Kebir Camí (krımtat. Kebir Cami, Кебир Джами) — Simferopol şəhərində cümə məscidi[1]. Krımın əsas məscidi hesab edilir. Burada Müftinin rezidensiyası və Krım müsəlmanlarının dini idarəsi yerləşir. Məscid Kurçatov küçəsində yerləşir. Simferopolun ən qədim tikilolərindən biridir[2][3]
İslam | |
Kebir Cami | |
---|---|
krımtat. Kebir Cami, Кебир Джами | |
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Ukrayna |
Memarlıq | |
İnşa tarixi | 1508 – 1508 |
Memarı | Sinan Xoca |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kebir Cami Simferopolun ən qədim tikililərindənbiridir. Məscid 1508-ci ildə Hacı Əbdürəhim bəy tərəfindən 1508-ci ildə inşa edilişdir. O, məscidi I Məngli Gərayın ona bəxş etdiyi torpaqda inşa edilmişdir. Bunu məscidin bu günə kimi qalmış daş kitabəsi təstiqləyir. Deyilənə görə hazırda Simferopol adlandırılan Ağ məscidin adı bir məscidlə əlaqədardır. Ancaq 1990-cı ildə məsciddə təmir işləri zamanı burada tikilinin daş kitabəsi aşkarlanmışdır. Burada binanın hicri təqvimi 914-cü ildə inşa edilmişdir. Bu isə 1502-ci il deməkdir. Ancaq bu daş kitabədə memarın ismi yazılmamışdır[4]. Ərəb dilində yazılan kitabadə mühərrəm ayı 914-cü il yazılmışdır.
Bina uzun zaman restovrasiyayara məruz qalmışdır. Üstəlik bu dəfələrlə baş vermişdir. İkinci Dünya müharibədən sonra Kebir Cami tərk edilmiş vəziyyətdə olmuşdur. Uzun zaman məscid elalatxana kimi istifadə edilmişdir. Krım tatarlarının sürgündən geri qaytarılmasından sonra məscid ikinci nəfəsini almışdır. 1989-cu ildə məscid müsəlman icmasına qaytarılmışdır. Məscidin rekonstruksiyası 1991-ci ilin oktyabrından başlanılmışdır[5]
Bugünkü gündə Kebir Cami Krımım əsas cümə məscidi elan edilmişdir. Burada Krım tatarlarınln kitabxanası və mədrəsəsi yerləşir. Üstəlik burada Krım müsəlmanlarının dini idarəsi və Müfti rezidensiyası yerləşir.