Qoca Yusif Paşa

Qoca Yusif Paşa (1730, Gürcüstan1800, Ciddə, Məkkə bölgəsi[d]) — I ƏbdülhəmidIII Səlimin səltənətində 2 dəfə - ümumlikdə 4 il 6 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4] Böyük oğlu Mir Mahmud Əfəndidən olan nəvəsi Əhməd Muxtar Bəyəfəndi isə Sultan ƏbdüləzizII Əbdülhəmid dönəmlərində şeyxülislam olmuşdur.

Qoca Yusif Paşa
osman. خوجه يوسف پاشا
24 yanvar 1786 – 7 iyun 1789
ƏvvəlkiŞahin Əli Paşa
SonrakıKəndxuda Həsən Paşa
27 fevral 1791 – 3 may 1792
ƏvvəlkiÇələbizadə Həsən Paşa
SonrakıMələk Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşaqları Mir Mahmud Əfəndi
Mehmed Nazif Əfəndi
Dini Sünni, İslam
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təxminən 1730-cu ildə dünyaya gəlmişdir. 1748-ci ildə liman rəisi kaptan Həsən ağa tərəfindən satın alınaraq yetişdirilmiş gürcü əsilli bir kölədir. Uzun illər xidmət etdikdən sonra azad edilsə də, ölümünədək ağasının yanında qalmışdır. Ardından qış aylarında fərqli işlərdə çalışaraq pul qazanmış, yay aylarında isə gəmi ticarətiylə məşğul olaraq sərvət toplamağa başlamışdır. Bu məqsədlə dəfələrlə Misirə səyahət etmişdir. Gələcəkdə hamisi olan və onun üçün dövlət xidmətinə yol açan gürcü əsilli Qazi Həsən bəylə də bu səyahətlərin birində tanış olmuşdur. Həsən bəyin paşa ünvanı alaraq kaptan-ı dərya olmasının ardından (noyabr 1770) Yusif ağa da onunla birlikdə yüksəlməyə başladı. Öncə paşanın xəzinədarı, daha sonra qapı kəndxudası kimi xidmət etməyə başladı.

I Əbdülhəmid dönəminin ən güclü simasına çevrilən Qazi Həsən Paşa, Şahzadə Səlimi taxta çıxarmaq istəyən Xəlil Həmid Paşanın edamında (27 aprel 1785) və gənc şahzadənin digər tərəfdarlarının aradan qaldırılmasında mühüm rol oynamışdır. Sədarət rütbəsinə çıxmaqdansa, öz adamlarını bu vəzifəyə gətirərək pərdə arxasında dövləti idarə etməyi üstün tutan Qazi Həsən Paşa, yaxın adamlarından Yusif ağanı heç bir dövlət təcrübəsi olmadan sədrəzəm Şahin Əli Paşanın yerinə gətirtmək istəsə də, buna nail ola bilmədi. Buna baxmayaraq Yusif ağa 16 avqust 1785-ci ildə vəzir ünvanıyla Moreya hakimliyinə təyin olundu. Təyinat xəbərini aldıqdan dərhal sonra Həsən Paşanın qəbuluna gələrək əlini öpdüyü rəvayət edilir. Ardından 12 sentyabrda Yusif Paşa möhtəşəm bir alayla xidməti bölgəsinə yola düşdü. Yerinə durmadan başqa dövlət adamlarını təyin etdirməyə çalışan Həsən Paşa ilə münasibətləri pisləşən sədrəzəm Şahin Əli Paşa dəstəkçilərini ətrafına toplamağa çalışsa da, bu səyləri heç bir nəticə vermədi.

İlk sədarəti

[redaktə | mənbəni redaktə et]

Nəhayət 5 ay sonra Sultan Əbdülhəmidin Qazi Həsən Paşanın evinə etdiyi gizli ziyarətin ertəsi günü – 24 yanvar 1786-cı ildə Şahin Əli Paşa vəzifədən alındı və yerinə gözlənildiyi kimi Yusif Paşa gətirildi. 24 fevralda İstanbula gələn Yusif Paşa saray münəccimi tərəfindən uğurlu olaraq seçilən cümə axşamı günü möhrü təslim aldı. Ancaq bu təyinat sarayda xoş qarşılanmadı. Sarayın baş həkimi Hafiz Xeyrullah Əfəndi və şeyxülislam Dürrizadə Mehmed Arif Əfəndinin 10 fevralda vəzifədən alınmaları, birinin sürgünə, digərinin isə ev həbsinə məhkum edilmələri məhz bu təyinata müxalif olduqlarını göstərir.

Yeni sədrəzəmin ilk işi 1 martda atası kimi sevdiyi Qazi Həsən Paşanı ziyarət etmək oldu. Ardından İstanbulda artan yanğın hadisələrinə qarşı tədbir görməyə başlayan Yusif Paşa yeniçərisekban ağasını dəyişdirdi. Daha sonra oğulları Mir Mahmud Əfəndi və Mehmed Nazif Əfəndini fərqli mədrəsələrdə müdərris olaraq təyin etdi. Üstəlik bunlardan Mir Mahmud Əfəndinin Sultan Əbdülhəmidin nəvəsi Atiyətullah xanımla (Dürrüşəhvar Sultanın qızı) evləndirilməsi Yusif Paşanın mövqeyini daha da gücləndirdi. Qazi Həsən Paşanı donanma ilə birlikdə Misirdəki üsyanı yatırmaq üzrə göndərməsiylə sədarəti təkbaşına idarə etməyə başlayan Yusif Paşa 8 may 1786-cı ildə Qalata yaxınlığındakı bir yanğını təftiş etdiyi əsnada binadan yıxıldı. Qəza əsnasında paşanın qolu sındı və dişi qırıldı.

Rusların Krım yarımadasını ilhaq etməsi və bunu 8 yanvar 1783-cü ildə hazırlanan bir sənədlə rəsmi şəkildə elan etməsinin ardından müharibə vəziyyətinə hazırlıq görülməsi məcburi hal aldı. Üstəlik yarımadanın idarəsiylə birlikdə bölgədə yaşayan müsəlmanların da rus işğalı altına düşməsi əhali arasında sədrəzəmə və sultana qarşı narazılığın artmasına səbəb olmuşdu. Digər tərəfdən sülh tərəfdarı olan Sultan Əbdülhəmidin müharibə qərarından çəkinməsi bu etirazların artmasına, hətta taxtın əl dəyişməsi söhbətlərinə yol açdı.

Nəticədə Krım məsələsində vasitəçi olmaqdan imtina edən rus səfiri Bulqakov Yeddiqüllə zindanlarına salındı və ertəsi ilin yazında yola çıxmaq şərtiylə Rusiyaya müharibə elan olundu (16 avqust 1787). 9 fevral günü Osmanlı ordusunun yola düşməsiylə Avstriya səfiri müharibədə ruslarla birgə döyüşəcəklərini elan etdilər və Osmanlı ordusu 2 cəbhədə döyüşməyə məcbur qaldı. 6 aylıq hazırlıq dönəminin ardından Avstriyalıların ani olaraq tərəf dəyişməsi və bunun öncədən düşünülməməsi Yusif Paşanın plansız hərəkət etməsiylə əlaqələndirildi. Bununla birlikdə Misirdəki üsyanı yatırıb zəfərlə dönən Qazi Həsən Paşa da onu bu səhvi səbəbilə sərt tənqid etdi. Keçmiş hamisinin bu sərt tənqidinə cavab olaraq Yusif Paşa keçmiş hamisinin mal varlığını Sultan Əbdülhəmidə hədəf göstərərək xəzinədəki nağd çatışmazlığının həlli kimi, Həsən Paşadan bir gecədə 12 min kisəyə yaxın qızılın alınmasına nail oldu.

Sultan Əbdülhəmid 22 fevral günü yola çıxan Yusif Paşaya, daha öncə yalnız Körpülülərə verilmiş, çox geniş səlahiyyətlər vermişdi. Yusif Paşa isə gözləntiləri qarşılamaq üçün ilk növbədə zəif hesab edilən Avstriya cəbhəsinə yönəldi. Quruda sədrəzəmin, dənizlərdə isə onun keçmiş hamisi Qazi Həsən Paşanın uğursuz hərbi əməliyyatları, üstəlik nəticədə Özi qalasının itirilməsi (17 dekabr) və qaladakı müsəlman əhalinin qılıncdan keçirilməsi bu ikilini gözdən saldı. Bu faciədə adı hallanan Yusif Paşa paytaxta yazdığı məktubda bütün bunların təqsirkarı kimi keçmiş hamisini günahlandırdı.

Sultan Əbdülhəmidin vəfatı və III Səlimin taxta çıxmasının (7 aprel 1789) ardından sədarətdə saxlanılan Yusif Paşa işğal edilən Boğdan bölgəsindəki birliklərin toplanmasıyla, Sultan Səlimin keçmiş düşmənlərindən olan hamisi Qazi Həsən Paşa isə rus cəbhəsində döyüşməklə vəzifələndirildi. Ancaq 1 may 1789-cu ildə baş verən ağır məğlubiyyətin ardından Yusif Paşa sədarətdə çox qala bilmədi və 7 iyunda vəzifədən alındı. Əvəzinə Avstriya cəbhəsində hərbi uğrular qazanan Kəndxuda Həsən Paşa sədarətə gətirildi. Yusif Paşanın rütbəsi isə Vidin sərdarlığına endirildi.

İkinci sədarəti

[redaktə | mənbəni redaktə et]

Ancaq ordu daxilində və sədarətdə edilən dəyişikliklər cəbhədəki məğlubiyyətlərin qarşısını ala bilmədi. Son çarə olaraq Sultan Səlim keçmiş düşməni olan Qazi Həsən Paşanı belə sədarətə gətirməkdən çəkinmədi (3 dekabr 1789). Başda yeni sədrəzəm olmaqla, digər ordu mənsubları dərhal sülhün təmin edilməsini təklif etdilər. Ancaq 31 yanvar 1790-cı ildə Prussiya ilə bağlanan ittifaqa arxalanan Sultan Səlimin, xüsusilə Rusiya cəbhəsində qələbə qazanmaq ümidi var idi. Qazi Həsən Paşanın ani ölümü (30 mart 1790) və xələfi Çələbizadə Həsən Paşanın edamının (11 fevral 1791) ardından sədarət ikinci dəfə Yusif Paşaya təslim edildi və öz başlatdığı müharibəni özünün sonlandırması tapşırıldı.

Qazi Həsən Paşa sədarəti əsnasında Yusif Paşanı kaptan-ı dəryalığa təyin etmək istəsə də, şeyxülislam Həmidizadə Mustafa Əfəndi bu qərara qarşı çıxmışdı. Çələbizadə Həsən Paşanın sədarətində isə vəzifəsi Bosniya hakimliyinə endirilmişdi. Yusif Paşanın ikinci dəfə sədarətə gətirilməsi Osmanlı ordusunun müttəfiqi Prussiya tərəfindən dəstəklənirdi. 27 fevralda möhürü təslim alan Yusif Paşa Şumnudakı ordugaha gələrək xidmətə başladı.

Ordunun daxilindəki vəziyyət yeni sədrəzəmə, nəinki Krım yarımadasını geri almağa, hətta ordunun itkisiz şəkildə geri çəkilməsinə belə imkan vermirdi. Üstəlik müttəfiq Prussiya ruslarla döyüşməkdən imtina etdiyini açıqlamışdı. 6 avqustda baş tutan ağır məğlubiyyətdən 2 gün sonra Kalas yaxınlığında ikitərəfli sülh müzakirələri başladı. Orduda isə öncə sədarət kəndxudası Mustafa Rəşid Əfəndinin, daha sonra isə sədrəzəmin çadırında keçirilən gizli məclisin nəticəsi olaraq ordu mənsubları dərhal müharibənin başa çatdırılmasına qərar verdilər. Ancaq ordunun bu qərarını paytaxtdakı sultana kimin bildirəcəyi problem oldu. Bu səbəblə ordu mənsublarının imzaladığı ortaq bir sənəd hazırlandı və paytaxta göndərildi.

Beləcə, Yusif Paşa başlatdığı müharibəni böyük itkilərlə bitirmiş şəkildə paytaxta geri döndü. Paytaxta geri dönərkən artıq vəzifədən alınacağı barədə şaiyələr gəzməkdə idi. Paytaxta döndükdən sonra vaxtilə ordugahda hazırlanan ortaq sənədə imza atan bütün ordu mənsubları vəzifədən alındı. Yusif Paşa da bu silsilədən geri qalmadı və 3 may 1792-ci ildə sədarətdən alındı. Qısa müddət həbsdə tutulduqdan sonra Trabzon hakimliyinə təyin edildi və 21 may günü paytaxtdan ayrıldı. Çox keçmədən xələfi Mələk Mehmed Paşanın yardımı və öz xahişiylə Məkkə hakimliyinə təyin edildi (3 yanvar 1793). Ancaq bölgədə davam edən vəhhabi üsyanları və bu üsyanları yatırmaq üçün mərkəzdən yetərli dəstəyi ala bilməməsi Yusif Paşanın narazılığına səbəb oldu. Paytaxta yazdığı məktublarda başqa bir bölgəyə təyin edilməsini tələb etmiş, əks təqdirdə vəzifəsini atıb bölgədən qaçacağını bildirmişdir. Ancaq ani ölümü onu bu sıxıntılardan xilas etdi (iyun 1800).

  • Üstüner A. Yusuf Paşa`nın sefer-nâmesi (transkripsiyon-değerlendirme). Yüksek lisans tezi. Konya: Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2005. səh. IX+271.
  • Bayrak E. N. 18. yüzyıl devlet adamlarından Sadrazam Koca Yusuf Paşa'nın hayatı ve hayratı. Eskişehir: Eskişehir Osmangazi Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2022. səh. XI+116.
  • J. Lafitte-Clavé, Journal d’un officier français à Constantinople en 1784-1788, Archives du Ministère de la Guerre, Paris, Dépôt du Génie, Art. 14, nr. 118 (burada arşivde mahfuz yazma Journal’in D. Anayatis-Pelé tarafından hazırlanan daktiloya çekilmiş ve sayfa numarası verilmiş metni kullanılmaktadır), s. 74, 82, 152-153, 157-158, 165.
  • R. M. Keith, Memoirs and Correspondence (ed. G. Smyth), London 1849, II, 374, 381-382, 387, 390.
  • Mehmed Emin Edîb Efendi’nin Hayatı ve Târîhi (haz. Ali Osman Çınar, doktora tezi, 1999), MÜ Sosyal Bilimler Enstitüsü, s. 242-247.
  • W. Eton, 19. Yüzyılın Başında Osmanlı İmparatorluğu (trc. İbrahim Kapaklıkaya), İstanbul 2009, s. 59-60.
  • Vâsıf, Târih (İlgürel), s. 79 vd., 283, 314-315.
  • Zinkeisen, Geschichte, VI, 658, 814.
  • Mustafa Nûri Paşa, Netâyicü’l-vukūât (nşr. Mehmed Gālib Bey), İstanbul 1327, IV, 17.
  • a.mlf., “Cezayirli Hasan Paşa’ya Dair”, TM, VII-VIII (1942), s. 17-40.
  • a.mlf., “Tarihte Vesikacılığın Ehemmiyetine Küçük Bir Misal”, TTK Belleten, II/7-8 (1938), s. 373-378.
  • a.mlf., “Üçüncü Sultan Selim Zamanında Yazılmış Dış Ruznâmesinden 1206/1791 ve 1207/1792 Senelerine Ait Vekayi”, a.e., XXXVII/148 (1973), s. 607-662.
  • a.mlf., “Sultan III. Selim ve Koca Yusuf Paşa”, a.e., XXXIX/154 (1975), s. 233-256.
  • Kemal Beydilli, 1790 Osmanlı-Prusya İttifâkı: Meydana Gelişi-Tahlili-Tatbiki, İstanbul 1984, tür.yer.
  • a.mlf., “Sekbanbaşı Risalesi’nin Müellifi Hakkında”, Türk Kültürü İncelemeleri Dergisi, sy. 12, İstanbul 2005, s. 221-224.
  • Fikret Sarıcaoğlu, Kendi Kaleminden Bir Padişah Portresi: Sultan I. Abdülhamid (1774-1789), İstanbul 2001, tür.yer.
  • Salim Aydüz, “Osmanlı Devletinde Müneccimbaşılık Müessesesi”, TTK Belleten, LXX/257 (2006), s. 235.
  1. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, tür.yer.
  2. Hadîkatü’l-vüzerâ, III, 38-40.
  3. Cevdet, Târih, IV, 48-49, 363-364; V, 10-11, 63, 102-106, 133, 161-165, 194, 245-246, 261, 270; VII, 83-84.
  4. Taylesanizâde Hâfız Abdullah Efendi Tarihi: İstanbul’un Uzun Dört Yılı: 1785-1789 (haz. Feridun M. Emecen), İstanbul 2003, tür.yer.