2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum.[2][3] Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır.[4][5][6]
Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb. İldırım sürəti) təxəllüsü ilə tanıyırdı. Bu təxəllüsü o, sürətli keçidlərinə görə almışdı. Ona sadiq olanlar yeni şəhəri guya onun şərəfinə Barsina adlandırmaq istədilər və o da buna qarşı çıxmadı. E.ə 218-201-ci illərdəki İkinci Pun müharibəsindən sonra Pireney yarımadasıRoma İmperiyasının əyalətlərindən birinə çevrildi. Onun ən inkişaf edən şəhərləri isə Tarraqona və Barselona idi. İberlər hakimiyyət dəyişikliyinə birmənalı yanaşmırdılar. Bəziləri karfagenləri zülmkar hesab etdikləri və Roma intizamını daha xeyirli hesab etdikləri üçün tez bir zamanda vəziyyətə uyğunlaşdılar. Digərləri isə başları üzərində hansısa hakimiyyəti arzu etmirdilər və dağlıq ərazilərdə 200 ilə yaxın müqavimət göstərdilər. V əsrdə xalqların böyük mühacirətindən və Qərbi Roma İmperiyasının dağılmasından sonra bu münbit ölkəyə müasir osetinlərin əcdadı olan vestqotlar və alanlar gəldilər. Vestqotlar öz krallıqlarını Qotalaniya adlandırdılar və "Kataloniya" sözü də buradan götürülüb. Nəzəri olaraq bütün İspaniyaKataloniya adlana bilərdi, lakin burda "dovşanlar ölkəsi" (və ya dovşanlar sahili) mənasını verən karfagen sözü "i-şpanim" üstünlük təşkil edirdi. Roma coğrafiyaşünası Strabon "Hispania" latın sözünə uyğunlaşdırıldığını xatırladıb.[7]
Vahid dövlət lap əvvəldən paritet prinsiplər əsasında qurulmamışdı. Burada söhbət faktiki olaraq iki eyni hüquqlu subyektlərin birləşməsindən deyil, AraqonunKastiliyanın tərkibinə daxil olmasından gedirdi. Araqon krallığı rəsmi olaraq 1714-cü ilə qədər mövcud olub. İspan mirası uğrunda müharibə nəticəsində XIV Lüdovikin nəvəsi V Flippİspaniya kralı olub. Bu günə qədər onun varisləri İspaniya taxt-tacına sahibdirlər. Araqonlular və katalanlar həmin müharibədə əsasən başqa namizədi Avstriyalı Karlı dəstəkləyirdilər və bəzi tarixçilərin fikrincə, buna görə ikinci sinif təbəqə sayılırdılar. 1869-cu ildə İspaniyadaliberal konstitusiya qəbul edildi və Kataloniya müstəqilliyinin tərəfdarları rəsmən özlərini elan etməyi bacardılar. Bu ideya bəzən aktual, bəzən ikinci plana keçsə də unudulmadı. Xüsusilə, general Franko rejimi bu əhval-ruhiyyəni daha da gücləndirdi. İspan vilayətlərinin sakinlərinin bəzilərinin gözündə Madrid təzyiq, Kataloniyanın ayrılması isə azadlıq kimi səciyyələndirilirdi. Lakin ispansolçuları da separatizmi qəbul etmirdilər. 6 oktyabr 1934 tarixində Kataloniya parlamenti müstəqilliyə səs verdi, İspaniyanınrespublikaçı hökuməti isə bunu xəyanət elan edərək həbslərlə cavab verdi. Buna baxmayaraq iki il sonra baş verən vətəndaş müharibəsindəkatalan milliyətçilər hərbi diktaturanın daha pis olduğunu düşünərək respublikaçıları dəstəklədilər. Onların lideri Luiz KompanisFrankoçular tərəfindən güllələnib. XX əsrin əvvəllərindən mövcud olan Kataloniya muxtariyyatı ləğv edildi, dildən rəsmi sahələrdə istifadə olunması qadağan edildi. İspaniya 1979-cu ildə demokratiyaya keçid etdikdən sonra muxtariyyat bərpa edildi, Kataloniya dili isə rəsmi status aldı. 2006-cı ildə mərkəzi hökumət əhəmiyyətli dərəcədə yerli idarəetmə hüquqlarını genişləndirdi, Kataloniyaya vilayətlərdən yığılan bütün yerli vergiləri və mərkəzi vergilərin yarısını idarə etmək hüququ verdi. Bununla yanaşı Kataloniya vətəndaşları və siyasətçiləri bunun yetərli olmadığını dedilər. 2014-cü ildə vilayətdə qeyri-rəsmi təşkil olunan referendumda 5,4 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak etdi. Səs verənlərin 80%-i müstəqilliyi dəstəklədi.[7][8]
Katalan hökuməti referendumun 1 oktyabr 2017 tarixində keçirilməsini planlaşdırıldığını elan etdi. Kataloniya Seçki Komissiyası referendumun keçirilməsinə nəzarət edirdi, ancaq 22 sentyabr 2017 tarixində ləğv edildi. Kampaniyanın 15 gün sürəcəyi açıqlanmışdı. 15 sentyabr 2017 tarixində saat 00:00-da başlayıb, 29 sentyabr 2017 tarixində saat 24:00-da isə bitəcəkdi.
Basklar ölkəsi: Regional parlament referenduma rəğbətini və dəstəyini göstərmiş və İspaniya hökumətinin mövqeyini tənqid etmişdir. Bask parlamenti, səsvermə və ya "demokratiyaya" qarşı törədilən tədbirləri pisləmişdir.[9] Sentyabr ayında Bilbao küçələrinə minlərlə insan katalan referandumunu, suverenliyini və 'demokratiyanı' dəstəkləyərək mitinq etmişdir.[10]
Navarra: Navarra parlamenti İspaniya hökumətinin Kataloniya referendumu de-fakto olaraq "ələ keçirməsini" pisləmişdir.[11]
Belçika: Belçikanın baş naziriŞarl Mişel İspaniya hökumətinin siyasi mükalimə çağırışını yenidən təsdiqləmişdir və 1 oktyabr tarixində Twitter-də referenduma mane olan şiddətə rəsmi bir reaksiya verdi: "Şiddət heç vaxt cavab ola bilməz! "KataloniyaReferendumu #İspaniya".[13]
Portuqaliya: Xarici işlər naziri Avqusto Santos Silva, 27 Sentyabrda Kataloniya referandumuna şərh verməkdən imtina etmişdir. Avqusto Santos Silva bu İspaniyanın daxili işi olduğunu söyləmişdir.[22]
Rusiya: Rusiyanın yuxarı palatasında Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev İspaniya hökumətini katalanlarla mükaliməyə çağırdı.[23]
Sloveniya: Milli Məclisin spikeri Milan Bırqlez "Katalanların öz müqəddəratını təyin etmək hüququna malik olduğunu" bildirmişdir.[25]
Böyük Britaniya: Xarici işlər katibi Boris Kanson, referendumun İspaniya üçün daxili bir mövzu olduğunu və "İspaniya yaxın bir müttəfiq və yaxşı bir dostu olduğu üçün, gücü və birliyi Böyük Britaniya üçün önəmlidir" demişdir.[26]
ABŞ: 13 aprel tarixində Madriddəki ABŞ səfirliyə görə, ABŞ hökuməti Kataloniyanın müstəqilliyini İspaniyanın daxili məsələsi kimi görür.[27]
Katalan hökuməti hesab edir ki, 770,000-dən çox potensial seçicini təmsil edən seçki məntəqələri (bütün qeydiyyatdan keçmiş seçicilərin 14,5%-i) polis tərəfindən basqınlar zamanı bağlanıb.[28][29][30][31] Katalan hökumətinin sözçüsü Jordi Turull, "İspan polisinin təzyiqi" nəticəsində iştirakçıların sayı kəskin şəkildə enmişdir.[32] Ekspertlərin hesablamalarına görə İspaniya polisinin təzyiqi olmasaydı, iştirakçı sayı indikindən 55% daha çox olardı.[33] Prezident Karles Puçdemon özü belə, San-Julia-de-Ramisin yerinə, Kornella-del-Terridə səs vermişdir.[34]
↑Johnson, Boris. "twitter.com". @BorisJohnson (ingilis). 1 October 2017. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01. The Catalonian referendum is a matter for the Spanish govt & people. Imp that Spanish constitution respected & the rule of law upheld. (1/2)
↑Hilari Klark, İsa Soarez və Vasko Kotovio. "Catalonia referendum plunges Spain into political crisis". CNN. 2 oktyabr 2017. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017. Turnout was about 42% of the 5.3 million eligible voters... Turull said more people would have voted had it not been for Spanish police suppression. Up to 770,000 votes were lost as a result of the crackdowns at police stations, the Catalan government estimated.
↑Gerard Pruina. "El 'sí' a la independència s'imposa amb 2.020.144 vots, el 90%". Ara.Cat. 2 oktyabr 2017. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017. Els encarregats de donar els resultats des del Centre Internacional de Premsa, el vicepresident, Oriol Junqueras; el conseller de la Presidència, Jordi Turull, i el conseller d'Exteriors, Raül Romeva, han remarcat contínuament que, tot i que els 2.248.000 vots no suposen 'per se' el 50% del cens, els càlculs dels experts apunten que sense pressió policial i tancament de col·legis s'hauria pogut arribar al 55% de participació.