Kapitan Marvel (ing.Captain Marvel) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2019-cu ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Kapitan Marvel " filmi Marvel Kinematoqrafiya Kainatının iyirmi birinci filmidir. Film Anna Boden və Rayan Flek tərəfindən yazılmış və rejissorluq edilmişdir. Qeneve Robertson-Dvortsen ssenariyə əlavələr etmişdir. Baş rollarda Bri Larson, Samuel L. Cekson, Ben Mendelson, Cimon Hounsou, Li Pase, Laşana Linç, Gemma Çan, Annett Benninq, Klark Qreqq və Cud Lou iştirak etmişdir. 1995-ci ildə baş verən hekayə, Dünyanı iki yadplanetli sivilizasiyası arasında olan qalaktik müharibənin ortasında görən Danversin Kapitan Marvel olmasından bəhs edir.
Filmin inkişafı 2013-cü ilin may ayından başlayıb. Marvel Studiosun ilk qadın super qəhrəman filmi olan film, 2014-cü ilin oktyabr ayında rəsmən elan edildi. Nikol Pörlman və Meq Lifov obrazı ayrı-ayrı ələ aldıqdan sonra aprel ayında yazı komandası işə götürdü. Hekayə Roy Tomasın 1971-ci ildəki "Kri-Skrul döyüşü" komiks kitabının hekayəsindən qaynaqlanır. Larson, 2016 San Diego Comic-Con-da Danvers olaraq elan edildi və Boden və Flekin 2017-ci ilin aprel ayında rejissorluq üçün seçildi. Robertson-Dvoret, bir müddət sonra, filmin başlamasına əlavə edilən heyətlə birlikdə ssenarist oldu. Robertson-Dvoret ssenarini öz üzərinə götürdü, çəkiliş heyətinin qalanı isə filmin başlamasından sonra əlavə olundu. Yer çəkilişləri 2018-ci ilin yanvarında başlamışdır. Əsas çəkilişlər isə həmin ilin mart ayında Kaliforniya ştatında başlamış, iyul ayında Luiziana şəhərində sona çatmışdır. Cekson və Qreq — digərlərindən fərqli olaraq, əvvəlki MKK filmlərinin rollarını yenilədi — filmi 1990-cı ilə uyğunlaşdırmaq üçün post-istehsalda rəqəmsal olaraq cavanlaşdırma etdi.
Kapitan Marvel 27 fevral 2019-cu ildə Londonda premyera etdi. 8 mart 2019-cu ildə ABŞ-də IMAX və 3D teatrlarında nümayiş etdirildi. Film dünya çapında 1,1 milyard gəlir əldə edərək, 1 milyard gəliri keçən ilk qadın superqəhrəman filmi oldu. Film hal-hazırda 2019-cu ilin ən yüksək gəlir əldə edən 2-ci filmi, bütün zamanların ən yüksək gəlir əldə edən 9-cu superqəhrəman filmi və ümumi olaraq ən yüksək gəlir əldə edən 22-ci filmdir. Film, başda Larson olmaqla heyətin performansına görə müsbət rəylər aldı.
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
1995-ci ildə, Kri İmperiyasının paytaxtı Halada, Starforce üzvü Vers yaşlı bir qadınla əlaqədar amneziya və təkrarlanan kabuslardan əziyyət çəkir. Mentoru və komandanı Yon-Roqq, bacarıqlarını idarə etməsini öyrədərkən, Krini idarə edən süni intellekt olan Ali Zəka, emosiyalarını idarə etməli olduğunu deyir.
Döyüş zamanı, Skrulları xilas etmək üçün keçirilən gizli sızma əməliyyatı zamanı, Vers Talos tərəfindən yaxalanır. Versin xatirələri onu Dünyaya aparır. Versin gəmisi Los-Ancelesə məcburi eniş edir. Onun varlığı Q.A.L.X.A.N. agentləri Nik Furi və Fil Kolsonu cəlb etdi, ancaq istintaq Skrul hücumu səbəbi ilə dayandırıldı. Daha sonra, Vers onun silinmiş xatirələrini ehtiva edən bir kristalı bərpa edərkən, Furi Kolsonu təqlid edən bir Skrulu öldürür. Furinin müdiri Kelleri təqlid edən Talos, ona Vers ilə işləməyini əmr edir.
Silinmiş xatirələri istifadə edərək, Vers və Furi ABŞ Hərbi Hava Qüvvələrinin nəzdindəki Project Pegasusa gedirlər. Vers öz kabuslarındakı qadın kimi tanınan Uendi Louson tərəfindən hazırlanmış eksperimental jet mühərrikini test edərkən ölən bir pilot idi. Furi sonra Q.A.L.X.A.N.-a yerlərini bildirdikdən sonra, Kelleri təqlid edən Talosun rəhbərlik etdiyi bir qrup gəldi. Furi Talosun Kelleri təqlid etdiyini öyrəndikdən sonra, Versə yük təyyarəsi ilə qaçmağa kömək edir. Lousonun pişiyi Quzun gizlicə təyyarəyə mindiyini görürlər. Onlar Versi və Lousonu son canlı görən şəxs olan, keçmiş pilot Mariya Rambeau ilə görüşmək üçün Luizianaya uçurlar.
Rambeau və qızı Monika Versin onlara ailəsi kimi yaxın Karol Danvers olduğunu deyir. Silahsız olan Talos, Skrulların yeni bir ev axtarmaq üçün qaçqın olduğunu və Lousonun onlara kömək edən təkəbbürlü Kri alimi Mar-Vell olduğunu izah edir. Talos, Lousonun təyyarəsinin qara qutusundan götürülmüş bir səs yazısını kompüterdə onlara qulaq asdırır və Danvers qəzanı xatırlayır. Lousonun mühərriki məhv etməsini önləmək üçün Yon-Roqq onu öldürüb. Mühərriki məhv edən Danvers, partlayışdan gələn enerjiyi udaraq yeni super güclər qazanır, ancaq yaddaşını itirir.
Danvers, Talos, Furi və Rambeau Talosun ailəsidə daxil olmaqla, Skrulların saxlandığı, Lousonun Dünyanın orbitində yerləşən laboratoriyasına gedirlər. Burada Lousonun mühərrikinin güc mənbəyi olan Tesseraktıda tapırlar. Orada Danvers Starforce tərəfindən tutulur və Ali Zəka ilə üzləşir. Danvers, söhbət əsnasında, güclərini basdıran Kri implantını aradan qaldıraraq, gücünün tam potensialına çatır. Sonrakı döyüşdə, yadplanetli Flerken olan Quzu özü ilə götürür. Quz Tesseraktı udur və Furini cırmaqlayaraq bir gözünü kor edir. Danvers, İttihamçı Ronanı və donanmasını Dünyaya gələn Yon-Roqqa basqın etmədən və Ali Zəkaya xəbərdarlıq edərək onu Halaya geri göndərməmişdən öncə Kri bombardman gəmisini məhv edir.
Danvers Skrullara yeni yaşayış yeri tapmaq üçün yola düşür və Furiyə onla təcili anlarda əlaqə saxlamaq üçün modifikasiya edilmiş cihaz verir. Bu vaxt Fury, Danvers kimi qəhrəmanları tapmaq üçün bir təşəbbüs hazırlayır və buna "Hava Qüvvələri" çağırışındakı "Avenger" adını verir. 2018-ci ilə təyin edilən post-kredit səhnəsində, aktiv əlaqə cihazı[a] Danvers görünəndə Qisasçılar tərəfindən izlənilir.[b] Bir post-kredit səhnəsində, Quz Furinin masasına dırmaşır və Tesseraktı qusur.
Bri Larson (üstdə) və Samuel Cekson (aşağıda) ABŞ Hava Qüvvələrinin ilk qadın döyüşçü pilotu və Kapitan Marvel məsləhətçisi Ceni Levit ilə
Bri Larson — Kerol Danvers / Vers / Kapitan Marvel: Keçmiş ABŞ Hava Qüvvələri döyüşçü pilotu və Starforce adlı Kri hərbi birliyinin üzvü. DNT-si qəza zamanı dəyişmiş, onu güclü insan enerjisi, enerji proyeksiyası və uçuş gücü vermişdir.[7][8][9] Bri Larson Danversi "həqiqətə və ədalətə inanan" və "yer və kosmik arasında bir körpü" kimi təsvir edir.[10] "Emosional olmayan" Kri tərəfini "təəccübləndirici bir döyüşçü" olan və "qüsurlu" insan yarısı olan "öndərlik etdiyi şey" ilə tarazlıqda saxlamalıdır.[9] Larson həmçinin Danversi döyüşdə ona kömək edən ancaq obraz qüsurları olduğu təsdiqlənən xüsusiyyətlərlə birlikdə, təcavüzkar, yüksək templi kimidə təsvir edir.[11]Marvel Studios-un müdiri Kevin Feyc, obrazın güclərini insanlığı ilə tarazlaşdırma qabiliyyətinə görə rolun Larsona verildiyini dedi.[12] Larsonun (26 yaşında) müvəffəqiyyətli bir pilotu canlandırmasında yaşının az olduğu narahatlığı olduğunu görə, ssenarist Nikol Pörlman Hava Qüvvələri ilə danışdı. Hava Qüvvələri 28–34 yaş arasında olan şəxsin "çox irəliyə getməsinin" mümkün olduğunu dedi.[13] Larson rolu üçün cüdo, boks və güləşi öyrənmək üçün doqquz ay təlim keçmişdir.[9][14] O, həmçinin Nellis Hava Qüvvələri bazasına baş çəkdi və burada briqada generalı Ceni Levit və "Şimşək quşları" pilotu Stiven Del Baqno da daxil olmaqla aviasiya işçiləri ilə görüşdü.[15][16][17]Makkenna Qreys 13 yaşlı Kerol Denversi,[15][18] London Fuller isə 6 yaşlı Kerol Denversi canlandırır.
Samuel Cekson — Nik Furi: Hal-hazırda aşağı səviyyəli bürokrat, Q. A. L. X. A. N.-nın gələcəkdəki müdiri.[19] Filmdə gözü yaralanmamışdan əvvəl iştirak etdiyi üçün filmin əvvəlində göz bandı olmadan çıxış etmişdir.[20] Feyc, Danversin Furinin rast gəldiyi ilk superqəhrəman olduğunu deyir.[21] Obrazı müasir MKK filmlərində olduğu bir yola qoyur.[22] Cekson, bu yerdə Furini bir bürokratiya olaraq təsvir etmişdir. Bürokratiyaya qarşı hələki utanmazlıq qazanmamış və filmdə Q. A. L. X. A. N-na kömək edə biləcək super güclü varlıqlar olduğunu öyrəndi.[23] Cekson, Danversə güvənməsinin, film boyunca "yoldaş" olmaları üçün önəmli bir rol aldığını dedi. Cekson rəqəmsal olaraq 25 il cavanlaşdırıldı, Marvel ilk dəfə film üçün bunu etdi.[24]
Ben Mendelson — Talos / Keller Dünyanın Skrul işğalının forma dəyişə bilən lideri. Q. A. L. X. A. N.-nın tərkibinə gizlicə sızıb, Furinin müdiri Kelleri təqlid edir.[25] Mendelson Talosun insan şəxsiyyətini "daha çox geri çəkilmiş" Skrul personajına nisbətən "düyməli" kimi təsvir etmişdir. Mendelson, köhnə Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi Donald Rumsfelddən ilhamlanaraq forma dəyişə bilmə qabiliyyətindən ilhamlanan Amerikan vurğusu istifadə edərək bu ikisi arasında ayrı-seçkilik etdi. Talos üçün yerli Avstraliya vurğusu "uzun bir müzakirə" sonrasında, Mendelsonun "dünyəvi doğruluq" olaraq adlandırdığı üçün seçildi. Talosu təsvir etmək üçün lazım olan makiyaj və protezləri tətbiq etmək "bir neçə saat" çəkdi.[25] İcraçı prodüser Conatan Şkvartz "Skrulun güclərini və Benin ardıcıllığını aktyor kimi göstərmək çox əyləncəli bir şeydir, çünki o, bütün bu hissələrdə çox fərqlidir" dedi. Emili Ozri və Abiqeyl Ozri Talosun qızı rolunu canlandırır.
Cimon Honsou — Korat Kri qılıncoynadan və Starforce-da ikinci komandan.[26] Honsou Koratın Qalaktika mühafizəçiləri filmindəki görünüşü ilə müqayisə edildikdə "başlanğıcda" olduğu, ancaq "hələ mizahsız bir maşın" olduğunu açıqladı.[27]
Li Peys — İttihamçı Ronan Yüksək rütbəli Kri rəsmisi.[26][28]Qalaktika mühafizəçiləri filmindəki rolu ilə müqayisə edildikdə, Ronan, Starforce ilə kəsişən Kri hərbi birləşməsində rolu ilə "maraqlı bir şəkildə" hələ "radikal zealot" deyil.
Laşana Linç — Maria Rambeau: Danversin ən köhnə dostlarından biri. "Photon" çağırışı ilə "Air Force" pilotu olur. O qızı Monika ilə birlikdə yaşayır. Linç Rambeaunu "dayanıqlı" və "köməyə ehtiyacı olduğunu hiss etdirməyən" kimi təsvir etdi.[29] Larson, filmdə Rambeaunu "sevgi nümayişi" və "inanılmaz dərəcədə inadçı" adlandırdı. O, Danvers ilə Rambeau arasındakı dostluğun "oynaq rəqabət qabiliyyəti və qarşılıqlı hörmət" ilə bərabər olduğunu dedi. Larson kimi, Linçdə roluna hazırlaşan zaman aviasiya işçiləri ilə görüşdü. Xüsusilə, ana olan pilotlarla görüşdü. Linç, tamaşaçının, xüsusilədə anaların və qara cəmiyyətin üzvlərinin qürur hissi duyacağı və maraqlanacağı bir rol canlandırdığı üçün həyəcanlı idi. Bu Qara pantera filmindən sonra MKK-dakı Afrika-Amerikalı obrazlar üçün "gerçək bir xətt" ilə davam etməsinə kömək edirdi.
Qemma Çan — Min-Erva: Kri snayperi və Starforce üzvü.[27][30] Çan, Danvers komandaya qatılmadan öncə Min-Ervanın "Starforce ulduzu" olduğunu və "çox güman edilən və çox istedadlı olan birinin yanında təhdid edildiyini" dedi.[27]
Annett Beninq — Ali Zəka və Mar-Vel / Uendi Louson: Kri xalqının ən böyük beyinlərinin kollektiv toplusu və Kri imperiyasının hökmdarı olan süni intellekt.[31] Ali Zəka, hər kəsə, xüsusilə Versə Uendi Louson olmaqla müxtəlif formalarda görünür. Cudi Lou, Starforce-un hər bir üzvünün Ali Zəka ilə "xüsusi bir əlaqəsi" olduğunu və onun xarakterinin "bu böyük varlıqla olan əlaqəsi səbəbiylə ilahi məqsədə" sahib olduğunu ifadə etdi. Beninq həmçinin, Dünyada özünü gizlətmək üçün Uendi Louson adını istifadə edən Mar-Vell rolunu canlandırır. Louson həmçinin Versin əvvəlki müdiri idi.
↑ 123Coggan, Devan. "Oh, Captain!". Entertainment Weekly. No. 1527. Meredith Corporation. September 14, 2018. 32–33 (inset). Gemma Chan/Minn-Erva: 'Before Carol joined the team, Minn-Erva was the star of Starforce,' Chan says of her elite Kree sniper. 'So she's slightly threatened by someone else who has come in and is also very talented.' Djimon Hounsou/Korath: Prior to meeting his end in Guardians, the Kree Pursuer was a decorated Starforce member. 'He's still a humorless machine,' Hounsou explains. 'But we get to experience him at his infancy.'