Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru[1], institutun Elmi Şurasının sədri, Azərbaycan Turizm və Menecment Universitetinin professoru.[2] Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələlərini, miqrantların dinamikası və yerləşməsi məsələlərini, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığını, Azərbaycanın tarixi demoqrafiyasını tədqiq etmişdir.[3]
Kərim Şükürov |
Doğum tarixi |
10 may 1956(1956-05-10) (68 yaş) |
Doğum yeri |
|
Elm sahəsi |
tarix |
Elmi dərəcəsi |
tarix elmləri doktoru |
Elmi adı |
professor |
İş yerləri |
|
Mükafatları |
|
Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. Ailədə 6 uşaq olublar. Bu uşaqların 3-cüsü Kərim Şükürov olmuşdur. Atası ticarətlə məşğul olsa da mütaliəyə marağı olmuş şəxs idi, o, boş vaxtlarında dünya və Azərbaycan ədəbiyyatına dair kitablar oxuyardı. Evdəki bu mühit Kərim Şükürovda da kitaba böyük maraq oyatmışdır:
"Yadımdadır, rayon kitab mağazalarına gələn kitabların böyük əksəriyyətini mən alardım. Bu gün evində zəngin kitabxanası olanlardan biri də mənəm və o vaxtlardan bu günə çatan kitablarımın orada öz yeri indi də var. İnsanın bir fərd olaraq yetişməyində ailənin böyük rolu var və həmişə valideynlərimi böyük ehtiramla yad edirəm, onların fikirlərini, tövsiyələrini bu gün də bir əsas hesab edirəm."[4]
1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub.
Məktəbdə riyaziyyat təmayüllü sinifdə oxusa da humanitar fənlərə böyük marağı olub. Universiteti bitirdikdən sonra sevdiyi peşə - müəllimliklə məşğul olmuşdur. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.
1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.[5]
1984-cü ildə namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. On bir kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir. "Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici." (Bakı, 1994), "Türk xalqları XVI–XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)" (Bakı, 1997), "Azərbaycan tarixi. Üç hissədə", I–II hissələr (Bakı, 1994–2004), "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" (Bakı, 2004), "Türkmənçay – 1828. Tarixi xronika" (Bakı, 2006), "Qarabağ: real tarix, faktlar və sənədlər" (Bakı, 2005, Yaqub Mahmudovla birgə), "Naxçıvan: tarixi və abidələri", (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları çap edilmişdir.
Kitab və məqalələri Azərbaycan dili ilə birgə rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilmişdir.
Respublika elmi konfransları ilə birgə Ankara (1994, 1997), Lefkoşa (1995), Praqa (1996, 1999), Naxçıvan (2006), Bakı (2007), Qars (2007), Berlin (2008) və başqa beynəlxalq konfranslarda da iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert şurasının üzvü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının sədridir.
Tarix elminin təbliği sahəsində də geniş iş aparır. AzTV-də həftəlik "Azərbaycan tarixi" verilişinin aparıcısıdır.
Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Azərbaycanda Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə AHİK İcraiyyə Komitəsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə "yubiley medalı" ilə təltif olunub.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[6]
Alimin tarix elminin müxtəlif problemlərinə dair xeyli sayda kitab və məqalələri mövcuddur.[7]
- Azərbaycan tarixi (ümumi təsvir).- Bakı, 1992.
- Ön söz və şərhlər // Zeynaloğlu C.Müxtəsər Azərbaycan tarixi (elmi-publisistik və tarixi kitab).- Bakı, 1992.
- Azərbaycan xanlıqları (III fəsil). Rusiyanın Şimali Azərbaycanı işğalı. Azərbaycanın bölüşdürülməsi. Xanlıqlar dövrünün başa çatması (XVIII əsrin sonu – 1828-ci il) (IV fəsil) // Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik.- Bakı, 1995.- s. 83-171.
- Şimali Azərbaycanda çarizmin müstəmləkəçilik siyasəti (I fəsil, § 1 və § 3 prof. T.Vəliyevlə birgə). XIX yüzilin birinci yarısında mədəniyyət (prof. T.Vəliyevlə birgə) // Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik.- Bakı, 1996.- s. 5-34, 43-60.
- Azərbaycan xanlıqları. Dövlət müstəqilliyi uğrunda mübarizə (XV bölüm). Rusiyanın Quzey xanlıqları işğal etməsi (XVI bölüm prof. S.Əliyarlı ilə birgə) // Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər.- Bakı, 1996.- s. 508-570; 570-625.
- Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici.- Bakı: Azərbaycan Dövlət Kitab palatası, 1997.- 368 s.
- Türk xalqları XVI – XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər Ittifaqı üzrə).- Bakı: Azərbaycan Dövlət Kitab palatası, 1997.- 52 s.
- Azərbaycan tarixi 3 hissədə. II hissə. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər.- Bakı: Şirvannəşr, 1998.- 480 s.
- Старение населения Азербайджанской республики: история изучения, современные тенденции и перспективы // Демографические и социально-экономические аспекты старения населения (Вторые Валентеевские чтения). В 2 кн. Кн. 2.- М., 1999.- с. 123-128.
- Azərbaycan tarixi proqramı. Ali məktəblər üçün.- Bakı: Diplomat, 1999.- 70 s.
- Demoqrafiya: Ensiklopedik lüğət. Üç cilddə. I cild.- Bakı: Bakı Universitetinin nəşr., 2001.- 412 s.
- Azərbaycan tarixi (ən qədim zamanlar – 2000-ci il) proqramı. Ali məktəblər üçün. (Prof. Q.M.Bayramov və b. ilə birgə).- Bakı, 2001.- 77 s.
- Azərbaycan tarixi: 3 hissədə. II hissə. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər. Əlavələr və dəyişikliklər edilmiş ikinci nəşri.- Bakı: Gənclik, 2003.- 380 s.
- Azərbaycan tarixi (ən qədim zamanlar – 2003-cü il) proqramı. Ali məktəblər üçün. (Prof. Q.M.Bayramov və b. ilə birgə) Ikinci nəşri.- Bakı, 2003.- 71 s.
- Dünya azərbaycanlılarının öyrənilməsi: struktur yanaşma // Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi-nəzəri toplu). I buraxılış.- Bakı, 2003.- s. 7-11.
- Açılmamış səhifələrin həqiqətləri (A.Paşayevin tərtib etdiyi sənədlər toplusu və kitabı haqqında rəy) // yenə orada.- s. 145-149
- Qərbi Azərbaycanın «ensiklopediyası» (I.Məmmədovun iki kitabı haqqında rəy) // yenə orada.- s. 150-154.
- Azərbaycan tarixi: 3 hissədə. I hissə. Elmi-nəzəri və praktik problemləri.- Bakı: Bakı Universiteti nəşr., 2004.- 234 s.
- Azərbaycan tarixi: 3 hissədə. II hissə. Ən qədim zamanlardan bizim günlərədək: dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər. Üçüncü nəşri.- Bakı: Bakı Universiteti nəşr., 2004.- 380 s.
- Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək).- Bakı: Elm, 2004.- 974 s.
- Qurban Bayramov. Biblioqrafiya. «Ön söz əvəzi»nin müəllifi və tərtibçisi.- Bakı, 2004
- Dünya azərbaycanlıları: tarix və müasirlik (Elmi-nəzəri toplu). II bur.- Bakı, 2004.- s. 45-50; s. 167-174.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Iki cilddə. Birinci cild.- Bakı, 2004.- s. 11-16; 102-103; 125; 132-135; 138-139; 142; 158-160; 163-165; 190; 193-196; 219; 223-226; 248-249; 261-262; 268-269; 274-279; 295-296; 302; 382; 304; 313; 316-317; 317-318; 324; 370; 378-379; 384-394; 398-402.
- Naxçıvan Ensiklopediyası (sonra NE). cc. 1-2. 1-ci cild.- Naxçıvan, 2005.- s. 129; 144-145; 211-212; 214-217; 264-266; 268-272; 274-275.
- Qarabağ: Real tarix, faktlar, sənədlər. Garabagh: Real history,facts, documentsBakı-Baku:Təhsil, 2005.- 380 s. (Prof. Y.Mahmudovla birgə).
- Alarlar: Gündoğandan başlayan yol. Bakı: Adiloğlu nəşr., 2005, 244 s. (Akad. T.Bünyadov ilə birgə)
- Qarabağ tarixi: qədim zamanlardan müasir dövrədək. (Prof. Y.Mahmudovla birgə) // Qarabağ: suallar və faktlar.- Bakı: Qismət, 2005.- s. 1-52.
- Azərbaycanın tarixi demoqrafiyası fənni üzrə proqram.- Bakı, 2005.- 27 s.
- Xalq Daxili Işlər Komissarlığı // Azərbaycan Xalq Cümhuriyyəti. Ensiklopediyası. Iki cilddə. Ikinci cild.- Bakı, 2005.- s. 9-11; 14; 21-22. 35-36; 39-40; 43-57; 76-77; 80-81; 84-85; 99-100; 114; 116-126; 128-130; 134-135.
- Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə (Sara Aşurbəyli haqqında söz). Bakı tarixinin ensiklopediyası: Sara Aşurbəyli -110 il. Bakı: Elm və Təhsil, 2016, s.
- Азербайджанцы. Москва: Наука, 2017, 708 с. Историческая демография. с.47-54
- Fərhad Mirzə Qacar. Səfərnamə. Bakı: Elm və Təhsil, 2017, 420 s. Fərhad Mirzənin "Səfərnamə"si: yol xəritəsi, sosial-coğrafi və siyasi qeydləri (1875-1876-cı illər). s. 3-11
- Закавказское Мусульманское Духовное Управление 70-е годы XIX- начало XX веков. Документы и материалы. 2022, 477 с.
- Azərbaycan Albanşünaslığının (Qafqaz) tarixinə dair (Dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə). – Bakı: 2023, 388 s.
- Osmanlı imperiyası və erməni dövlətinin yaradılması (1918-1920). Osmanlı arxiv sənədləri və mətbuatı üzrə. Bakı, TEAS press, 2023, 874 s.
- История Азербайджана в армянской исторической публицистике и историографии: фальсификация и правда (по рецензиям азербайджанских историков). Баку - 2023, 178 с.
- Azərbaycan Avropa rəngkarlığında: tarixi baxış. Bakı - 2024, 550 s.
- Двойные стандарты И.М. Дьяконова:обращаясь от «Книги воспоминаний» (1995) к «Истории Мидии» (1956), Баку, 2024, 145 с.
- Nüfuz necə qazanılır // Azərbaycan gəncləri.- 1979.- 1 fevral (№13).
- Zaqafqaziyada kəsbkarlıq və ya kənar peşələrin tarixşünaslığı (XIX əsrin 60-90-cı illəri) // Azərbaycan ali məktəbləri aspirantlarının IV respublika elmi konfransı. 1981, 20-21 oktyabr.- Bakı, 1981.- s.31.
- Cənubi Azərbaycan kəsbkarlarının Zaqafqaziyanın və Iranın sosial-siyasi və mədəni həyatında iştirakı (XIX əsrin son rübü) // Azərbaycan ali məktəb aspirantlarının V respublika elmi konfransının məruzələrinin tezisləri. 1982, 21 dekabr.- Bakı, 1982.- s. 68.
- Cənubi Azərbaycandan Zaqafqaziyaya qeyri-əkinçilik kəsbkarlığı haqqında // Azərbaycan ali məktəb aspirantlarının VI respublika elmi konfransının materialları. I hissə. Humanitar elmlər bölməsi. 1983, noyabr.- Bakı, 1983.- s. 139-141.
- Zaqafqaziya iqtisadiyyatında kəsbkarlığın mənbələri // Azərbaycanda inqilabi hərəkatın sosial-iqtisadi zəmini.- Bakı, 1983.- s. 85-91.
- Отходничество в Закавказье из Южного Азербайджана (вторая треть ХIХ в. – 1905). АКД.- Баку, 1984.
- Kəsbkarlar Zaqafqaziya şəhərlərində // 1983-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfransın materialları. 1983, aprel.- Bakı, 1984.- s. 59-61.
- Azərbaycanda sənaye proletariatının yaranmasında kəsbkarlığın rolu (Cənubi Azərbaycandan) // Azərbaycanda inqilabi hərəkatın inkişafında fəhlə təşkilatlarının rolu.- Bakı, 1984.- s. 42-52.
- Zaqafqaziyada kapitalizmin genezisi və inkişafında kəsbkarlığın rolu // Azərbaycanda kapitalizmin genezisi və fəhlə sinfinin formalaşması məsələləri.- Bakı, 1985.- s. 78-87.
- 1905-1907-ci illər inqilabı ərəfəsində Zaqafqaziyada kəsbkarların iqtisadi vəziyyəti // Azərbaycan birinci rus inqilabı illərində.- Bakı, 1986.- s. 86-93.
- Azərbaycanın şimal və cənubu arasında əhalinin hərəkətinin öyrənilməsinin bəzi məsələləri (1828-ci il – XX əsrin əvvəlləri) // 1981-1985-ci illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfransın materialları.- Bakı, 1986.- s. 76.
- Azərbaycanın kənd məskənlərinin tipologiyası məsələsinə dair // Azərbaycanın aqrar quruluşu.- Bakı, 1988.- s. 84-91.
- Azərbaycan demoqrafiyası // Ədəbiyyat və incəsənət q.- 1988, 3 iyun (№23) (E.Əlibəyovla birgə).
- Tariximizi necə öyrənirik? // Azərbaycan gəncləri.- 1988, 14 iyun.
- Inqilabi hökumətin ilk addımları və müasir dövr // Bakı q.- 1988, 22 iyul.
- Кто восполнит моральный урон // Молодежь Азербайджана.- 1988, 20 октября.
- Изучение населенных пунктов по программе «Сборника материалов для описание местностей и племен Кавказа» // II Всесоюзная конф. по историческому краеведению. Тезисы докл. и сообщений.- Пенза, 1989.- с. 84-85.
- АГУ: история создание и начало деятельности (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1989, 11 февраля.
- АГУ-70: Десятилетие поисков и первых удач. (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1989, 30 марта.
- ЭВМ и история (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1989, 11 мая.
- Universitet necə yarandı? (Ə.Əsgərovla birlikdə) // Azərbaycan gəncləri.- 1989, 18 may.
- Hər kəs yüz il yaşamasa … və ya Azərbaycanda uzunömürlülüyün problemləri // Kommunist.- 1989, 24 iyun.
- АГУ-70: Новый университет, новые трудности (1934-1941). (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1989, 6 июля
- Əhali artımı haqqında (E.Əlibəyovla birgə) // Səhər.- 1989, 24 noyabr.
- «Студенчество… является самой отзывчивой частью интеллигенции». (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1989, 25 ноября, 28 ноября..
- Qarabağın salnaməsi («Qarabağnamələr» haqqında) // Kitablar aləmində.- 1990, №1.- s. 9-11
- Azərbaycan Demokratik Respublikası // Kitablar aləmində.- 1990, №2.- s. 2-4.
- Azərbaycanın bölüşdürülməsi (Gülüstan və Türkmənçay müqavilələri haqqında) // Kitablar aləmində.- 1990, №3.- s. 20-29.
- 1917-1920-ci illərdə Zaqafqaziyada demoqrafik vəziyyət // Azərbaycan tarixinin problemləri (elmi-nəzəri konfransın tezisləri).- Sumqayıt, 1990.- s. 23-24.
- Rusiyada 1861-ci il kəndli islahatı (Ixtisas kursunun proqramı).- Bakı, 1990.
- Azərbaycanın şifahi tarixi: vəziyyəti və inkişafı (E.Əlibəyovla birgə) // Ədəbiyyat və incəsənət q.- 1990, 23 mart (№10)
- Gülüstan müqaviləsi (Prof. S.Əliyarovla birgə) // Vətən səsi q.- 1990, 18 aprel.
- Многопартийность в Азербайджане: формирование, основные этапы развития. (Совм. с А.Аскеровым) // Молодежь Азербайджана.- 1990, 26 апреля; 28 апреля; 1 мая.
- Türkmənçay müqaviləsi (Prof. S.Əliyarovla birgə) // Vətən səsi q.- 1990, 30 may.
- Tarixi tədqiqatlarda kəmiyyət metodlarının tətbiqi təcrübəsi və Azərbaycan tarixi problemləri // Kovalçenko I.D. və b. Elektron hesablama maşınlarından istifadə etməklə tarixi mənbələrin öyrənilməsinin müasir metodları.- Bakı, 1991.- s. 100-105.
- Январские события 1990 г. в Баку в свете устных источников // Проблемы устной истории в СССР (Материалы второй научной конф. в г. Кирове. 14-15 мая 1991 г.).- Киров, 1991.- с. 70-73 (Совм. Э.Алибековым и З.Усубовым).
- Azərbaycanda demoqrafik vəziyyət (1920-1941-ci illər) // Kitablar aləmində.- 1991, №1-2.- s. 84-86.
- Cənubi Azərbaycan əhalisi XIX-XX əsrlərdə // Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların I respublika elmi konfransının məruzələri. I hissə.- Bakı, 1991.- s. 71-73.
- Uğurlu yol (gənc tarixçilər haqqında) // Tarix q.- 1991, 23 fevral.
- Azərbaycan Demokratik Respublikası // Hikmət q.- 1991, 28 may (№8).
- Şimali Azərbaycan şəhərlərinin tarixi haqqında // Elm, 1991, 19 oktyabr (№39-40).
- Tariximizin şərhi // Ədəbiyyat və incəsənət q.- 1991, 25 oktyabr (№43).
- Azərbaycanda partiya çoxluğu // Oğuz eli.- 1992, 19 mart (№10)
- Ermənilərin Qarabağa köçürülməsi // Abidə q.- 1992, 30 aprel.
- Azərbaycan tarixinin dövrləşdirilməsinə dair // Tarix q.- 1992, may (№7).
- «Qafqaz XX-XXI əsrlərin ayrıcında» (1992-ci il 18-19 may Mahaçqala konfransı haqqında) // Elm.- 1992, may (№10).
- Kürdlər və «kürd milli muxtariyyəti» məsələsi haqqında // Tarix.- 1992, iyun (№8).
- Vətənə qayıdan kitab // Kəndin səsi.- 1992, 15 avqust (№5).
- Azərbaycan xanlıqların ləğv edilməsi və onun Rusiya ilə Iran arasında bölüşdürülməsi nəticəsində dövlət müstəqilliyini itirməsindən istiqlaliyyət uğrunda mübarizəyədək olan dövrdə (XVIII-XIX yüzilliklərin qovşağı – 1917, oktyabr). Proqram // Tarix q.- 1993, 13 fevral (№2).
- XIX –XX yüzilliklərdə Azərbaycanın Güneyi və Quzeyi arasında əhalinin miqrasiyası // Araz. Ict.-siyasi, elmi-nəzəri, ədəbi-bədii dərgi.- 1997, yanvar-mart. №1 (2).- s. 44-47.
- Atatürkçülüyün yeni bağımsız türk cümhuriyyetleri için ehemiyyeti // Üçüncü uluslararası Atatürk sempozyumu.- 3-6 ekim, 1995. Gazi Mağusa, Kuzey Kıbrıs Türk Cümhuriyeti. 2 cildde.- Ankara, 1998.- cilt I.- s. 155-161.
- 1920-ci ilin ortalarında Azərbaycan cəmiyyətinin siyasi-mənəvi vəziyyəti (əxlaqi statistika əsasında) // Qafqazda sovet totalitarizmi (20-30-cu illər).- Bakı, 1998.- s. 138-140.
- Kameral təsvirlər Şimali Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyasına dair qaynaq kimi // Bakı Universitetinin Xəbərləri, 2000, №4.- s. 45-62.
- Azərbaycan demoqrafiyası: meydana gəlməsinin əsas mərhələləri // BDU-nun 80 illiyinə həsr olunmuş elmi konfransın materialları.- Bakı, 2000
- Ermənilərin Azərbaycanda və Osmanlı imperiyasındakı türk genosidi tarixinin öyrənilməsi: metodoloji problemlər // Azərbaycan tarixinin çağdaş problemləri.- Bakı, 2000.- s. 266-275.
- Şuşa niyə Dağlıq Qarabağın paytaxtına çevrilmədi? // Təhsil q.- 2000, 21-30 iyun (№11 (150).
- Şuşa 150 il əvvəl // Təhsil q.- 2000, 26-31 iyul (№12 (151).
- Azərbaycanın ictimai-siyasi hərəkat tarixinin öyrənilməsinə elmə zidd və qeyri-professional münasibət // Tarix və onun problemləri.- 2001, №1.- s.176-188.
- Qərəz, yoxsa həqiqət? // Kriminal, 2001, 13-19 oktyabr.
- Dağlıq Qarabağ: anlayışı və ərazisi haqqında (tarix və müasirlik) // Qarabağ dünən, bu gün və sabah. 1-ci Ümumrespublika elmi-əməli konfransının tezisləri.- Bakı, 2002.- s.103-105.
- Ilk Ümumazərbaycan elm mərkəzi və 1937-ci il repressiyası // Azərbaycan: XX əsrdən XXI əsrə («XX əsrin və «ikinci minilliyin» tarixi» mövzusunda elmi-praktik konfransın materialları).- Bakı, 2002.- s. 116-119.
- Əhali tarixi və tarixi demoqrafiyanın predmetinə dair // Azərbaycan iqtisadiyyatı: problemlər, perspektivlər («Azərbaycan iqtisadiyyatı dirçəliş yolunda» mövzusunda elmi-praktik konfransın materialları).- Bakı, 2002.- s. 243-245.
- Azərbaycan dövlətçiliyində ADR dövrü: ənənə və yeniliklər // Ülfət q.- 2002.- 24 may (№16)
- Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin say dinamikası və etnik tərkibinə dair/. // Qarabağ: dünən, bu gün və sabah. 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları.- Bakı, 2003.- s. 127-130.
- 07.00.02 – Vətən tarixi ixtisası üzrə namizədlik minimum imtahanlarının proqramı (Q.M.Bayramov, S.Onullahi, I.X.Zeynalovla birgə).- Bakı, 2003.
- Gəncə xanlığı: tarixi və tarixçisi (E.Babayevin «Gəncə xanlığının tarixindən». Bakı, 2003 kitabı (rus dilində) üzərində düşüncələr) // Yeni Azərbaycan q.- 2003, 24 dekabr.
- Əhali sahəsində beynəlxalq əməkdaşlığa dair // Sosial və elmi-texniki tərəqqinin optimallaşdırılması problemləri.- Bakı, 2004.- s. 116-119.
- Qarabağ Rusiya imperiyası tərkibində // Qarabağ dünən, bu gün və sabah. 3-cü Ümumrespublika elmi-əməli konfransının materialları.- Bakı, 2004.- s. 118-121.
- «Övlad borcu». Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə // Azərbaycan q.- 2004, 4 yanvar.
- Dövlət arxivləri. Nə bilirik? // Yeni Azərbaycan q.- 2004, 5 fevral.
- Qədim türk diyarı – Naxçıvan // Xalq qəzeti.- 2004, 2, 3 mart.
- Bir əsrdə xalqımıza qarşı dörd soyqırım // Xalq qəzeti.- 2004, 31 mart.
- Yolayrıcı: Müasir Azərbaycan tarixini kim yazmalıdır? (Dəyirmi stol) // 525-ci qəzet.- 2004, 27 noyabr.
- .SSRİ- nin dağılması ərəfəsində Azərbaycan gənclərinin sosial- demoqrafik vəziyyəti və müstəqillik dövründə əsas tendensiyaları// Həmkarlar İttifaqı və gənclər. Bakı, 2004, s.36-38
- Kürəkçay müqaviləsi: əsas müddəaları, həyata keçirilməsi və ləğvinin nəticələrinə dair // Qarabağ dünən, bu gün və sabah. 4-cü Ümumrespublika elmi-əməli konfransının materialları.- Bakı, 2005.- s. 223-229.
- Кюрекчайский договор: об основных положениях, претворении в жизнь и последствиях упразднения // Гарабаг: Кюрекчайский договор – 200.- Баку, 2005.- с. 145-152.
- Azerbaijan divided: history and consequences. Visions of Azerbaijan. January - February 2011
- A history of Azerbaijan: from the furthest past to the present day. Visions of Azerbaijan. March - April 2011
- Azerbaycan Cumhuriyeti ile Türkiye Cumhuriyeti arasında nüfus göçü: yasal temelleri ve dinamiği. I. Türkiye-Azerbaycan İlişkileri ve Gelecek Perspektifi Çalıştayı: tebliğler, Ankara, 24-25 Mayıs 2012. cild 1, s.73-79
- Rusiya imperiyasının müsəlmanları: regional idarəetmə təsisatlarına dair (Zaqafqaziya müsəlmanları Dini idarəsi üzrə). "Naxçıvan" Universiteti. Elmi əsərlər. № 1 (2). Naxçıvan, Nu-"Nuh", 2016, s.209-219
- Ermənistandakı Azərbaycan Toponimlərinə Dair Dövlət Siyasəti Və Nəticələri. Akademik Tarih ve Düşünce Dergisi. 2021/6/6, № 8 (2), s.747-768.
- Azərbaycanın tarixi turizmi və perspektivləri. "Yazıçı" jurnalı. 2018, № 2, s.27-28
- Azərbaycanın tarixi turizmi və perspektivləri. "Turizm və qonaqpərvərlik tədqiqatları" jurnalı, 2019. № 8 (3), s.103-117
- Dərbənd: Rusiya işğalları və "Dağıstanlaşdırılması" tarixindən. "Yazıçı" jurnalı. 2020, № 1, s.29-30
- Şuşa-270: Tarixi Yubiley. Akademik Tarih ve Düşünce Dergisi. 2022, cild 9, s.1-15
- Mehmet Akif ve Azerbaycan: Dönemin Siyasi Dinamiği ve İlişkileri Üzerine. 100. YILINDA KÜLTÜR COĞRAFYAMIZDA İSTIKLAL MARŞI VE MEHMET AKIF ERSOY. Ankara - 2022, s.245-252
- Azerbaijani civilization: history and origins. Państwa postradzieckie w procesie modernizacji. 2023, № 18, p.7-15
- Azərbaycan Xalq Cümhuriyyəti: Müstəqillik və əyalətlər. Xalq qəzeti - 28.05.2023
- Azərbaycan Xalq Cümhuriyyəti: Müstəqillik və əyalətlər (ardı). Xalq qəzeti - 31.05.2023
- Демографическое развитие Азербайджана после обретения независимости : основные периоды и их характеристики. "Демографические факторы адаптации населения к глобальным социально-экономическим вызовам. Сборник научных статей. Екатеринбург - 2023, с. 107-112
1995-ci il parlament seçkilərində Kərim Şükürov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 12-ci sırada olmuşdur.[8] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[9] Beləliklə, Kərim Şükürov deputat seçilə bilməmişdir.
— Azərbaycan Respublikasının Dövlət Mükafatı[10]
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.[11]
— "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.[12]
- Erməni soyqırımı. Türkün sözü (film, 2001)
- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
- Azərbaycan xəritəsi (film, 2006)
- Azərbaycan xalçaları. Qarabağ qrupu (film, 2013)
2021-ci ili, mayın 10-da Azərbaycan tarixçisi, professor Kərim Şükürovun 65 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi açılmışdır. Virtual sərgidə alim haqqında məlumat, mükafatları, müəllifi, tərtibçisi, redaktoru olduğu kitablar, müsahibələri, məqalələri və fotolar nümayiş olunur.[13]