Pand və ya Pant (erm. Պանտ) - Mxitar Qoşun katolikoslar siyahısında adı 6-cı yerdə çəkilən katolikos.[1] Kirakos Qandzaketsiyə görə 7 il hakimiyyətdə olmuşdur.[2] Tədqiqatçı Mürtəzalı Hacıyev Fransa Milli Kitabxanasında yerləşən bir möhürün ona aid olduğunu təyin etmişdir.[3] Paleoqrafik hesablamalara görə möhürün 6-cı əsrə aid olması, Mürtəzalı Hacıyevin fikrincə Pandın 6-cı əsrdə yaşadığını deməyə əsas verir. Hacıyev həmçinin bu möhürün Katolikos II Zəkəriyyəyə də aid ola biləcəyini güman edir.
Katolikos Pand | |
---|---|
Kilsə | Alban Həvari Kilsəsi |
Sələf | Katolikos I Moisey |
Xələf | Katolikos Lazar |
SƏLƏF Katolikos I Moisey |
Pand VI əsr |
XƏLƏF Katolikos Lazar |