II Artaksias

II Arşak[1] və ya Arsuk[2] (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33ən geci e.ə. 30ən tezi e.ə. 3ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur.

II Arşak
İberiya çarı
e.ə. 20 – b.e. 1
ƏvvəlkiII Mirian
SonrakıI Farsman
Şəxsi məlumatlar
Doğum tarixi ən tezi e.ə. 33ən geci e.ə. 30
Vəfat tarixi ən tezi e.ə. 3ən geci 1
Fəaliyyəti monarx
Atası II Mirian
Anası Artaşes sülaləsindən şahzadə
Ailəsi Farnavazianlar
Cənubi Qafqaz antik dövrdə. İberiya çarlığının əraziləri sarı rəngdə işarələnmişdir.

Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur. Arşakın ata tərəfdən babası Farnacom və ya Farnaqumi idi,[3] onun anası isə Arşakilərin qolu olan Artaşes sülaləsindən şahzadə idi. Alimlər onun Parfiyadan,[1] Ermənistandan[4] və ya bəlkə də İberiyadan[1] olduğunu ehtimal edirlər. O, həyat yoldaşı II Farnavazın məğlubiyyətindən sonra II Mirianla evlənmişdir. Buna görə də Arşakın doğum tarixi atasını hakimiyyətdə olduğu illərə, e.ə. 33–20-ci illərə təsadüf edir.

II Mirianın varisi və I Mirianın nəslindən olan II Arşak Leonti Mroveli tərəfindən "Nəmrudi" hesab olunur. Bu titul onun mifik əcdadı, Bibliya ənənəsindəki Nəmruddan gəlir.[5][6] Bununla belə, bəzi şəcərəçilər İberiyanın birinci çarı I Farnavazın mənimsənilmiş nəslindən olan Arşakı "Farnavazian" adlandırmağa üstünlük verirlər.[4]

II Arşak, Vaxuşti Baqrationinin xronologiyasına görə, e.ə. 23-cü ildə İberiyanın IX çarı kimi taxta çıxmışdır. Kirill Tumanov, öz növbəsində, İberiyanın digər hökmdarlarının əksəriyyəti ilə düzəldilmiş xronologiyasında onun e.ə. 20-ci ildə hakimiyyətə gəldiyini qeyd etmişdir.[4] Nəhayət, orta əsrlərə aid anonim "Kartlinin çevrilməsi" salnaməsində Arşakın dövlətin X hökmdarı olduğu vurğulanır.[2]

Yenidənqurma siyasəti

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə, II Arşak iyirmi il hökmranlıq etmişdir. O, təzəlikcə Romadan müstəqilliyini əldə etmiş İberiyada bərpaçı kimi fəaliyyətə başlamışdır.[7] "Kartlis tsxovreba" onu güclü, uzunboylu və nəhəng kimi təsvir etmişdir. II Arşak Kaxetiyada yerləşən Nenkar və ya Nekresi şəhərini bəzəmiş, Uplissixenin istehkamlarını möhkəmləndirmişdir.[8] Alimlər "Kartlinin çevrilməsi" salnaməsində verilən yazılara əsaslanaraq çarın bir növ vətəndaş qarşıdurmasında qalibiyyət əldə etməsini ehtimal edirlər. Mətndə qeyd edilmişdir:[2]

" Kaspiyə hücum edən və Uplissixedə asayişi bərpa edən Arsuk hökmranlıq etmişdir. "
Xevsureti mərkəzi gürcü hakimiyyətinin "de-fakto" nəzarətindən çıxmış dağlıq regionlardan biri idi.

Tarixçi Kalistrat Saliya II Arşakın hakimiyyəti dövründə baş verən mühüm dəyişikliklər haqqında məlumat vermişdir. Onun məlumatına görə, e.ə. I əsrin sonunda İberiya vilayətləri iqtisadi baxımdan bir-birindən müstəqil olmuşdular. Dağlıq və düzənlik vilayətlərinin iqtisadiyyatları arasında fərqlər xüsusilə əhəmiyyətli hala gəlmişdi. Düzənliklərdə mədəniyyət dağlıq regionlara nisbətən daha sürətli inkişaf etmişdir. Bu, mərkəzi hökumətə Qafqazın əsas rabitə yollarına nəzarətini güclənmişdir. Eynilə, Dvaleti və ya Xevsureti kimi şimal regionları tayfa icmaları şəklində təşkil olunurdu, Msxetadan bu vilayətlərə praktiki olaraq yalnız nominal hökmranlıq saxlanılmışdır.[9]

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

II Arşakın hakimiyyəti İberiya Artaşes sülaləsinin varisi ilə vətəndaş müharibəsi nəticəsində pozulmuşdur. E.ə. 3-cü ildə, ya da, Kirill Tumanova görə, b.e. 1-ci ildə şahzadə Aderk və ya Farsman vaxtilə mərhum atası II Farnavaza məxsus olmuş İberiya taxtını özünə qaytarmaq qərarına gəlmişdir.[10] Suriyada təhsil almış və ermənilərlə müttəfiq olan şahzadə[1] tezliklə çar ilə qarşılaşmaq üçün İberiyaya daxil olmuşdur. Arşak özünü müdafiə etmək üçün çarlığın bütün qoşunlarını toplamış, Parfiyadan dəstəkçi qüvvələr də Arşakın müdafiəsini möhkəmləndirmişdir.[1]

İki ordu Trialet silsiləsində yerləşən Tsalkada qarşılaşmışdır.[11] Arşak və Farsman ordularını bir-birləri ilə vuruşmağa göndərmək əvəzinə təkbətək döyüşə getməyə qərar vermişdir. Qarşıdurmanın ilk günü belə keçmişdir, lakin qalib gələn tərəf olmamışdır.[10] Buna baxmayaraq, ertəsi gün Arşak kamanla vurularaq döyüşdə məğlub olmuş və öldürülmüşdür. Bundan Aderk özünü İberiya çarı elan etmiş, Ermənistan krallığının[12] və bilavasitə Romanın[13] vassalı olmağı qəbul etmişdir. Leonti Mroveli yeni hökmdarın əcdadları sayəsində gürcü ordusu tərəfindən müsbət qəbul olunduğunu da bildirmişdir.[14]

  1. 1 2 3 4 5 Brosset, 1849. səh. 51
  2. 1 2 3 Rapp, 2003. səh. 260
  3. Truhart, Peter. Regents of Nations (ingilis). 1984–1988. səh. 1919.
  4. 1 2 3 Toumanoff, 1990. səh. 523
  5. Brosset, 1849. səh. 16, 51
  6. Virgilio, Polidoro; de Belleforest, François. Les Livres de Polydore Vergile d'Urbin, Des inuenteurs des choses. Traduicts de Latin en François (fransız). Lyon: Benoist Rigaud. 1576. səh. 20. OCLC 420778016. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mars 2022.
  7. Assatiani, Nodar; Djanelidze, Otar. History of Georgia (ingilis). Tbilissi. 2009. səh. 27.
  8. Assatiani, Nodar; Djanelidze, Otar. History of Georgia (ingilis). Tbilisi. 2009. səh. 27.
  9. Salia, Kalistrat. Histoire de la nation géorgienne (fransız). Paris. 1981. səh. 51.
  10. 1 2 Brosset, 1849. səh. 52
  11. Brosset, 1849. səh. 52, note 4
  12. Brosset, 1849. səh. 52-53
  13. Chaumont, Marie-Louise. L'Arménie entre Rome et l'Iran : I de l'avènement d'Auguste à l'avènement de Dioclétien (fransız). II, 9.1. 1976. səh. 76.
  14. Brosset, 1849. səh. 53