Karmina Burana (kantata)

Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr )alman bəstəkarı Karl Orf tərəfindən 19351936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir.

Carmina Burana
lat. Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis
"Carmina Burana" əsərinin Çərxi-fələk təsvirli afişası
"Carmina Burana" əsərinin Çərxi-fələk təsvirli afişası
Bəstəkar Karl Orf
Forma kantata
Premyera
Hissələr Fortuna Imperatrix Mundi
I – Primo vere
Uf dem Anger
II – In Taberna
III – Cour d'amours
Blanziflor et Helena
Fortuna Imperatrix Mundi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi.

Carmina Burana əlyazmasından Çərxi-fələk təsviri olan səhifə

Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir. Premyeranın böyük və parlaq uğurundan sonra Orff əsərin yayımlayıcısı olan Skott Müzikə yazırdı: "Mənim yazdığım və sənin yayımladığın hər şey, təəssüf ki, məhv olacaq. Carmina Burana ilə mənim toplanmış əsərlərim başlayır."[1]

Premyeradan sonra, əsər, Almaniyanın müxtəlif bölgələrində dəfələrlə səhnələşdirilmişdir. Nasist rejimi əvvəlcə əsərdəki bəzi şeirlərin erotik məzmunlu olmasına mənfi reaksiya vermiş,[2] lakin sonradan əsərin səhnələşdirilməsinə icazə vermişdir. Əsər həmin dövrdə Almaniyada bəstələnmiş ən məşhur musiqi əsəri olmuşdur.[3] Əsərin məşhurluğu İkinci Dünya Müharibəsindən sonra daha da artmış, 1960 – cı illərdən Carmina Burana dünya klassik musiqi irsinin məşhur nümunəsi kimi təqdim edilməyə başlanmışdır.

Aleks Ross yazırdı ki, "musiqi özü üzərinə heç bir günah götürmədən məşhurlaşmışdı. Onun hissələri yüzlərlə filmlərdə və televiziya əsərlərində istifadə olunmuş və insanlar tərəfindən sevilərək qəbul edilmişdir. Bu isə onun şeytani məzmun daşımadığını sübut edir."[4]

Sonrakı dövrdə Orff əsərin yayımlayıcısına yazdığı məktubda fikirlərini aydın şəkildə izah edərək qeyd edir ki, əsərin "O Fortuna" hissəsinin pop mədəniyətdə istifadəsi və əsərin klassik musiqi konsertlərində səsləndirilməsi, səsyazmalarını nəzərə aldıqda heç bir əsəri bu qədər məşhurlaşmamışdır. ABŞ – da Carmina Burana XX əsr musiqisinin ən məşhur əsərlərindən biri kimi tanınmışdır.

Helmut Jürgünsin 1959-cu il səhnə tərtibatı, Münhen.
2009-cu ildə Ulm səhnələşdirilməsi.
2009-cu ildə Ulm səhnələşdirilməsi.
2009-cu ildə Ulm səhnələşdirilməsi.

Carmina Burana ümumilikdə iyirmi beş kiçik hissədən ibarət beş böyük hissə şəklində düzənlənmişdir. Orff musiqi parçalarını bir – birinə bağlamaq üçün bütün səhnələrdə "attacca"dan istifadə etmişdir. Kompozisiyanın strukturunun əsasında Çərxi – Fələyin fırlanması ideyası dayanır.

Fortuna Imperatrix Mundi Fortune, Dünyanın hakimi
1. O Fortuna Latın O Fortune xor
2. Fortune plango vulnera Latın Fələyin açdığı yaralara görə ağlayıram xor
I – Primo vere Yazda
3. Veris leta facies Latın Baharın şən üzləri kiçik xor
4. Omnia sol temperat Latın Hər şey Günəşə səbir edir bariton
5. Ecce gratum Latın O zaman xoş gəldiniz xor
Uf dem Anger Çəmənlikdə
6. Tanz   Rəqs instrumental
7. Floret silva Latın/Orta əsr almancası Meşə gülləri xor
8. Chramer, gip die varwe mir Orta əsr almancası Tacir, mənə əlvan boyalar ver xor (kiçik və böyük)
9. a) Reie   dairəvi rəqs instrumental
9. b) Swaz hie gat umbe Orta əsr almancası Dairəvi rəqs oynayanlar xor
9. c) Chume, chum, geselle min Orta əsr almancası Gəl, gəl, mənim əziz yoldaşım kiçik xor
9. d) Swaz hie gat umbe (reprise) Orta əsr almancası Dairəvi rəqs oynamağa gedənlər xor
10. Were diu werlt alle min Orta əsr almancası Əgər bütün dünya mənim olsa xor
II – In Taberna Tavernada
11. Estuans interius Latın Coşğun daxil bariton
12. Olim lacus colueram Latın Bir dəfə göldə üzərkən tenor, xor (kişi)
13. Ego sum abbas Latın Mən Şlaraffenlanın abbatıyam bariton, xor (kişi)
14. In taberna quando sumus Latın Biz tavernada olarkən xor (kişi)
III – Cour d'amours Sevgi məhkəməsi
15. Amor volat undique Latın Sevgi hər yerə uçur soprano, kişi xoru
16. Dies, nox et omnia Latın/Provansal Gündüz, gecə və hərşey bariton
17. Stetit puella Latın Orada qız dayanmışdı soprano
18. Circa mea pectora Latın/Orta əsr almancası Sinəmdə bariton, xor
19. Si puer cum puellula Latın Əgər bir oğlan qızla 3 tenor, bariton, 2 bass
20. Veni, veni, venias Latın Gəl, gəl, gəl dua et iki xor
21. In trutina Latın Tərəzidə soprano
22. Tempus est iocundum Latın Zarafat vaxtı soprano, bariton, kişi xoru
23. Dulcissime Latın Şirin oğlan soprano
Blanziflor et Helena BlanşefluarYelena
24. Ave formosissima Latın Ən sevimliyə doğru xor
Fortuna Imperatrix Mundi Fortune, Dünyanın hakimi
25. O Fortuna (reprise) Latın O Fortune xor

Çərxi – Fələyin təsviri "Burana Codex"in birinci səhifəsində meydana çıxır və bu zaman onun ətrafında dörd ifadə yazılır:

"Regnabo, Regno, Regnavi, Sum sine regno" (Mən hökmdar olacam, Mən hökmdaram, Mən hökmdar idim, Mən krallıqsızam).

Səhnələrin hər birində və bəzən də yalnız hansısa parçada Çərxi – Fələk fırlanır, əyləncə və şadlıq aclığa, ümid isə kədərə çevirilir. "O Fortuna" Şmellerin dəstində ilk şeirdir, Orffun kontatasında isə halqanı tamamlayan, mövzunu açan və bağlayan hissədir.

Səhnələşdirmə

[redaktə | mənbəni redaktə et]

Orff yaratdığı, musiqi, hərəkət və nitqin ayrılmaz şəkildə birləşdiyi dramatik məzmunu "Theatrum Mundi" adlandırmışdır. Bebkuk yazır ki, "Orffun artistik formulu hər səhnədə musiqi ilə sərhədlənir və hərəkətlərlə bağlanır. Carmina Burananın müasir səhnələşdirmələrində Orffun xüsusi planlamasından başqa digər hissələr qısaldılmışdır." Hər halda Carmina Burana konsert zallarında rəqs, xareoqrafiya, vizual dizayn və digər səhnə elementləri ilə birlikdə bir kontata kimi təqdim olunur.

Orffun tərzi nitqi yönləndirmək arzusunu göstərir. Carmina Buranada qısa və ya genişlənməyən klassik duyğu və ploifoniya diqqət çəkici bir şəkildə birləşdirilmişdir. Carmina Buranada "The New York Times"dan Enn Pauers kimi[5] bir çox musiqi tənqidçilərinin də qeyd etdiyi kimi harmonik qarışıqlıqdan kənar durmağa çalışılmışdır.

Orff bu əsəri yazarkən son İntibah və erkən Barokko dövrünün sənətkarları Uilyam BördKlaudio Monteverdidən təsirlənmişdir.[6] Lakin bir zamanlar Orffun Carmina Burananın musiqisini nevmatik melodiyalardan təsirlənərək yazması haqqında yanlış fikir yayılmışdır; halbuki "Carmina Codex"in melodiyalarının əksəri nevma ilə daha da zənginləşdirilmiş olsa da, demək olar ki, onlardan heç biri Orfun Carmina Burana əsərini yazması zamanı deşifrə edilməmişdi və Orff əsərinin melodik modelini düzənləyərkən onlardan istifadə etməmişdir.[7][8]

Orffun yaradıcılığındakı parlaq orkestrasiya Stravinski yaradıcılığı ilə fərqi göstərir. Lakin Orffun musiqisi Stravinskinin erkən yaradıcılıq nümunələrindən olan Les noces (Toy) əsərini xatırladır. Orffun istifadə etdiyi ritm, musiqidə tez – tez istifadə edilən elementlərdən biri olmaqla Stravinskinin istifadə etdiyi ritmlə üst-üstə düşür.

Bütünlükdə, Orffun əsəri açıq şəkildə daha sadə və ritmik səslənir, ölçü bir epizoddan digərinə keçərkən dəyişir. Bölümlərdə ritmik tezlik tam şəkildə olduğu halda, ölçü qəfildən beşdən yeddiyə və ya dördə dəyişir. Bu ritmik sabitlik ölçü dəyişikliyi ilə kombinasiyada yaddaqalan hiss – daha çox tez – tez itirilərn qarışıq ritmik hissə təəssüratı yaradır.

Əsərdəki ariyaların bəziləri çox zil səs üçün yazıldığından ifaçılar üçün çətinlik yaradır: məsələn solo tenor ariya, "Olim lacus colueram" personajın xarakterini aydın ifadə etmək üçün (burada, yanan qu quşu) yalnız tam falset səslə ifa edilə bilər. Bariton ariyalarda isə yüksək notlara o qədər də tez – tez toxunulmur, "Dies nox et omnia" ariyasının bir hissəsi isə falset səslə də ifa oluna bilir və bu baxımdan repertuardakı yeganə nümunədi. Eyni zamanda solo soprano aria "Dulcissime" həddən artıq yüksək notları ilə diqqət çəkir. Orff bu ariyanı lirik soprano səs üçün yazmışdır.

İnstrumentasiya

[redaktə | mənbəni redaktə et]

Carmina Burana geniş orkestr, xor və solistlərin ifası üçün yazılmışdır:

1956 – cı ildə Orffun düzənləməsi Vilhelm Killmeyer tərəfindən qısaldılmış, qısaldılmış versiyada solistlərin ifası xorun, uşaq xoru, iki piano və altı percussion (timpani + 5) ilə sıxışdırılmış və bu qısaldılmaya Orff özü icazə vermişdi.

Nəfəs alətləri üçün ayarlanma ifaçıların və orkestrın işini yüngülləşdirmək istəyən Xuan Visente Mas Kuiles (d. 1921) tərəfindən həyata keçirilmişdir. Onun ayarlaması ilə əsər Yugen Korporonun rəhbərlik etdiyi Şimali Texas nəfəs alətləri orkestrının ifasında lentə alınmışdır. Bu ayarlamada orijinal xor, zərb alətləri və piano partiyaları saxlanmışdır.[9]

Con Krans tərəfindən konsert qrupunun ifası üçün hazırlanmış versiyada xorun ifası əsərdən çıxarılmışdır.

Seçilmiş səsyazmalar

[redaktə | mənbəni redaktə et]
  • Eugen Jochum, Deutsche Oper Berlin və Gundula Janowitz, Gerhard Stolze, və Dietrich Fischer-Dieskau ilə birgə 1967 – ci ildə Berlinin "Ufa-Studio"sunda əsəri lentə almış və 1968 – ci ildə əsər satışa çıxarılmışdır (Deutsche Grammophon). Bu səsyazma Karl Orffun özü tərəfindən bəyənilmiş, 1995 – ci ildə BBC Radio 3 tərəfindən incələnmişdir. [1]
  • Filarmoniya Orkestrı və Xoru ilə birgə Rikkardo Muti, Arlin Oucer, Con van Kesteren və Conatan Samers tərəfindən əsər 1979 – cu ildə lentə alınmış (EMI) və bu səsyazma BBC Radio 3 tərəfindən top üçlüyə daxil edilmişdir. [2]
  • Növbəti səsyazma Müqəddəs Luis Simfonik Orkestrı və xoru, Leonard Saltkinin ifası ilə həyata keçirilmiş, BBC Radio 3 – ün top üçlüyünə daxil edilmişdir. 1984 – cü ildə Ceyms Levinin rəhbərliyi Çikaqo Simfonik Orkestrı və xoru Cyun Anderson, Filipp Krek və Bern Ueykllə birgə növbəti səsyazma (Deutsche Grammophon) gerçəkləşdirilmişdir. Bu versiya 1987 – ci ildə Ən Yaxşı Xor İfası nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür.
  • Kristian Tayilmannın rəhbərliyi ilə Deutsche Oper Berlin və Knabenchor Berlin orkestrı və xorunun ifasında yazılmış növbəti versiya 2003 – cü ildə Deutsche Grammophon GmbH tərəfindən Hamburqda satışa çıxarılmışdır.
  • Çarlz Dutoitin rəhbərlik etdiyi Monreal Simfonik Orkestrı və Müqəddəs Lourens Xorunun ifasında əsər 1997 – ci ildə lentə alınmışdır.
  1. Orff, vol. IV, 66.
  2. Kater, 123.
  3. Taruskin, 764.
  4. "In Music, Though, There Were No Victories" Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine by Alex Ross, The New York Times (20 August 1995)
  5. "Not Medieval but Eternal; In Its Sixth Decade, Carmina Burana Still Echoes" Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine by Ann Powers, The New York Times (14 June 1999)
  6. Helm, Everett. "Carl Orff". Oxford: The Musical Quarterly, Vol. 41, No. 3. July 1955. səh. 292. (#apostrophe_markup)
  7. Liess, Andreas. Orff. Idee und Werk (German). Munich: Goldmann. 1980. 82–83. ISBN 3-442-33038-6. Orff waren also zur Zeit der Schöpfung der Carmina originale Melodien nicht bekannt. (At the time of writing the Carmina, Orff had no knowledge of the original melodies.)
  8. Bernt, Günter. Carmina Burana (German). Munich: dtv. 1979. səh. 862. ISBN 3-7608-0361-X. Die Carmina Burana Carl Orffs versuchen nicht, die überlieferten Melodien zu verwenden. (Carl Orff's Carmina Burana do not attempt to utilise the traditional melodies.)
  9. "Juan Vicente Mas Quiles – Carmina Burana Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine, published by Schott Music
  • Babcock, Jonathan. "Carl Orff's Carmina Burana: A Fresh Approach to the Work's Performance Practice". Choral Journal 45, no. 11 (May 2006): 26–40.
  • Fassone, Alberto: "Carl Orff", in: The New Grove Dictionary of Music and Musicians, London: Macmillan 2001.
  • Kater, Michael H.: "Carl Orff: Man of Legend". Composers of the Nazi Era: Eight Portraits. New York: Oxford University Press, 2000, 111–143. ISBN 0-19-509924-9
  • Orff, Carl. Carl Orff und sein Werk: Dokumentation. Tutzing: Schneider, 1975–1983. ISBN 3-7952-0154-3
  • Steinberg, Michael. "Carl Orff: Carmina Burana". Choral Masterworks: A Listener's Guide. Oxford: Oxford University Press, 2005, 230–242.
  • Taruskin, Richard: The Oxford History of Western Music. Vol. 4 "The Early Twentieth Century". Oxford: Oxford University Press, 2005, 754–765.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]