Theotokos Kyriotissa Kilsəsi (yun. Εκκλησία της Θεοτόκου Κυριώτισσας) və ya Kalenderhane Məscidi – İstanbulun Vəfa səmtində yerləşən bir Şərqi Roma binasıdır. Bozdoğan kəmərinin ən şərq ucunun cənubundadır. Şərq Pravoslav Kilsəsi formasındadır. XVIII əsrdə Osmanlılar tərəfindən məscidə çevrilmişdir. Çox güman ki, kilsə əvvəlcə Theotokos Kyriotissaya həsr olunmuşdu. Bina, yunan xaçlı kəmərli Bizans kilsəsinin mövcud olan bir neçə nümunəsindən biridir. Plan və üslub xüsusiyyətlərinə görə binanın IX və ya X əsrə mənsub olduğu güman edilir.
Kalenderhane məscidi | |
---|---|
Ölkə | |
Üslubu | Bizans memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bina ilk dəfə Osmanlı dövründə Qələndər təriqətinə mənsub dərvişlər tərəfindən istifadə olunduğundan, adı Qələndərxana olmuşdur. Məscidin həyətində kilsənin ilk vaxtlarında tikiliyə daxil edilmiş, lakin indi dağılıb xarabalıqları qalmış divar qalıqları mövcuddur. Məscidin günbəzi dörd küncdən toxunmuş tağların əmələ gətirdiyi dairənin üzərində yerləşir. Günbəzin üzərində mozaika naxışları var ki, onlar çox da köhnə deyildirlər. Xüsusilə binadakı mərmər örtüklər göz oxşayır.
Bu ərazidə tikilmiş olan ilk bina Roma hamamı olmuşdur. Altıncı əsrdə (daş işlərinə əsaslanan müəyyənləşdirilmişdir), Bozdağan tağına baxan istiqamətdə kilsənin böyük günbəzi və yarı günbəzləri yüksəlirdi. Daha sonra — bəlkə də VII əsrdə — ilk kilsənin cənubunda daha böyük bir kilsə inşa edildi. Üçüncü bir kilsə yenidən müqəddəs bir yer kimi istifadə edilirdi. Yarı günbəzlər daha sonra Kommeniya dövründə XII əsrin sonu kimi xarakterizə edilə bilər Osmanlılar tərəfindən məhv edilmişdir. Kilsə monastırlarla əhatə olunmuşdu, hamısı Osmanlı dövründə tamamilə məhv edilmişdir. Latınlar tərəfindən Konstantinopolun fəthindən sonra bina Roma Katolik kilsəsi kimi istifadə edilmişdir. 1453-cü ildə İstanbulun zəbtindən sonra kilsə Fateh Sultan Məhəmməd tərəfindən Qələndəri dərvişlərinə verildi. Dərvişlər buranı mədrəsə kimi istifadə edirdilər. O vaxtdan bəri Qələndərxana (Qələndər evi) olaraq bilinirdi. XVIII əsrdə Babüssaadə (saray) ağası Maktul Bəşir Ağa tərəfindən məscidə çevrilmişdir. Yanğın və zəlzələ nəticəsində zərər görən məscid 1854-cü ildə bərpa edilmişdir. Qələndərxana məscidinin minarəsini 1930-cu ildə şimşək vurmuş və minarə dağılmışdır. Minarəsinin yanaraq dağılmasına görə tərk edilmişdir. 1966–1975-ci illər arasında Harvard Universiteti və İstanbul Texniki Universitetinin əməkdaşlığı əsasında həyata keçirilmiş tədqiqat və arxeoloji qazıntıların obyekti olmuş və 1968-ci ildə bərpa edilərək yenidən istifadəyə verilmişdir.