Jak və ya Cek Sayabalyan (Paylaq) (erm. Ժագ Սայապալեան (Փայլակ), d. iyun 1880 — ö. 1915) — Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini.
Jak Sayabalyan | |
---|---|
erm. Ժագ Սայապալեան | |
Təxəllüsü | Palyaq |
Doğum tarixi | |
Doğum yeri | Konya, Konya vilayəti, Osmanlı İmperiyası (İndiki Türkiyə) |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Osmanlı İmperiyası (indiki Türkiyə) |
Vəfat səbəbi | erməni soyqırımı |
Milliyyəti | Erməni |
Təhsili |
Reteyos Berberyan Erməni məktəbi Amerikan Kolleci |
İxtisası | jurnalist, tərcüməçi |
Fəaliyyəti | jurnalist, tərcüməçi, yazıçı |
Əsərlərinin dili | Erməni |
Üzvlüyü |
Jak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur.[1] Atası Konya qubernatoru idi.[2][3] Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır.[4] 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur.[1][4] Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir.[1] 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur.[4] 5 il tərcüməçilik etdikdən sonra, Sayabalyan İstanbula geri qayıtmış və müxtəlif yerli ermənidilli qəzetləri və jurnalları üçün jurnalistlik etməyə başlamışdır.[1] Konyanı təmsil edən "Erməni Millət Məclisi"nin üzvü olmuşdur.[4] "Surhantaq" və "Massis" kimi yerli ermənidilli qəzetlərində işləmişdir. Sayabalyan "Massis" qəzetində işlədikdən sonra şeirlərini və hekayələrini qələm adı olan "V" ilə imzalayırdı.[1]
24 aprel 1915-ci il tarixində Jak Sayabalyan dostları ilə birlikdə İstanbuldakı evində həbs olunmuş və Çanqırıya deportasiya edilmişdir.[5] Oradakı həbsxanadan çıxarılmış və Ankarada öldürülmüşdür.[1][6][7]
Levon Larents: H.F.B. Lynch'in "Ermənistan" əsərinin müəllimi və tərcuməçisi. Ankarada öldürüldu.