalışmalarında Hipparxın əsərlərindən geniş şəkildə yararlanıb. Ptolomey Hipparxı "zəhmətkeş", "həqiqət aşiqi" kimi təqdim edib.
Hipparxın çoxlu mühüm və uzunmüddətli töhfələrinə praktiki və nəzəri yeniliklər daxildir. O astronomiya üçün həndəsi modellər tətbiq edib, o cümlədən 'çevrə üzərində çevrə' və əvvəldən Apolloninin də istifadə etdiyi essentrik (orbiti mərkəzdən keçməyən) modeli.
Triqonometriyanın əsasını qoyduğu güman edilir. Müşahidələrlə xeyli maraqlanıb. E.ə 147-127-ci illər arasında müşahidələrini qeyd edib. Ptolomeyin dioptriya kimi təsvir etdiyi optik cihaz istifadə edib, həmçinin planisferik üsturlabı (astrolab) kəşf etmiş ola bilər. Hipparx ulduzların mövqeləri haqqında əhatəli müşahidələr aparıb və hesab edilir ki ilk ulduz kataloqunu tərtib etmişdir. O irimiqyaslı astronomik problemlərə nəzər yetirib, o cümlədən ilin uzunluğu, ayla məsafəmiz, ay və günəş tutulmasının hesablanması.
Hipparcos süni peyki və Aydakı kraterlərdən biri onun şərəfinə adlandırılmışdır.