Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi.
Nəvvarə xanım | |
---|---|
سيدة نيف | |
Şəxsi məlumatlar | |
Doğum adı | عايشه چيچى |
Doğum tarixi | |
Doğum yeri | Hikmətiyə, İzmit |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Mustafa bəy |
Anası | Hafizə xanım |
Həyat yoldaşları |
VI Mehmed Mövlud Sönməzlər |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi.
Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı. Sultan Vahidəddinin beşinci xanımı Nəvzad xanımla münasibətləri pis idi. 1922-ci ildə sürgünə gedən Sultan Vahidəddinlə ölkəni tərk etmədi. 1924-cü ildə sürgünə getməmək üçün öz istəyilə Sultan Vahidəddindən boşandı. İkinci evliliyi Mövlud Sönməzlər adlı bir tacirlə baş tutdu. Bu illərdə adını dəyişərək Leyla qoydu. İstanbulun Şişli rayonunda yaşayan Nəvvarə xanım 1974-cü ildə ərini itirdikdən sonra doğulduğu Hikmətiyə kəndinə geri döndü. Burada 22 aprel 1992 tarixində vəfat etdi.