Bulqakov məscidi və ya Qarşı məhəllə məscidi ― Krımın Bağçasaray bölgəsinin Kökköz kəndində yerləşən XIX əsrə aid məscid.[1] Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib.
Bulqakov məscidi | |
---|---|
krımtat. Bulqakov Cami | |
44°33′11″ şm. e. 33°57′36″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin tikintisini mülkədar Əli bəy Bulqakov maaliyələşdirmişdir.[2] 25 may 1967-ci ildə II Aleksandra qarşı baş tutmuş sui qəsdən imperatorun sağ çıxmasının şərəfinə tikilmişdir. Məscidin tikintisi 1883-cü ildə bitib.[1]
Sovet işğalından sonra 1930-cu ildən etibarən məscid ərazidə yerləşən sovxozların birinə məxsus olmuş və anbar kimi istifadə edilmişdir. 1990-cı illərə qədər burada məhsul yığımına cəlb edilmiş mövsümi işçilər yaşayıblar.
Krım vilayəti İcraiyyə Komitəsinin qərarı ilə 22 may 1979-cu ildə məscid tarixi abidə kimi qəbul edilib. Krım Nazirlər Şurasının 25 fevral 1997-ci ildə qəbul etdiyi 44 nömrəli qərara əsasən məscid "Karşı maalle" müsəlman icmasına geri qaytarılıb. Bulqakov məscidi Kökköz kəndində yerləşən 3 məsciddən biridir.[3]
Düzbucaqlı formaya malik olan məscid 2 küçənin kəsişməsində yerləşir. Ölçüləri 8.58x10.82 metrdir. Binanın şimal divarına minarə tikilib. Binanın divarları mərmərə bənzər əhəngdaşından hörülüb. Damı isə kirəmitlə üzlənib. Məscidin girişində qapının üzərində üzüm salxımı təsvir edilib.[1]
Sovet işğalından sonra minarə dağıdılıb və indi onun yalnız alt qisimləri günümüzə gəlib çatıb. Məsciddən 60 metr məsafədə Əli bəy Bulqakov bulağı yerləşir.[1]