Katolikos II Zəkəriyyə — Albaniyanın XV katolikosu. Onun dövründə Sünik (Zəngəzur) kilsəsi erməni kilsəsinə tabe olmaqdan qurtulub və Alban kilsəsinə birləşdirilmişdir. Moisey Kalankatlı II Zəkəriyyə haqqında yazır: "Bu müqəddəs insan on yeddi il kürsüdə oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes adlı keşişi Sünikin yepiskopu təyin etdi"
Katolikos II Zəkəriyyə |
---|
Mxitar Qoş isə onu "müqəddəs və nöqsansız ər" kimi təqdim edir.
SƏLƏF Katolikos Viro |
II Zəkəriyyə 628/30-645/647 |
XƏLƏF Katolikos II İohann |