Özbək xan məscidi (krımtat. Özbek Han camisi) — Ukraynanın Krım yarımadası, Starıy Krım şəhəri ərazisində yerləşən tarixi tikili. Məscid məqsədli olaraq inşa edilmişdir. Yarımadanın ən qədim günümüzdə belə qalıqları qalmış məscidlərindən biridir[1].
islam | |
Özbək xan məscidi | |
---|---|
krımtat. Özbek Han camisi | |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Yeri | Starıy Krım |
Memarlıq | |
İnşa tarixi | 1314 (məscid) – 1333 (mədrəsə, hazırda uçulu vəziyyətdədir) |
Üslubu | Anadolu memarlıq məktəbi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XIII−XIV əsrlərdə Kırım və ya Solxat Qızıl Ordaya daxil olan yurdlardan birinin inzibati mərkəzi olmuşdur. Bu şəhərin adından irəli gələrək bütün yarımadanı Krım olaraq adlandırmışlar. Bu iri şəhər zəngin ticarət mərkəzi idi. Əhalisinin yarısı müsəlman olan şəhərdə erməni, yunan, italyan və zəngin qaqauzlarda yaşayırdı. Onlar əsasən Feodosiya və Sudak şəhərlərində tacirlik edirdilər. Mallar Rusiyadan tutmuş Avropaya daşınırdı.
1314-cü ildə Qızıl Orda xanı Özbək xanın hakimiyyətinin ilk illərində Solxatda bir məscid inşa edilir. 1332-ci ildə məscidə bir mədrəsə də əlavə edirlər. Bu mədrəsə bir varlı qadın olan İncibəy-Xatunun vəsaiti hesabına işa edilir. Onun özüdə 1371-ci ildə burada dəfn edilir. Mədrəsənin ancaq qalıqları qalmışdır. Ancaq məscid öz görkəmini qoruya bilmişdir. Məscidin bir minarəsi vardır.
Məscidin quruluşu sadədir. Dördbucaqlı formaya malikdir. Damı ikitərəflidir. Minarəsi çıxışda yerləşir. Məscid daxilində dirəklər vardır. Əsas girişin yuxarı hissəsində ərəbcə yazılar vardır. Kitabədə məscidin inşa tarixi qeyd olunmuşdur. Portal və mehrab oymalar və yazılarla bəzədilib. Məscid hazırda da fəaliyyətdədir. Bununla belə turistlərin ziyarətinə icazə verilir.
Dərslərin keçirildiyi mədrəsənin əsas salonu qara mərmərlə işlənmişdir. Sütunlar 15 metr yüksəkliyə çatırdı. Salonda zəngin bir kitabxana var idi. Zəngin bir şəkildə gravürlərlə bəzədilmiş Quran xüsusi əhəmiyyətə malik idi (indi ermitajda saxlanılır.). Ekspertlər məscidin ən maraqlı elementini mehrabı hesab edirlər. Naxışlı çərçivəyə, daş üzərində oymağın yüksək sənət nümunəsi, Quranı-Kərimin 255 ayəsi və 2 surəsi yazılmışdır. Tikilidə Anadolu memarlıq məktəbinin elementlərini müşahidə etmək olar.