Orta Cami

Orta-Cami (krımtat. Orta Cami) — Ukraynanın Krım yarımadası, Baxçasaray şəhərinin tarixi hissəsində, Krım xan sarayı yaxınlığında yerləşən məscid.

islam
Orta-Cami
krımtat. Orta Cami
Yerləşməsi
Ölkə  Ukrayna
Yeri Baxçasaray
Memarlıq
Materialı Əhəng daşı
Orta Cami xəritədə
Orta Cami
Orta Cami
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta Cami haqqında ilkin mənbələr 1674-ci ilə aiddir (1085 hicri). Krım xanlığının əsas cümə məscidlərindən biri hesab edilir. Məscidin tam inşa edilib təhvil verilməsi, 1737 və 1743 illərdə iki qardaş II Məngli Gəray və II Səlamət Gərayın dəstəyi ilə baş tutmuşdur. Onlar Krım xanı Hacı Səlim Gərayın oğulları olmuşlar. Məscidin dəqiq inşa tarixi bilinmir. Amma 1674, 1701 və ya 1710-cu illərdə inşa olunması fərz edilir.

1881-ci ildə məscid təmir olunmuşdur. 1927-cu ildə isə o ziyarətə bağlanmışdır. 1 yanvar 1929 tarixindən Baxçasaray Rayon İcra Hakimiyyəti Rəyasət Heyətinin Orta Cami məscidini ləğv etmək qərarı qəbul edildi. Bina mədəniyyət evi və kinoteatr[1] kimi istifadə edilmişdir. Elə həmin ildə tarixi və mədəni tikili kimi qoruma altına alınmışdır.

Baxçasaray sovetinin 2001-ci il 16 iyul 20-ci sesiyasında məscidin müsəlmanların istifadəsinə verilməsi qərara alınır. Məscid «Mustafa-Cami» icmasına verilir. 2012—2013-cü illərdə Baxçasaraylı ailələrin vəsaiti hesabına məscidə tarixi bərpa işləri aparılmışdır. 2013-cü ildə 90 ildən sonra ilk dəfə olaraq cümə namazı qılınır. Məscid şəhər sakinlərinin tam olaraq istifadəsinə verilir. Məsciddə dini bayramlar qeyd edilir, cümə namazları qılınır. Məscid bir minarədən ibarətdir. Dördbucaqlı formaya malikdir. Burada uşaqlara din və Quran dərsləri keçilir. Məscid Ukrayna tərkibində, eyni adlı yarımadada yerləşən muxtar respublika ərazisində yerləşsə də, 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır

  1. "В Бахчисарае открыли после реставрации одну из главных мечетей Крымского ханства". zn.ua. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 липня 2015 року. (rus.)
  1. Бахчисарай: Историко-археологический музей: Фотоальбом / авт. текста И. И. Чурилов; фот.: Е. Л. Векслерчик, Ю. А. Нейман. — К.:Мистецтво, 1976.- 94 с. (rus.)
  2. Бахчисарай: Фотокнига / авт. кол. П. Ф. Купровський; фотогр. А. В. Митюри; текст В. М. Скрипченка. — Сімферополь: Таврія, 1986.- 128 с.
  3. Гарагуля, В. К. Бахчисарай.- Симферополь,1973.- 64 с. (rus.)
  4. Нагаевская, Е. В. Бахчисарай.- Симферополь,1979.- 144 с. (rus.)