Katolikos XI İohannes

Katolikos XI İohannes (bilinmir[1]1787[1], Şuşa[1]) — Albanların LXXXXI yaxud LXXXXII katolikosu.

Katolikos XI İohannes
Doğum tarixi bilinmir[1]
Vəfat tarixi 1787[1]
Vəfat yeri

Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir.[2] Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu.

  1. 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Gəncəsər monastırı rəsmi saytı, Artsax yepiskopluğu məqaləsi". 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.