I Maksimilian (Bavariya kralı)

I Maksimilian İosif (alm. Maximilian Maria Michael Johann Baptist Franz de Paula Joseph Kaspar Ignatius Nepomuk‎; 27 may 1756[1][2][…]13 oktyabr 1825[1][2][…], Münxen) — 1795–1799-cu illərdə Çvaybrükgen hersoqu, IV Maksimilian İosif adı ilə 1799-cu ildən 1806-cı ilə qədər Bavariyanın son kürfürstü, 1806-cı ildən 1825-ci ilə qədər isə I Maksimilian İosif adı ilə Bavariyanın ilk kralı idi. O, Vittelsbax sülaləsinin bir qolu olan Pfals-Birkenfeld-Çvaybrükgen ailəsinin üzvü idi.

I Maksimilian
alm. Maximilian I. von Bayern
1 yanvar 1806 – 13 oktyabr 1825
ƏvvəlkiTitul yaradıldı
SonrakıI Lüdviq
ƏvvəlkiII Karl Avqust
SonrakıTitul ləğv edildi
ƏvvəlkiKarl Teodor
SonrakıTitul ləğv edildi
ƏvvəlkiKarl Teodor
SonrakıYoahim Mürat
ƏvvəlkiII Frans
SonrakıII Frans
Şəxsi məlumatlar
Doğum adı Maximilian I. Maria Michael Johann Baptist Franz de Paula Joseph Kaspar Ignatius Nepomuk von Bayern
Doğum tarixi 27 may 1756(1756-05-27)[1][2][…]
Vəfat tarixi 13 oktyabr 1825(1825-10-13)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti əsilzadə, siyasətçi, rəsm kolleksioneri[d], dövlət xadimi
Uşaqları
Ailəsi Vittelsbax sülaləsi
Dini katolisizm
Rütbəsi general
Elmi fəaliyyəti
Elm sahəsi Dövlət idarəetməsi[4], siyasət[4], Aktiv idarəçilik[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çvaybrükgen hersoqu Fridrix MixailPfals-Sulzbax hersoqinyası Mariya Franziskanın oğlu Maksimilian 27 may 1756-cı ildə HeydelberqManhaym arasındakı Şvetzingendə anadan olub. 1767-ci ildə atasının ölümündən sonra o, əvvəlcə valideyn nəzarətindən uzaq qaldı, çünki anası aktyordan bir uşaq dünyaya gətirdikdən sonra ərinin sarayından qovulmuşdu. Maksimilian əvəzində öz əmisi IV Kristianın nəzarəti altında təhsil almışdı.[5] 1777-ci ildə Fransa ordusunda polkovnik rütbəsində xidmətə başladı. O, sürətlə general-mayor rütbəsinə yüksəldi. 1782-ci ildən 1789-cu ilə qədər o, Strasburqda xidmət edirdi. Strasburq Universitetində işlədiyi dövrdə Avstriyanın gələcək kansleri Klemens fon Metternix bir müddət Maksimilianın qonağı olmuşdu.[6] Fransız İnqilabının başlaması ilə Maksimilian Avstriya tərəfə keçdi ilə əvəz etdi və Fransaya qarşı döyüşdü.

1 aprel 1795-ci ildə Maksimilian qardaşı II Karlın yerinə Çvaybrükgen hersoqu oldu, lakin onun hersoqluğunun ərazisi Fransa tərəfindən tamamilə işğal edilmişdi. 1799-cu il fevralın 16-da Bavariya kurfürstü Karl Teodorun ölümü və Pfalz-Sulzbax nəslinin yox olması ilə Bavariya və Pfals kürfürstü, Müqəddəs Roma İmperiyasının baş mehmandarı və Berq hersoqu oldu. Özünə IV Maksimilian İosif adı seçən yeni kurfürst, taxta çıxdığı zaman Bavariya ordusunu bərbad vəziyyətdə olduğunu gördü: Demək olar ki, heç bir bölük tam gücdə deyildi, geyimləri praktiki deyildi və qoşunlar pis təlim keçmişdi. Buna görə də ordunun tezliklə yenidən qurulmasını önünə prioritet vəzifə kimi qoydu.

Maksimiliyanın Fransaya rəğbəti və maarifçilik ideyalarına simpatiyası Bavariya taxtına oturanda özünü büruzə verdi. Yeni təşkil edilən Xarici İşlər Nazirliyinə Karl Teodor dövründə rəğbətini itirdikdən sonra bir müddət Maksimilianın şəxsi katibi kimi fəaliyyət göstərmiş əslən fransız qraf Maks İosif fon Monjelanı təyin etdi. Kənd təsərrüfatı və ticarət inkişaf etdirildi, qanunlar yaxşılaşdırıldı, yeni cinayət məcəlləsi tərtib edildi, vergilər və rüsumlar ənənəvi imtiyazlar nəzərə alınmadan bərabərləşdirildi, bir sıra dini qurumların fəaliyyəti dayandırıldı, onların gəlirləri təhsil və digər faydalı məqsədlər üçün istifadə edildi. 1800-cü ilin mayında İnqolştadt Universitetini bağladı və onu Landsxut şəhərinə köçürdü.

Xarici siyasətdə Maksimilian alman milliyyətçiliyinə rəğbət bəsləmirdi və onun münasibəti tamamilə sülalə və ya ən azı Bavariyaçı mülahizələrlə diktə olunurdu. 1813-cü ilə qədər o, Napoleonun alman müttəfiqləri arasında ən sadiqi idi, böyük qızını Ejen de Boharne ilə evləndirmişdi. Onun mükafatı Presburq sülhü (26 dekabr 1805) ilə gəldi. Bu müqavilənin şərtlərinə görə o, kral titulu və ŞvabiyaFrankoniyanın mühüm hissələrini alacaqdı. O, 1806-cı il yanvarın 1-də kral titulunu aldı[5] və əvəzində martın 15-də Berq hersoqluğunu Napoleonun qaynı Yoahim Murata verdi.

Bavariyanın yeni kralı Reyn Konfederasiyasına mənsub hökmdarların ən mühümü idi və Avstriyanın təkidi ilə VI Koalisiyaya qoşulana və Leypsiq döyüşü ərəfəsinə qədər Napoleonun müttəfiqi olaraq qaldı. Şərtlərdən biri olaraq öz krallığını qoruyub-saxlamasını irəli sürmüşdü. Oktyabrın 14-də Bavariya Napoleon Fransasına qarşı rəsmi müharibə elan etdi.[5] Bunu şahzadə Lüdviq və feldmarşal Fon Vrede də dəstəkləyirdi.

Paris Müqaviləsi ilə keçmiş Vürzburq knyazlığı müqabilində Tirolu Avstriyaya güzəştə getdi. Şəxsən iştirak etdiyi Vyana Konqresində Maksimilian köhnə Pfalsın qərb hissəsinin müqabilində Zalsburq, İnnfirtel və Hausrukfirtel bölgələrini də Avstriyaya güzəşə getməli oldu.

Vyanada və ondan sonrakı konqreslərdə Maksimilian Almaniyanın Bavariyanın müstəqilliyinə təhlükə yarada biləcək hər hansı yenidən qurulmasına qətiyyətlə qarşı çıxdı və onun tam suverenliyin Almaniyanın hökmdar olan knyazlarına qalması prinsipində israr etməsi, yeni Almaniya ittifaqının yaradılmasına böyük töhfə verdi. Maksimilian 13 oktyabr 1825-ci ildə Münhendəki Nimfenburq sarayında vəfat etdi və onun yerinə oğlu I Lüdviq keçdi. Maksimilian Münhendəki Teatin Kilsəsində dəfn edildi.

Maksimilian iki dəfə evləndi və hər iki nikahdan uşaqları oldu:

  1. 1 2 3 4 Maximilian I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Maximilian IV (I) Joseph König von Bayern // The Peerage (ing.).
  3. Find a Grave (ing.). 1996.
  4. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. 1 2 3  This article incorporates text from a publication now in the public domainKisholm, Hyu, redaktorMaximilian I., king of Bavaria // Britannika Ensiklopediyası. 17 (XI). Cambridge University Press. 1911. səh. 921.
  6. Palmer, Alan. Metternich: Councillor of Europe (1997 təkrar nəşri). London: Orion. 1972. ISBN 978-1-85799-868-9.