Kiçik Hüseyn Paşa

Kiçik Hüseyn Paşa (1757, Gürcüstan7 dekabr 1803, İstanbul) — I ƏbdülhəmidIII Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Kiçik Hüseyn Paşa
حسين باشا الصغير
10 mart 1792 – 8 dekabr 1803
ƏvvəlkiKritli Hüseyn Paşa
SonrakıMehmed Qədri Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Mihrişah Validə Sultan türbəsi
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Əsma Sultan
Dini islam
Hərbi xidmət
Qoşun növü Osmanlı Donanması
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən çərkəz olub, 1757-ci ildə dünaya gəlmişdir. Silahdar İbrahim Paşanın köləsi ikən 1767-ci ildə Şahzadə Mehmedin doğulması münasibətilə Sultan Mustafaya hədiyyə edildi. Ancaq şahzadənin 5 yaşında vəfat etməsiylə, sultanın digər oğlu Şahzadə Səlimin xidmətinə alındı. Uzun illər onun xidmətində qalan Hüseyn, şahzadənin taxta çıxmasıyla sürətlə yüksəldi. 1789-cu ilin oktyabrında baş çuxadar, 10 mart 1792-ci ildə isə kaptan-ı dərya oldu. Həmin il Sultan Əbdülhəmidin qızlarından Əsma Sultanla evləndirildi ancaq bu nigahdan paşanın övladı olmadı.

1797-ci ilin dekabrında Vidin sərdarı olaraq donanmayla səfərə yollandı. Səfərdən döndükdən sonra 8 dekabr 1803-cü ildə anidən vəfat etdi. Cənazəsi Əyyubsultandakı Mihrişah Validə Sultan türbəsinin həyətinə dəfn edildi.

  • Songül Çolak, "Patrona Halil Ayaklanmasını Hazırlayan Şartlar ve İsyanın Payitahttaki Etkileri", Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, XII, 525–529;
  • 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943