Kürdlərdə islamçılıq

Kürdlərdə islamçılıqkürd xalqı arasında yayılmış islamçılıq elementləri. Bunun formalaşması 1920-ci illərə təsadüf edir. İslamçılıq islamı siyasi sistemlərə tətbiq etməyi hədəfləyən siyasi hərəkatdır. Kürdüstanda islamçılıq tarixi vahid anlayış deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir.

Kürdüstanda islamçılığın erkən tarixi var. Osmanlı imperiyasının süqutu zamanı kürdlərin böyük əksəriyyəti onu xilas etmək üçün ciddi mübarizə aparmışdı.[1][2] Osmanlı hakimiyyəti kürdlərə imperiyaya sadiq müsəlman azlıq kimi baxır və onlara digər müsəlmanlarla bərabər yanaşırdı,[3] lakin Osmanlı imperiyası süquta uğramış və onun yerinə Türkiyə Respublikası gəlmişdi. Sekulyarizm və türk etnik milliyyətçiliyi üzərində qurulan yeni Türkiyə dövləti bir anda kürd əhalisini hədəfə almışdır. Bu proses onların bütün varlığını inkar etməyə və türkləşdirməyə müqavimət göstərənləri öldürməyə qədər uzanmışdır. Kürdlər həmçinin, sekulyar milliyyətçi rejimlər tərəfindən idarə olunan yeni yaradılmış Suriyaİraqda da təqiblərə məruz qalmışdılar. İslamçı kürdlər yeni yaradılmış ölkələrdən ayrılmaq və islam hakimiyyətini Yaxın Şərqə qaytaracaq öz dövlətlərini qurmaq üçün mübarizə aparmışdılar. İslam tarixən kürd istiqlal hərəkatının əsası və motivi olmuşdur. Bu, kürd istiqlal hərəkatında daha sonra sekulyar milliyyətçilərin üstünlük təşkil etdiyi vaxta qədər belə qalmışdır.[4] Bu, Şeyx Səid və Mahmud Bərzəncinin üsyanları zamanı, həmçinin Osman Əbdüləziz, Maşuq Xəznəvi, Şeyx Übeydullah və Simkonun başçılıq etdiyi üsyanlarda özünü büruzə vermişdi.

İraq Kürdüstanı

[redaktə | mənbəni redaktə et]

İraq Kürdüstanında siyasi islam əsasən Osman Əbdüləziz tərəfindən təqdim edilmişdi. O, "Müsəlman qardaşlar"na sadiq idi və Hələbcədə fəaliyyət göstərirdi. Osman Əbdüləzizə qədər dindar kürdlər siyasətlə o qədər də məşğul deyildilər. "Müsəlman qardaşlar" ideyaları da ilk dəfə İraq Kürdüstanına 1940-cı illərin əvvəllərində Bağdadda təhsil almış kürdlər tərəfindən gətirilmişdi.[5] Bəzi kürdlərin "Müsəlman qardaşlar"da yüksək vəzifələr tutmasına baxmayaraq, onlar kürdlər arasında populyar deyildi.[6] Həm Mustafa Bərzani, həm də Cəlal Təlabani Osman Əbdüləzizi tanıyır və ona böyük hörmət bəsləyirdilər. Birinci İraq–kürd müharibəsi zamanı Bərzani Osman Əbdüləziz və tərəfdarlarının KDP ərazisində sərbəst fəaliyyət göstərməsinə icazə vermişdi. 1974-cü ildə Osman Əbdüləziz Bərzaninin tapşırığı ilə Səudiyyə Ərəbistanına diplomatik missiya ilə getmişdi.[7][8] 1970-ci və 1980-ci illərdə İraq Kürdüstanında əsas islamçı qruplar biri sorani kürdləri (Hələbcə, Süleymaniyyə, qismən də KərkükƏrbil) və biri də kurmanci kürdləri (Duhok, qismən də Neynəva və Ərbil) üçün olmaqla iki müstəqil "Müsəlman qardaşlar" qruplaşması idi.[9]

İraq–İran müharibəsi zamanı İraqdan olan bir çox kürd islamçı İran Kürdüstanından sığınacaq istəmiş və burada İran kürd islamçıları tərəfindən qəbul edilmişdi. İran "İraq müsəlman qardaşlar"ı İran uğrunda döyüşməyə inandırmağa çalışmışdı, çünki "Müsəlman qardaşlar"ın İran inqilabını dəstəklədiyi və sünni ilə şiələr arasında birliyə çağırdığı məqamlar var idi, lakin İran "Müsəlman qardaşlar"ı müharibə zamanı Səddam Hüseyni dəstəkləməkdə ittiham edən zaman onların münasibətləri pisləşmişdi.[10]

Buna başqa bir səbəb İranın 1982-ci ildə Əsəd rejimi tərəfindən törədilən qətliama məhəl qoymaması idi və buna görə Səid Həvva İranı tənqid etmişdi.[11] İran–İraq müharibəsi zamanı "Müsəlman qardaşlar"ı ərəb milliyyətçiliyinin artmasına səbəb olmuş və bu, təşkilatın kürd üzvlərinin ərəb üzvlərindən fərqləndirilməsinə səbəb olmuşdu. Təşkilat parçalandıqdan sonra Osman Əbdüləziz bir çox kürd islamçı hərəkatlarının yaradıcısı olan Kürdüstan İslam Hərəkatını təsis etmişdir.[12][13][14] KİH İran–İraq müharibəsində, Osman Əbdüləzizin məşhur şəkildə cihad elan etdiyi və qrupunda minlərlə islamçı kürdün olduğu vaxt mübarizə aparmışdı, baxmayaraq ki, KİH yalnız Osman Əbdüləziz 1991-ci il İraq üsyanları zamanı ikinci cihad elan etdikdən sonra əhəmiyyətli bir qrup olmuşdu. İranda sürgündə yaşayan və ya Əfqanıstanda SSRİ-yə qarşı döyüşən bir çox islamçı kürdlər Kürdüstana qayıdıb Osman Əbdüləzizə qoşulmuşdular. Onların arasında Əfqanıstandan qayıdan Molla Krekar, İrandan qayıdan Əli Bapir də var idi.[15][16][17] Bir çox kürd islamçı Əfqanıstanda olmuş, orada ya SSRİ-yə qarşı vuruşmuş, ya da Kürdüstanda yararlanmaq üçün "Taliban" və ya "Əl-Qaidə"dən təlim almışdılar.[18] Kürd islamçılar da Əfqanıstandakı Üsamə bin Ladenə mütəmadi olaraq nümayəndə heyətləri göndərirdilər və Üsamə bin Laden kürd islamçıları arasında fraksiyaçılığı görüb onlara fikir ayrılıqlarını həll etməyi və yenidən birləşməyi tövsiyə edirdi.[19]

Digər islamçı kürdlərdən fərqli olaraq, "Müsəlman qardaşlar"da qalan Səlahəddin Bahaəddin BƏƏS İraqına qarşı üsyan etməkdən imtina etmiş və bunun əvəzinə islamçı zorakılıqsız kampaniyaya çağırmışdır.[20] Səlahəddin Bahaəddin digər islamçı kürdlərdən təcrid olunmuş və 1994-cü ildə Kürdüstan İslam İttifaqını yaratmışdır. Osman Əbdüləziz populyarlıq qazanırdı, KİH isə sürətlə güclənirdi. Nəhayət, KİH ilə KYB və KDP-nin rəhbərlik etdiyi Kürdüstan Regional Hökuməti arasında münaqişə yaranmışdı. Daha sonra bu münaqişə atəşkəs çərçivəsində sona çatmış, KİH-nin KRH-də iştirakına icazə verilmiş və onun üçüncü əhəmiyyətli tərəfi olmuşdur.[21]

Demokratiyaya haram baxan İMK üzvlərinin əhəmiyyətli bir hissəsi İMK-dan ayrılaraq bir çox fərqli fraksiyalara ayrıldı. Molla Krekar sonralar kürd islamçılarının aparıcı simalarından biri kimi ortaya çıxdı. Əsasən qlobal xilafətin tərəfdarı olan əsas sələfi islamçılığından fərqli olaraq, Molla Krekar sələfi islamçılığının bir formasını təqdim etdi və burada diqqəti kürd məsələlərinə yönəltdi. O, kürdlərin müstəqilliyinin alovlu tərəfdarı idi və Kürdüstanı keçərək öz nəzarətini genişləndirməyi planlaşdırmırdı. O, başqa millətçi fikirlərə sahib idi, lakin o, millətçiliyin dinlə ziddiyyət təşkil edən komponentlərindən imtina etdi.[22][23][24]

Molla Krekara bir çox digər sələfi kürdləri qoşulmuşdur. Onlar daha sonra 2001-ci ildə Havramanda torpaqları ələ keçirmiş və Byara İslam Əmirliyini yaratməşdılar. İslam Əmirliyində "İslah" və "Cund əl-İslam" birləşərək "Ənsarül-İslam"ı meydana gətirmişdilər.[25] "Ənsarül-İslam" çox sürətlə böyümüş və böyük təsirə malik olmuşdur. "Ənsar əl-İslam"ın hücumları o qədər təsirli olmuşdu ki, KRH tərəfindən Əks-Terrorizm Qrupunun yaranmasına səbəb olmuşdur.[26] "Ənsarül-İslam" təşkilatı "Vikinq Hammer" əməliyyatı zamanı ABŞ-nin bombalama kampaniyası İslam Əmirliyini sona çatdırana qədər Byara İslam Əmirliyi üzərində nəzarətini saxlamışdır. "Ənsarül-İslam" Həmrin dağlarına köçmüş və İraq üsyanlarında vuruşdu. 2005-ci ildə KRH və demokratiyaya nifrəti ilə tanınan Əli Bapir KRH parlamentinə seçkilərdə iştirak etmi, Kürdüstan Ədalət Qrupu KİH və Kİİ-dan sonra üçüncü islamçı partiya olmuşdur.[27][28] "Kürdüstan Briqadaları" və "Ənsarül-İslam" hər ikisi bütün qeyri-müsəlmanları və onların təsirini Kürdüstandan çıxarmağa çalışırdı.[29] "Ənsarül-İslam" xüsusi olaraq aysor xristian Franso Həririni hədəf almış və daha əvvəl onun həyatına 2 uğursuz cəhddən sonra onu qətlə yetirmişdir.[30][31][32]

Byaranın süqutundan sonra Əbu Abdullah əl-Şafii "Ənsarül-İslam"ın lideri olmuş, Molla Krekar isə 2015-ci ildə həbs olunana qədər "Rəvti Şax"ı qurmuş və ona rəhbərlik etmişdir.[33][34] Kürdüstanda İslam Dövləti ilk dəfə 2014-cü ildə meydana çıxanda "Ənsarül-İslam" və "Kürdüstan Briqadaları" İslam Dövlətinə qarşı vuruşmuşdular. Aylarla davam edən döyüşlərdən sonra İslam Dövləti qalib gəlmişdir.[35][36][37] Həm "Kürdüstan Briqadaları", həm də "Ənsarül-İslam" kəskin şəkildə zəifləmişdi və "Ənsarül-İslam"!Cəbəl əl-Əkrada köçmüşdü.[38] 2010-cu ildə verdiyi müsahibədə Molla Krekar ərəb cihadçılarından şikayətlənərək iddia etdi ki, kömək istədikdə kürd cihadçılar səxavətlə Sünni üçbucağında kömək təklif etdilər, halbuki kürd cihadçılar kömək istədikdə ərəb cihadçılar kömək etməmək üçün yalnız bəhanələr gətirirdilər.[39]

İran Kürdüstanı

[redaktə | mənbəni redaktə et]

Simko Şikak İrandakı kampaniyası zamanı qismən də islamçılıqdan ilham almışdı.[40] İrandakı kürd islamçılar tarixən İraqdakı kürd islamçılara qarşı yönəlmişdilər, çünki İran şiə hakimiyyəti sünni islamçı fəaliyyətlərinə çox ciddi yanaşırdı. Əksər kürd islamçıları sələfi təmayüllü formaya sadiq olduqları halda, Nasir Sübhani İran Kürdüstanında nəqşibəndi formasını yaymağa cəhd göstərmişdi.[41] Əhməd Müftizadə İran Kürdüstanında "Məktəbi-Quran" qrupunu təsis etmişdir. Müftizadə "Maududi" və "Müsəlman qardaşlar"ın bzi ideyalarını götürmüşdür. O həmçinin, Mehdi Bazarqan və Əli Şəriəti də daxil olmaqla İranın islahatçı müsəlman mütəfəkkirləri ilə işləmişdir.[42][43] Şahın tanınmış əleyhdarı kimi Müftizadə yeni İran İslam Respublikası ilə danışıqlar aparmağa cəhd göstərmiş və islam idarəçiliyinə uyğun idarə olunacaq kürd muxtar regionunu təklif etmişdir. Daha sonra yenidən İran hökuməti ilə münaqişəyə girmişdir. Beynəlxalq "Müsəlman qardaşlar" Müftizadənin adından müdaxilə etməyə cəhd göstərmişdir, lakin İran hökuməti onu 1982-ci ildə həbs etmiş və o, 1993-cü ildə azadlığa buraxıldıqdan qısa müddət sonra vəfat etmişdir. İran hökuməti daha sonra Sübhanini həbs etmişdir və o, bir müddət sonra həbsxanada vəfat etmişdir. Onların hər iki hərəkatı geriləmiş və fərqli ideologiyalara malik daha çox fraksiyaya bölünmüşdü.[44] İraq Kürdüstanında yayılan Molla Krekarın sələfi islamçılığı daha sonra İran Kürdüstanına yayılmış və orada böyümüşdü.[45][46] İranlı kürd islamçılar həmçinin, İran–İraq sərhədindən Byara İslam Əmirliyinə qaçaqmalçılıq yolu ilə məhsullar keçirmişdilər.[18]

Türkiyə Kürdüstanı

[redaktə | mənbəni redaktə et]

Sekulyarizm ilk dəfə Anadoluda Osmanlı imperiyası dövründə yaranıb və Türkiyə Respublikası dövründə tətbiq edilmişdir, lakin kürdlər əvvəlcə dünyəviləşmədən imtina ermiş və sekulyarizm ilk növbədə türklər arasında mənimsənildiyinə görə kürdlər arasında daha gec yayılmışdır. Türkiyə Kürdüstanı Türkiyənin digər hissələrindən daha dindar və radikallaşmaya meyilli olması ilə diqqət çəkmişdir.[47] Türklər arasında da milliyyətçilik yüksələn dövry kürdlər əvvəlcə bunu rədd etmişdilər, lakin sonradan kürdlər arasında da yayılmağa başlamışdır.[48] Şeyx Səid 1925-ci ildə şəriət qanunlarını bərpa etmək, Türkiyə hökumətinin repressiya kampaniyaları və kürdlərin inkar edilməsinə müqavimət göstərmək məqsədi ilə Türkiyəyə qarşı üsyan qaldırmışdı.[49] Nəcməddin Ərbakan daha sonra Türkiyədə islamçılığın öncüllərindən biri olmuşdur. Onun "Milli Görüş" ideologiyası "Müsəlman qardaşlar"a bənzəyir, lakin daha çox türk mərkəzli idi.[50] Ərbakan hökumətin kürdləri inkar etməsinə ilk etiraz edənlərdən biri olmuşdu və çoxlu kürdləri öz sıralarına cəlb etmişdi. MSP 1974-1975-ci illərdə koalisiya hökumətinin tərkibində olan zaman onun kabinetə təyin etdiyi yeddi siyasətçidən dördü kürd idi. Buna baxmayaraq, MSP-dəki kürdlər ən çox etnik mənsubiyyətlərini gizlədir və bu barədə nadir hallarda danışırdılar.[51] Türkiyə hökumətinin islamçılığı aradan qaldırmaq cəhdlərindən asılı olmayaraq, 1960–1970-ci illərdə 1980-ci il dövlət çevrilişindən sonra dövlət ideologiyasına çevrilən türk-islam sintezinə tolerantlıq göstərmiş və hətta onu təbliğ etmişdir. İdeologiya kürd əleyhdarı idi, sonradan kürd və türk islamçıları arasında parçalanmaya töhfə vermişdir.[52][53] O dövrdə türk milliyyətçiliyi ilə islamçılığın qaynaşması populyar olsa da, kürdlər arasında islamçılıq və milliyyətçiliyin birləşməsi yox idi. Bu, 1979-cu ildə Kürdüstan İslam Partiyası (KİP) qurulanda dəyişmişdir. Bu, kürd kimliyindən birbaşa danışan ilk islamçı qrup idi. KİP əsasən diasporda fəal idi, lakin Türkiyə Kürdüstanında fəaliyyət göstərirdi. Başqa ölkələrdən kürdləri cəlb edərək həm kurmanc, həm də soran dillərində kampaniya aparırdı. KİP "Kürd Hizbullahı"nın ideoloji yaradıcısı hesab olunurdu.[54][55] KİP heç vaxt əhəmiyyətli bir hərəkata çevrilməmişdi.[56] KİP İraq Kürdüstanında da fəaliyyət göstərirdi və Osman Əbdüləzizə dəstək verirdi.[57] KİP sekulyar kürd partiyaları ilə münaqişədən qaçmış və hətta onlarla əməkdaşlıq etmişdir, lakin öz məqsədlərinə zorakılıq yolu ilə yox, dəvət yolu ilə çatmaq istədiklərini iddia etmiş və silahlanmamışdır.[58] "Kürd Hizbullahı" 1993-cü ildə təsis edilmiş və dərhal həm PKK, həm də Türkiyə hakimiyyətinə qarşı vuruşmuşdur. "Kürd Hizbullahı" Türkiyə hökumətinin intensiv əməliyyatları "Hizbullah"ın silahlı fəaliyyətlərini məğlub edənə və dayandırana qədər zorakı təşkilat olaraq qalmışdır.[59][60] "Kürd Hizbullahı" daha sonra Azad Səbəb Partiyası da daxil olmaqla bir çox mülki təşkilata çevrilmiş və onlar vasitəsilə fəaliyyətini davam etdirmişdir.[61]

Suriya Kürdüstanı

[redaktə | mənbəni redaktə et]

Suriya Kürdüstanında islamın siyasiləşdirilməsi hətta dindar Suriya kürdləri arasında da sosial baxımdan tabu idi. Buna baxmayaraq, islamçı fəaliyyətlərdə iştirak edən suriyalı kürdlər var. Məşuq Xəznəvi öldürülənə qədər Suriyada kürdlərin əsas müdafiəçisi olmuşdur.[62] Daha sonra Rojavada hakim PYD sekulyarizmi tətbiq etməyə başlamışdı. Kürd Səlahəddin Hərəkatı və Kürd İslam Cəbhəsi Suriya Kürdüstanında Suriyada vətəndaş müharibəsi zamanı təsis edilmişdir. Hər iki qrup kürd maraqları uğrunda mübarizə aparmaq istəsə də, PYD qrupların fəaliyyətinə icazə verməmişdi və PYD-nin təzyiqi nəticəsində hər ikisi təsirsiz qalmışdı.[63][64] PYD öz siyasətini davam etdirmiş və onların Suriya Kürdüstanında islamın tətbiqinə müdaxilə etdiyi iddiası Suriya kürdləri arasında islamçılığın artmasına səbəb olmuşdu. İslam Dövləti Kobaniyə gələndə bir qrup yerli kürd onlara kömək etmiş və İslam Dövlətinin Kobanidə irəliləməsinə səbəb olmuşdur.[65][66]

  1. McDowall, David (1996). A Modern History of the Kurds. London: I.B. Tauris. pp. 131–137. ISBN 1850436533.
  2. Gingeras, Ryan (2022). The Last Days of the Ottoman Empire. Dublin: Random House. pp. 204–206. ISBN 978-0-241-44432-0.
  3. Denise Natali (2004) "Ottoman Kurds and emergent Kurdish nationalism", Critique: Critical Middle Eastern Studies,13:3, 383-387, DOI: 10.1080/1066992042000300701
  4. Bruinessen, M. (1991) "Religion in Kurdistan." Kurdish Times. New York, vol.4, nos 1-2. pp.5-27
  5. Karadag, Lokman. 2017. Kürt Siyasal Hareketinde Islami Bir Aktör:Kürdistan, pp. 64-66
  6. Siwayli, Idris. 2017. Iraqi Kurdish case in Muslim Brotherhood agenda, pp. 4
  7. Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 17-18
  8. Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 43-44
  9. Karadag, Lokman. 2017. Kürt Siyasal Hareketinde Islami Bir Aktör:Kürdistan, pp. 69-83
  10. Nada, Youssef, with Thompson, Douglas. 2012. Inside the Muslim Brotherhood, 59-64
  11. Aslan, Yakup. 2014. Bir Rüyanin Ardindan Gerçeklesen Sessiz Devrim, pp. 192
  12. Romano, David. 2007. An outline of Kurdish Islamist groups in Iraq', pp. 8
  13. Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 54-59
  14. Shareef, Mohammed. 2015. 'Kurdish Islamists in Iraq: from the Muslim Brotherhood to the So-Called Islamic State: Continuity or Departure?, pp. 20-21
  15. Romano, David. 2007. An outline of Kurdish Islamist groups in Iraq', pp. 8-10
  16. Shareef, Mohammed. 2015. 'Kurdish Islamists in Iraq: from the Muslim Brotherhood to the So-Called Islamic State: Continuity or Departure?, pp. 27-31
  17. Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 80-87
  18. 1 2 "Journey to jihad: Iran's Sunni Kurds fighting a holy war in Idlib". www.rudaw.net. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  19. Schanzer, Jonathan (January 2004) "Ansar al-Islam: Back in Iraq :: Middle East Quarterly". Middle East Quarterly. Archived from the original on 2016-11-29. Retrieved 2016-11-28.
  20. Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 58
  21. Faleh A. Jabar and Hosham Dawod, The Kurds: nationalism and politics (London: Saqi), 203-230.
  22. Gade, Tine; Palani, Kamaran (22 May 2022). "The hybridisation of religion and nationalism in Iraqi Kurdistan: The case of Kurdish Islam". Third World Thematics: A TWQ Journal. 5 (3–6): 221–241. doi:10.1080/23802014.2022.2070269. hdl:11250/2999460. S2CID 249036504.
  23. "Does Kurdish jihadist group threaten Hayat Tahrir al-Sham in north Syria? - Al-Monitor: The Pulse of the Middle East". http://www.al-monitor.com. 20 June 2021. Archived from the original on 5 May 2022. Retrieved 27 March 2022.
  24. Aymenn Jawad Al-Tamimi (11 May 2014). "Key Updates on Iraq's Sunni Insurgent Groups". Brown Moses Blog. Archived from the original on 28 January 2015. Retrieved 26 May 2014.
  25. "Ansar al-Islam in Iraqi Kurdistan." Human Rights Watch, Date unknown. Web. 18 October 2010.
  26. "Salafis in Iranian Kurdistan". Zamaneh Media (ingilis). 2021-05-27. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-18.
  27. Obeid, Adel Ahmad.'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 22-23
  28. Obeid, Adel Ahmad.'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 80-83
  29. "Iraq: Kurdish Region Under Increasing Threat". www.rferl.org. 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  30. Education for Peace in Iraq Center > 08/23/02 ( DNN 2.0.3 ) Arxiv surəti 4 iyul 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-07-04 at the Wayback Machine
  31. "Franso Hariri". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-23.
  32. "Assassination of Franso Hariri, a Member of Kurdish Leadership". 2001-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-23.
  33. "16 ISIS-Linked Suspects Held in Europe-Wide Sweep: Italy Officials". NBC News. 12 November 2015. 13 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  34. "Italy announces swoop on 'jihadist network'". The Local. 9 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  35. "تساؤلات بعد "بيعة" أنصار الإسلام لتنظيم الدولة". الجزيرة نت (ərəb). 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-18.
  36. "IS disciplines some emirs to avoid losing base – Al-Monitor: the Pulse of the Middle East". Al-Monitor. 2014-09-02. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-07.
  37. "Jihadist Group Swears Loyalty to Islamic State – Middle East – News". Arutz Sheva. 29 August 2014. 1 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2014.
  38. "Military groups calling themselves "the finest factions of the Levant" form joint operations room". Syria Call. 15 October 2018. 17 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 October 2018.
  39. Brynjar Lia; "A Kurdish al-Qaida? Making Sense of the Ansar al-Islam Movement in Iraqi Kurdistan in the Early 2000s", pp. 5
  40. O'Leary, Brendan; Ṣāliḥ, Khālid (2005). "The Denial, Resurrection, and Affirmation of Kurdistan". In O'Leary, Brendan; McGarry, John; Salih, Khaled (eds.). The Future of Kurdistan in Iraq. Philadelphia: University of Pennsylvania Press. pp. 3–46. ISBN 0-8122-3870-2.
  41. Baghali, Hawzhin. 2019. 'Un salafisme kurde? Sunnisme protestataire et jihadisme en Iran, depuis 2001’, pp. 73-4
  42. Mofidi, Sabah, 'Religion and Politics in Eastern Kurdistan (With a Focus on Maktab Qur'an During Iranian Revolution, 1979), Journal of Politics and Law 8(3), 36-50
  43. van Bruinessen, Martin, 'Review article: Islam and politics in Iranian Kurdistan at a time of revolution: the life of Ahmad Moftizadeh', Kurdish Studies 5(1): 80-87.
  44. Baghali, Hawzhin, “Un salafisme kurde? Sunnisme protestataire et jihadisme en Iran, depuis 2001”, pp. 65-77
  45. "Salafis in Iranian Kurdistan". Zamaneh Media (ingilis). 2021-05-27. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  46. "سلفی‌ها در ایران: از حضور تا حمله به تهران". www.bbc.com (fars). 2017-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  47. Hastings, James (1908). Encyclopædia of Religion and Ethics. Vol. 7. Morrison and Gibb Limited. p. 72.
  48. McDowall, David (1996). A Modern History of the Kurds. London: I.B. Tauris. pp. 131–137. ISBN 1850436533.
  49. Hassan, Mona. Longing for the Lost Caliphate: A Transregional History. Princeton University Press. 10 January 2017. ISBN 978-1-4008-8371-4.
  50. Metiner, Mehmet, Yemyeşil Seriat, Bembeyaz Demokrasi, 25-26
  51. Çalmuk, Fehmi, Erbakan'ın Kürtleri / Milli Görüş'ün Güneydoğu Politikası, pp. 13
  52. Skutnabb-Kangas, Tove; Fernandes, Desmond (2008). "Kurds in Turkey and in (Iraqi) Kurdistan: A Comparison of Kurdish Educational Language Policy in Two Situations of Occupation". Genocide Studies and Prevention. 3 (1): 45–46. doi:10.3138/gsp.3.1.43.
  53. "Turkey's Kurds eye kingmaker role in election against Erdogan" Arxiv surəti 30 yanvar 2024 tarixindən Wayback Machine saytında. March 21, 2023.
  54. Bulut, Faik. 1997. İslamcı Örgütler - 2, 3rd edition, 1997, pp. 323-4
  55. Çakır, Ruşen, Derin Hizbullah: İslamcı Şiddetin Geleceği, pp. 48
  56. Cumhuriyet, 3 April 1990
  57. Bulut, Faik. 1997. İslamcı Örgütler - 2, 3rd edition, 1997, pp. 323
  58. Aslan, Yakup. 2014. Bir Rüyanin Ardindan Gerçeklesen Sessiz Devrim; 284, 290-2
  59. Kurdish Hizbullah in Turkey, Mehmet Kurt, pp. 43
  60. Kurdish Hizbullah in Turkey, Mehmet Kurt, pp. 39
  61. "Release of Radical Group's Leaders Causes Shock in Turkey". Voice of America. 2011-01-31. Archived from the original on March 23, 2024. Retrieved 2024-01-22.
  62. Stack, Megan K. "Cleric's Slaying a Rallying Cry for Kurds in Syria". Los Angeles Times. August 14, 2005. February 16, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2024.
  63. "Spokesman of Kurdish Islamic Front: Islamic rule guarantees Kurdish rights in Syria". ARA News. 30 December 2013. Archived from the original on 2 August 2019. Retrieved 9 June 2020.
  64. Al-Tamimi, Aymenn Jawad. "Kurdish Rebels in Northwest Syria: Interview with Harakat Salah al-Din al-Kurdi". Aymenn Jawad Al-Tamimi (ingilis). 2019-08-06. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  65. "Kurds help Islamic militants in battle for Kobani". AP News (ingilis). 2014-11-04. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-19.
  66. Speri, Alice. "Not All Kurds Are Fighting Against the Islamic State — Some Are Joining It". VICE (ingilis). 2014-11-07. İstifadə tarixi: 2024-11-19.