Kapitan Amerika: Birinci qisasçı (film, 2011)

Birinci qisasçı[1] və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek LyukStenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir.

Birinci qisasçı
ing. Captain America: The First Avenger
Janr superqəhrəmanlıq, döyüş, macəra
Əsas mövzu İkinci Dünya müharibəsi
Rejissor Co Conston
Prodüser Kevin Fayqi
İcraçı prodüserlər Sten Li
Əsərin müəllifləri Co SimonCek Körbinin "Kapitan Amerika" komiksləri
Ssenari müəllifləri Kristofer Markus və Stefen Makfili
Baş rollarda Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk, Stenli Tuççi
Bəstəkar Alan Silvestri
Montajçı Ceffri Ford[d]
İstehsalçılar Marvel Studios
Distribütor:
Paramount Pictures
Distribütor Paramount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi 19 iyul 2011 (El Kapitan teatrı)
22 iyul 2011 (ABŞ)
28 iyul 2011 (Azərbaycan)
Müddət 124 dəq.
Büdcə 140-216,7 milyon dollar
Gəlir 370,6 milyon dollar
Ölkə ABŞ
Dil ingilis
İl 2011
Əvvəlki film Tor (film, 2011), Marvel Kinematoqrafiya Kainatı
Sonrakı film Birinci qisasçı: Başqa müharibə
Rəng rəngli
Çəkiliş yeri Nyu-York, Los-Anceles, Mançester
IMDb ID0458339
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con FavroLui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir. İstehsal 2010-cu ilin iyununda başlamış, çəkilişlər London, Mançester, Kaervent, LiverpulLos-Ancelesdə baş tutmuşdur.

Filmin premyerası 19 iyul 2011-ci ildə El Kapitan teatrında, 22 iyul 2011-ci ildə isə ABŞ-də baş tutmuşdur. Film bütün dünyada 370 milyon ABŞ dollarından çox gəlir əldə etmişdir. Tənqidçilər Evansın performansını, filmin 1940-cı illər atmosferini və Constonun rejissorluğunu bəyənmişdirlər. "Birinci qisasçı: Başqa müharibə""Birinci qisasçı: Qarşıdurma" adlı iki sikvel uyğun olaraq 2014 və 2016-cı illərdə buraxılmışdır.

İndiki zamanda alimlər Artikada donmuş, köhnə təyyarə tapırlar.

1942-ci ilin martında nasist zabiti Yohan Şmidt və onun adamları Almaniya işğalı altındakı Norveçin Tonsberq şəhərində naməlum güclərə malik Tesserakt adlı sirli qalıq oğurlayırlar.

Nyu-Yorkda Stiv Rocers müxtəlif sağlamlıq problemlərinə görə İkinci dünya müharibəsi personelinə qəbul edilmir. Yaxın dostu serjant Ceyms "Baki" Barns ilə gələcək texnologiyalar sərgisinə qatılan Rocers yenə orduya seçilməyə cəhd edir. Rocersin Barnsla müharibədə kömək etmək istədiyi barədə etdiyi söhbəti eşidən Abraham Erskin Rocersin orduya qatılmasına kömək edir. O, Erskin, leytenant Çester Filips və Britaniya casusu Peqqi Karterin başçılığı altında "super əsgər" təcrübəsinin bir hissəsi kimi Strateji Elmi Rezervə cəlb edilir. Ersin Rocersin super əsgər olmaq üçün ən uyğun şəxs olduğunu düşünür, lakin Filips bu fikirləri ilə razılaşmır, onu sınamaq üçün yerə boş qumbara atır, amma Rocers cəsarət nümayiş etdirərək özünü qumbaranın üstünə qatır. Təcrübədən öncəki gecə Erskin Rocersə Şmidtin də bu prosedürün düzgün olmayan versiyasına məruz qaldığını və qalıcı yan təsirlərə məruz qaldığını deyir.

Şmidt və Arnim Zola

  1. "Birinci qisasçı: Başqa müharibə" (az.). 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]