Katolikos Esaya

Katolikos Esaya yaxud Yesai, Yesaya (bilinmir[1]1728[1]) — Albanların LXXXIX katolikosu, tarixçi.

Yesai Həsən-Cəlalyan
Doğum tarixi bilinmir[1]
Vəfat tarixi 1728[1]
Dəfn yeri
Fəaliyyəti xristian din xadimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xaçın məliyi III Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.[2] Onun dövründə Şah Sultan Hüseyn Səfəvi tərəfindən rəsmən Qarabağ yepiskopluğu, Gəncə yepiskopluğu, Qaşqatağ yepiskopluğu, Zərzibil yepiskopluğuŞamaxı yepiskopluğu Alban Həvari Kilsəsinin təsir dairəsi kimi tanındı. Esayanın dövründə həm də Alban kilsəsi Erməni Qriqoryan Kilsəsinin üstünlüyü rəsmən tanıdı. Katolikosluğunun 4-cü ilində Katolikos V Nerses öz yurisdiksiyasını elan etdi. Erməni patriarxı Katolikos I Aleksandr Cuğayetsi Esayanı müdafiə etməyə davam etdi. 1711-ci ildə İsrail Ori ilə Həştərxana gedən Esaya tezliklə geri qayıtmalı oldu. Esayanın diplomatik missiyaları 1723-cü ildə I Pyotrun Xəzəryanı bölgələri işğal etməsi ilə nəticələndi. 1719 və 1721-ci ildə Katolikos I Astvasaturu ziyarətə getmişdi.[3]

Gəncəsər məclisi

[redaktə | mənbəni redaktə et]

1711-ci ildə Gəncəsərdə keçirilən gizli məclisdə bir sıra qərarlar qəbul olunmuşdu. Katolikoslar və yepiskoplar bundan sonra xalq tərəfindən seçiləcək, bütün məliklər Xaçın məlikliyinin üstünlüyünü qəbul edəcək, qeyri-qanuni məşuqə saxlayan bütün məliklər sürgün ediləcəkdi.

Katolikos Esayanın 900 çox kəndi, bu kəndlərdə 400dən çox ev var idi. [4]

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

1729-cu ildə vəfat etmişdi. Yerinə Katolikos V Nerses gəldi. Katolikos Esayanın "Alban ölkəsinin qısa tarixi" kitabı Bakıda dəfələrlə çap olunmuşdur.

  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Gəncəsər monastırı rəsmi saytı, Artsax yepiskopluğu məqaləsi". 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
  3. Эзов Г. А. Сношения Пета Великого с амянским нао- дом, СПб, 1898, səh 386.
  4. Эзов Г. А. Сношения Пета Великого с амянским нао- дом, СПб, 1898, səh. 322