Musa Kazım Əfəndi (1858, Ərzurum – 13 yanvar 1920, Ədirnə) — Osmanlı İmperiyasının son illərində 4 dəfə şeyxülislamlıq vəzifəsini icra etmiş din xadimi; Nəqşibəndi[1][2]; İttihad və Tərəqqi Cəmiyyətinin üzvü.[2]
Musa Kazım Əfəndi | |
---|---|
Doğum tarixi | 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 1920 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mua Kazım Əfəndi 1858-ci ildə Ərzurumun Tortum ilçəsində Pəhlivanlı kəndində anadan olmuşdur.
Balıkesirdə Səlahəddin Ali Şuuri Əfəndi və Lütfi Əfəndidən, İstanbulda da Kazasker Əşrəf Əfəndi və Hoca Şakir Əfəndidən dərs aldı. Müdərrislik etdiyi illərdə İstanbul Hüquq Məktəbində, Məktəbi Sultani, Darül Fünun və Darül Müəllimində müəllimlik etdi. 1907-ci ildə Bab-i Fətha Tədqiq-i Müəllefat Baş katibliyinə və daha sonra da təşkilat üzvlüyünə gətirildi. İttihad və Tərəqqinin elmi quruluşuna daxil oldu. 1908-ci ildə II Məşrutiyyətin (Konstitusiyanın) elanından sonra İbrahim Haqqı Paşa, Mehmed Said Paşa, Said Halim Paşa və Talat Paşanın hökumət kabinetində 4 dəfə şeyxülislam oldu. I Dünya Müharibəsindən sonra, İttihad və Tərəqqinin aparıcı üzvləri ilə birlikdə 15 il həbsə məhkum edildi. Sürgünə göndərildiyi Ədirnədə 1920-ci ildə ömrünü başa vurdu.[2]
Musa Kazım Əfəndi, Sirat-i Müstəqim və İslam kimi jurnallarda məqalələr çap etdi. Ən mühüm əsərlərinə misal olaraq "Üsul-i Məşvərət və Hürriyyət" (1908) "İslamda Cihad" (1917), "Surə-ye İxlas və Ələq Təfsirləri" (1918), "Külliyyat-e Şeyxülislam Musa Kazım" (1920) əsərlərini qeyd edə bilərik. Musa Kazım Əfəndi Şeyx Bədrəddinin "Varidat" adlı əsərini Türkçəyə tərcümə etmişdir.