Kerç məscidi — Kerç şəhərində Puşkin, 8 ünvanında yerləşir. Məscid 1850-ci ildə inşa edilmişdir. Memarlıq abidəsidir.
Cümə məscidi | |
---|---|
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Şəhər | Kerç |
Memarlıq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin inşası barədə əmri Novorossiysk və Bessarabiya general-qubernatoru Mixail Vorontsovun 1839-cu ildə Kerç yaxınlığında müsəlmanlardan ibarət şəhər ətrafı yaşayış yeri tikdirmək qərarı verilir. Burada sakinlər 25 il müddətinə vergilərdən və hərbi çağırışlardan azad ediilir. Forstadtın daxilində bir məscid tikilməsinə qərarı verilmişdir. Bunun tikintisi üçün 1428 rubl gümüş pul ayrılır. Lakin bu büdcə məscid tikmək üçün yetərli olmur[1].
1842-ci ildə Kerç meri Zaxar Xerxeulidze məscidin tikintisi üçün inşaat komissiyası qurur. Komissiyaya tacir və pravoslav xeyriyyəçi Vasili Yakovleviç Quşçin rəhbərlik edirdi. Yarımçıq məsciddə dini ayinlər 1844-cü ildə başlasada, lakin inşaat 1850-ci ildə başa çatmışdır.
Məscidin inşası büdcəyə 5004 gümüş rubla başa gəlir. Bina dəmir və qurğuşun tökmə ilə yapışdırılmış daş işləmələrdən ibarətdir. Məscidin daş günbəzi vardır. Bununla birlikdə minarə, maliyyə çatışmazlığı səbəbindən inşa edilir. Ancaq eyni zamanda onun üçündə bir təməl atılır. minarənin oplmaması səbəbindən müəzzin açıq platformadan möminləri namaza çağırırdı.
Krım müharibəsi dövründə Sevastopolun mühasirəsi zamanı, 1854-1855-ci illərin qışına qədər tərəflər çıxılmaz vəziyyətə gəldilər. Dalğanı çevirmək və mühasirədə olanların tədarük yollarını pozmaq üçün, 1855-ci ilin yazında Azov yürüşü zamanı ingilis-fransız komandanlığı Kerç boğazını ələ keçirməyə və Azov dənizinin Rusiya limanlarını təhdid etməyə qərar verir. 12 may 1855-ci ildə 57 gəmi, 11 üzən batareya və bir neçə kiçik qayıqdan ibarət İngiltərə-Fransız donanması Kerç boğazına girir. Gəmidə 16.000 əsgər var idi. Düşmən sahil batareyaları ilə qısa bir döyüşdən sonra Kerçi ələ keçirə bilir və şəhərdə möhkəmlənir[2]. Kerç məscidinin bilinən ilk fotoşəkili bu anlara aiddir. İngilis fotoqraf Ceyms Robertson məscidin hasarından parapet kimi istifadə edən ingilis topçularının mövqelərini lentə alır. Şəkildə iki yüngül silah və topların piramidası göstərilir. Fotoşəkil hazırda Prinston Universiteti İncəsənət Muzeyində saxlanılır[3].
1938-ci ildə məscid bağlanılır. Bu zaman onun gümbəzi sökülür. Bina kinoteatra çevrilir. Daha sonra bina Nekrasov kitabxanası tərəfindən istifadə edilir. 1990-cı illərin əvvəllərində Krım tatarlarının sürgün yerlərindən geri dönməsi fonunda məscid müsəlman icmasına qaytarılır. Məsciddə xidmət 1998-ci ildə bərpa edilir. Bununla belə bina qəzalı vəziyyətdə olur. 2007-ci ildə Krım Muxtar Respublikasının büdcəsindən məscidin təmiri üçün 390 min qrivna ayrılır[4]. Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin 25 oktyabr 2010-cu il tarixli fərmanı ilə məscid memarlıq və şəhərsalma abidəsi kimi tanınır[5].
Krımın Rusiya tərəfindən işğalından sonra yarımadanın yeni rəhbərləri məscidi yenidən qurmaq niyyətində olduqlarını elan edir[6]. 2015-ci ilin yayında məscidin yenidən qurulmasına başlanılır. Layihəyə görə yenidən qurulduqdan sonra məscidin tutumu 300 nəfər olmalı idi. 2015-ci ilin iyul ayına 500 min rubla başa gələn yeni bir günbəz inşa edilir[7]. Tikinti işləri üçün Dağıstandan bir podratçı cəlb olunur. 2018-ci ilin iyul ayında iki ayda 33 metr hündürlüyündə bir minarə də ucaldılır. 2020-ci ilin iyun ayına qədər məscid yeni işıqlandırma ilə bəzədilir.