Kökköz məscidi (Krımtat:Kökköz Cami) və ya Yusupov məscidi — Krımda Sokolinoe (keçmiş Kökköz) kəndində yerləşir. Məscid adını yerləşdiyi kəndə əsasən alıb. Krım tatarlarının sürgününə qədər kəndin adı Kökköz olub. Sürgündın sonra isə kənd Sokolinoe adını alıb. Bu ad krım tatarcasından tərcümədə göy göz kimi təcümə olunur.[1]
Kökköz məscidi | |
---|---|
(Krımtat:Kökköz Cami) | |
44°32′59″ şm. e. 33°57′34″ ş. u.HGYO | |
Ölkə | Krım Muxtar Respublikası |
Şəhər | Sokolinnoe kəndi |
Memar | Nikolay Krasnov |
Sifarişçi | Feliks Yusupov |
Tikilmə tarixi | 1910 |
Vəziyyəti | Bərpa olunub. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid knyaz Feliks Yusupovun təşəbbüsü ilə memar Nikolay Krasnov tərəfindən 1910-cu ildə tikilib. Yusupovun ov evinə yaxın tikilib. XX əsrin əvvəllərində Krımda yerli xristian zadəganlar tərəfindən məscidlərin tikilməsi geniş yayılmışdı. Məsələn knyaz Vorontsov da Alupkada məscid tikdirib.[1]
Məscidin uzunluğu 15 metr eni isə 12 metrdir. Düzbucaqlı korpusa malik məscid bazilika tipindədir. Məscidin divarları ərəb dilində yazılarla və iti uclu pəncərələrlə bəzədilib.[2] Damı gil lövhələrdən düzəldilən məscidin minarəsi əsas binanın yanındadır. İkinci mərtəbədə pəncərələr arası frizi ərəb əlifbası ilə naxışlar bəzəyir. Kənd sakinlərinin dediklərinə görə bu naxışları kəndin sakini, şair, pedaqoq Hüseyn Şamil Toxtarqazı çəkib.[3]
Krım tatarlarının deportasiyasından sonra məsciddən klub kimi istifadə ediblər. Yerli idarəetməyə məscidin minarəsini sökmək tapşırılsa da bunu bacarmayıblar. Şahidlərin sözlərinə görə minarəni traktorla dartıb yıxmağa cəhd etsələr belə buna nail ola bilməyiblər.[1]