IV Karl (isp. Carlos Antonio Pascual Francisco Javier Juan Nepomuceno José Januario Serafín Diego de Borbón y Sajonia) (11 noyabr 1748, Portiçi, Napoli Krallığı – 20 yanvar 1819, Roma, Papa dövləti[2]) — İspaniya kralı.
IV Karl | |
---|---|
isp. Carlos IV | |
| |
Asturiya şahzadəsi[d] | |
1759 – 1788 | |
Əvvəlki | III Karl |
Sonrakı | VII Fernando |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1748 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1819 (70 yaşında) |
Vəfat yeri | |
Atası | III Karl |
Anası | Saksoniyalı Mariya Amaliya |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Atasının ikinci oğlu olmasına baxmayaraq İspaniya taxtının varisi — infant elan edildi. Çünki III Karlın ilk oğlu Antonio əqli xəstə idi və taxt sırasından çıxarılmışdı.
1788-ci ildə atasının vəfatının ardından İspaniya taxtına əyləşən Karlın səltənəti İspaniya tarixi üçün dönüm nöqtəsi oldu. Belə ki, böyük oğlu və varisi olan İnfant Ferdinand 1807-ci ildə tərtib etdiyi saray çevrilişi ilə atasını hakimiyyətdən devirdi. 1808-ci ilin martında tərəflər arasında bağlanan sazişə əsasən IV Karl öz istəyilə taxtdan çəkildi və oğlu VII Ferdinand adıyla taxta çıxdı. Üstəlik ata-oğul arasında vasitəçi olan, dövrün hegemon qüvvəsi Napoleon Bonapart qardaşı Jozefi də İspaniya taxtının varisliyinə gətirtdi.