Seyid Yəhya Tofiq Əfəndi

Seyid Yəhya Tofiq Əfəndi (1716, İstanbul27 mart 1791, İstanbul, Osmanlı imperiyası) — Osmanlı şeyxülislamışairi.[1]

Seyid Yəhya Tofiq Əfəndi
13 mart 1791 – 27 mart 1791
ƏvvəlkiHəmidizadə Mustafa Əfəndi
SonrakıMəkkəyi Mehmed Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1716
Doğum yeri
Vəfat tarixi 27 mart 1791(1791-03-27)
Vəfat yeri
Fəaliyyəti Şeyxülislam

1716-cı ildə İstanbulda dünyaya gəldi. Atası müdərris Əyyub Əfəndidir. İlk təhsilini atasından və onun ətrafındakı müəllim heyyətindən aldıqdan sonra 1736-cı ildə müdərris oldu və 1767-ci ilədək müxtəlif mədrəsələrdə çalışdı. 1767-ci ildə qazı təyin edildi və öncə Saloniki, ardından Şam (1773) və Məkkədə (1778) xidmət etdi. 7 yanvar 1788-ci ildə Rumeli qazəsgərliyinə təyin edilsə də, bu vəzifədə 3 ay qala bildi. Ertəsi il III Səlimin cülusundan bir müddət sonra ikinci dəfə Rumeli qazəsgərliyinə təyin olundu (16 aprel 1789). Dövrün şeyxülislamı Həmidizadə Əfəndinin onu özünə rəqib görməsi səbəbilə 18 oktyabr 1789-cu ildə vəzifədən alındı. 15 mart 1790-cı ildə naqibüləşraflığa yüksəldi.

Ancaq şeyxülislam Həmidizadə Əfəndinin üləma zümrəsi üzərində apardığı islahatları kəskin etirazla qarşılandı və III Səlim onu vəzifədən uzaqlaşdırmağa məcbur oldu. Nəticədə Seyid Tofiq Əfəndi 13 mart 1791-ci ildə şeyxülislam təyin edildi. Ancaq bu vəzifədə cəmi 13 gün qaldı və 27 mart 1791-ci ildə vəfat etdi. Cənazəsi Fatehdə inşa etdirdiyi Kiçik Qaraman mədrəsəsinin həyətinə dəfn olundu.[2][3]

Məşhur Osmanlı alimi və tarixçisi Uşşakizadə İbrahim Əfəndinin kürəkəni olan Tofiq Əfəndi türkcə, ərəbcə, farsca şeirlər yazmışdır.

  • Cevdet, Târih, V, 111-112.
  • İlmiyye Salnâmesi, s. 563-564.
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 510-511.
  • Danişmend, Kronoloji2, V, 148.
  • İsmail E. Erünsal, Osmanlı Vakıf Kütüphaneleri: Tarihî Gelişimi ve Organizasyonu, Ankara 2008, s. 284.
  1. Devhatü’l-meşâyih, s. 115-116.
  2. Taylesanizâde Hâfız Abdullah Efendi Tarihi: İstanbul’un Uzun Dört Yılı: 1785-1789 (haz. Feridun M. Emecen), İstanbul 2003, s. 83, 162, 165, 183, 194, 251, 256, 277, 290, 296, 336-337, 359, 366, 368, 390, 421.
  3. Mübahat S. Kütükoğlu, XX. Asra Erişen İstanbul Medreseleri, Ankara 2000, s. 52, 229-230.