Katolikos X İohannes və ya Hovannes[1] — Albanların LXXXIV katolikosu.
Katolikos IV Qriqorisin qardaşı oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.[2] 1633-cü ildə Kaxetiya çarı I Teymuraz və onun qaynı Davud xan Ubiladze ilə birləşib Səfəvi hakimiyyətinə qarşı üsyana qərar versə də Teymurazın Qarabağı işğal etməsindən sonra ona dəstək verməkdən əl çəkdi. 1634-cü ildə Səfəvilər tərəfindən həbs edilib edam edildi.
SƏLƏF Katolikos Melkiset |
X İohannes 1633-1634 |
XƏLƏF Katolikos V Qriqoris |