Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir.[1]
Ömər Hulusi Əfəndi | |
---|---|
Əvvəlki | Mustafa Aşir Əfəndi |
Sonrakı | Salehzadə Əhməd Əsad Əfəndi |
13 iyul 1807 – 14 iyul 1807 | |
Əvvəlki | Şərifzadə Ataullah Mehmed Əfəndi |
Sonrakı | Şərifzadə Ataullah Mehmed Əfəndi |
22 sentyabr 1810 – 12 iyun 1812 | |
Əvvəlki | Dürrizadə Abdullah Əfəndi |
Sonrakı | Dürrizadə Abdullah Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Samanizadə Həsən Əfəndi |
1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi. Ardından 1797-ci ilin dekabrında Rumeli başqazısı oldu.
Xidmət müddətini tamamladıqdan sonra bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Daha sonra 11 iyul 1800-cü ildə şeyxülislamlığa gətirildi. Bu vəzifədə ikən olduqca ədalətli təyinatlar etsə də, sərt xasiyyəti səbəbilə üləma zümrəsi arasında çox sevilmədi və bu səbəblə 21 may 1803-cü ildə vəzifədən alındı. Vəzifədən uzaqlaşdıqdan sonra Bəylərbəyi sahilindəki köşkünə çəkilən Ömər Hulusi Əfəndi 13 iyul 1807-ci ildə ikinci dəfə bu vəzifəyə gətirildi. Buna baxmayaraq bir gün sonra bilinməyən bir səbəblə istefa verərək yenidən köşkünə çəkildi.
Dövrün siyasi vəziyyətini gözlər önünə sərən bu hadisənin əsas səbəbkarı isə müdərrislərdən Seyyid Əfəndi oldu. Belə ki, xanımının validə sultana yaxınlığından istifadə edərək olduğu məclislərdə üləma zümrəsindən bir çox adamlar haqqında yerli-yersiz danışan Seyyid Əfəndi Qabaqçı Mustafa Paşanın da olduğu bu məclislərin birində şeyxülislam Şərifzadə Ataullah Əfəndi haqqında da danışmış, mərhum padşah Sultan Səlimin taxtdan devrilməsində şeyxülislamın istəksiz olduğunu bildirmişdir. Nəticədə, sədrəzəmin səfər səbəbilə İstanbulda olmadığı bir ərəfədə şeyxülislamlıq kimi bir vəzifədə orduya daha yaxın birinin olmasını təklif etdi. Bunun ardından Qabaqçı Mustafa Paşa məsələni ələ alaraq validə sultana bildirmiş, beləcə Şərifzadə Ataullah Əfəndi vəzifədən alınmışdı.
Belə bir şəraitdə vəzifəyə gətirilən Ömər Hulusi Əfəndi daha öncəki vəzifə müddətində də üləma tərəfindən dəstəklənməmişdi. Bu səbəblə, sabiq şeyxülislamın tərəfdarı olan alim, müdərris və üləmalar toplanaraq padşahın hüzuruna çıxmış, bu vəzifə dəyişikliyinin fitnəyə yol açacağını bildirərək Şərifzadə Ataullah Əfəndinin yenidən vəzifəyə gətirilməsini, Ömər Hulusi Əfəndinin zorla istehfaya göndərilməsini təmin etdilər. İstanbulda iqamət etmədiyi üçün kürəkəni Məkkəyizadə Asım Əfəndinin köşkündə qalan və burada təbrikləri qəbul edən Ömər Hulusi Əfəndiyə baş verənlər müdərris Halət Əfəndi tərəfindən bildirildi. Hadisələrin səbəbkarı olaraq görülən Seyyid Əfəndi isə Tarsusa sürgün edildi.[2]
Ömər Hulusi Əfəndi Sultan Mahmudun cülusundan sonra 22 sentyabr 1810-cu ildə üçüncü dəfə şeyxülislamlığa gətirildi. Ancaq olduqca yaşlı olması və tez əsəbləşərək sərt qərarlar alması səbəbilə yaranan narazılıqların ardından öz istəyilə 12 iyun 1812-ci ildə vəzifədən ayrıldı. Həmin ilin oktyabr ayında İstanbulda vəfat etdi.[3]