Kliment Voroşilov (tank seriyası)

Kliment Voroşilov (KV) — Sovet İttifaqı tərəfindən istehsal edilmiş və İkinci Dünya Müharibəsi zamanı Qırmızı Ordu tərəfindən istifadə edilən ağır sinif tank seriyasına verilən ümumi addır. Sovet müdafiə naziri və siyasətçi Kliment Voroşilovun adını daşıyır. Faşist Almaniyasının ordusu olan Vermaxtın SSRİ-yə hücumu zamanı bu tank, alman zirehli texnikası ilə rəqabət apara biləcək Sovet tanklarından biri idi. Tankın hərəkət mənzili 335 km təşkil edib, maksimum sürəti isə saatda 35 km olmuşdur.

Kliment Voroşilov
Tipi Ağır tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1939-1945
İstismara başlanması 1939
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruktor Zhozef Kotin, TsKB-2
Konstruksiya tarixi 1938-1939
İstehsalçı Kirov zavodu
İstehsal illəri 1939-1943
Xüsusiyyətləri
Ağırlığı 45 t
Zireh

Maksimum (ön tərəfdə): 90 mm (3,5 inç) Yan tərəflərdə: 75 mm (3,0 inç)

Arxa tərəfdə : 70 mm (2,8 inç)
Mühərrik 12-silindrli dizel mühərriki model V-2
Güc nisbəti 13 a.g./ton
Mühərrik gücü 600 a.g. (450 kW)
Əsas silah 76,2 mm tank silahı model F-34
Köməkçi silah 4 ədəd DT pulemyotu
Uzunluğu
  • 6,75 m
Eni 3,32 m
Hündürlüyü 2,71 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çox qülləli T-35 ağır tankının lazımi nəticəni verməməsindən sonra sovet tank konstrukturları bu tankı əvəz edə biləcək başqa bir tankın üzərində işləməyə başladılar. 1920-ci ildə təsdiq edilmiş T-35 tankı yüksək atəş gücünə malik olsa da, onun hərəkət qabiliyyəti və zireh xüsusiyyətləri olduqca zəif idi. İspaniya Vətəndaş Müharibəsi zamanı bu tankın daha yaxşı zirehlənməyə ehtiyacı olduğu aydın omuşdur.

Prototip istehsal olunmamışdan əvvəl keçirilən müsabiqəyə bir çox model qatılmışdır. Bütün maşınlarda ağır zireh, yay çubuğuna əsaslanan asqı sistemı və geniş tırtıllar var idi. SMK-nın ilk modelində T-35 tankının beş qülləsi istifadə edilmişdir. Sonradan bu qüllələrin sayı üçə, daha sonra isə ikiyə endirilmişdir. Eyni formada, qüllələrin üzərlərində 76,2 mm və 45 mm-lik silahlar mövcud idi. Nəticədə, 2 prototip sifariş edilmiş və tək qülləli, lakin daha ağır zirehli olan model seçilmişdir. Bu tək qülləli model KV adlandırılmışdır. Kiçik gövdəsi və tək qülləsinə görə konstrukturlar tankın çəkisini nəzarət altında saxlayaraq zirehin qalınlığını artırmışdırlar.

KV-2 Ağır Artilleriya Tankının 152 mm-lik haubitsa versiyası. Ekipajı bu texnikanı Dreadnought adlandırmışdır. (Zaloga 1984:118–19).

Sovet İttifaqı Qış Müharibəsinə SMK, KV və onun üçüncü modeli olan T-100 ilə girmişdir. Bu müharibə tankları sınaqdan çıxarmaq üçün yaxşı bir fürsət olmuşdur. KV tankı SSRİ tərəfindən aparılmış olan hərbi əməliyyatlar zamanı digərlərinə nisbətən daha az zərər alaraq Finlandiya ordusunun tank əleyhinə silahlarına qarşı özünü sübut etmişdir. Gələcəkdə 76 mm-lik zirehli KV-1 Ağır Tankının üstünə 152 mm-lik haubitsa quraşdırılaraq, KV-2 Ağır Artilleriya Tankı kimi tanınan bir hücum silahı əldə edilmişdir.

45 tonluq KV sinifli tanklar digər tanklar arasında daha ağır olan bir tank idi. O, öz sinfinə aid olan Alman tanklarından iki dəfə daha ağır olması ilə seçilirdi. KV tanklarının zirehləri çox qalın idi ki, bu da öz növbəsində çox yaxın məsafədən atılan tank əleyhinə mərmilər istisna olmaqla, bu zirehin dağılmasını mümkünsüz edirdi. Atəş gücü çox yüksək idi. Zirehinin qalınlığına görə onun da özünəməxsus nöqsanları var idi. Tank çox yavaş idi və tankın sükanını hərəkət etdirmək olduqca çətin idi. Hərəkət mexanizmi xarab olardısa, onu təmir etmək mümkün deyildi. Tankın daxili erqonomikası çox zəif idi, həmçinin tankın daxilindən ətrafın müşahidə edilməsi imkanları məhdud idi. Edilən dəyişikliklər nəticəsində mühərrik gücləndirilmədi, bunun əvəzinə tankın zirehi qalınlaşdırıldı ki, bu da öz növbəsində texnikanın sürətinin daha da azalmasına səbəb oldu.

Sonrakı inkişaf mərhələləri

[redaktə | mənbəni redaktə et]
1941-ci ildə hazırlanmış KV-1E, Finlandiya Tank Muzeyi Parola şəhəri

1942-ci ildə almanlar döyüş meydanlarına çox sayda uzun qülləyə malik olan 50 və 75 mm-lik silahlar gətirmişdirlər. KV tanklarının zirehləri artıq bu silahlara qarşı effektiv təsirini itirmişdi. Tankın üstündəki 76.2 mm-lik silah isə, bu tankdan daha balaca, daha sürətli və daha ucuz olan T-34 orta sinif tankı tərəfindən də istifadə edilirdi. KV tankını istehsalı çətin idi və T-34 tankı ilə müqayisədə çox bahalı idi. Bir sözlə, çox ağır olmaq üstünlükdən daha çox artıq dezavantaja çevrilirdi.

Bununla belə, KV-1 tanklarının döyüş meydanlarında nümayiş etdirdikləri müvəffəqiyyətləri sayəsində Sovet tank proqramı çərçivəsində istehsalı davam etdirilirdi. Tank proqramındakı standartlaşdırilmadan sonra KV-1 tankıda T-34 tankı ilə eyni mühərrik, şassi və silahlarla təchiz edildi. Bundan əlavə, tankın üzərində müntəzəm olaraq düzəlişlər edilirdi.

Tank proqramı Ural dağlarında yerləşən "Tankograd" şəhərciyinə köçürüləndən sonra Sovetlərin KV-2 proqramı tamamilə dağıldı. KV-2 tankı kağız üzərində çox müvəffəqiyyətli bir tank kimi görünürdü. Texnika yavaş hərəkət edən bunker esminesi hesab olunurdu. Çox ağır olan tank qülləsini düz olmayan ərazidə çevirmək mümkün deyildi. Onun istehsalı da çox baha başa gəlirdi. 1940–1941-ci illərdə cəmi 250 KV-2 istehsal edilmişdir. Bu, ən az istehsal olunan Sovet tank modeli idi.

KV-1 1942, Fin Tank Muzeyi

Müharibə davam edərkən KV-1 tankları Alman tank əleyhinə silahlarına qarşı daha da qalın zirehlərlə təchiz edilməyə başlandı. Onun zirvə nöqtəsi olan KV-1 model 1942 (KV-1C) çox ağır zirehli tank kimi meydana çıxmışdır. Lakin onun mühərriki eyni formada böyüdülməmişdir. Nəticə çox yaxşı mühafizə edilən, həmçinin T-34 orta tankı ilə eyni atəş gücünə malik, lakin daha yavaş olan bir tank meydana çıxdı.

Mütəmadi olaraq gələn şikayətlərdən sonra yüngül çəkili KV-1S (rus dilində КВ-1С) modeli hazırlanmışdır. Daha zəif olan zirehi və gövdəsi bu tankı digər qardaşlarından daha sürətli etmişdir. Bundan da daha əhəmiyyətli olan o idi ki, KV-1S modeli Sovet tankları üçün bir ilk sayılan komandir üçün nəzərdə tutulmuş olan kiçik bir günbəz ilə təchiz olunmuşdu. Məhz buna görə də, tank komandiri hər tərəfi görmək imkanı əldə etmişdi. Buna baxmayaraq, T-34 tankları bu yüngül zirehli KV modeli ilə eyni işləri görürdü və bu tankın istehsal xərcləri də daha aşağı idi. 1943-cü ilə qədər Sovet İttifaqının ağır tank proqramı ləğv edilmişdir.

1943-cü ilin yayında Almanların Panter tankının meydana çıxması ilə Qırmızı Ordu 1941-ci ildən bəri ilk dəfə olaraq KV layihəsində ciddi dəyişikliklər həyata keçirmişdir. Almanların döyüş meydanlarına yenicə gətirmiş olduqları Panter və Tiger tanklarına qarşı çıxmaq üçün Sovetlərin tanklarının daha böyük silahlara ehtiyacı olduğu məlum olmuşdur.

KV tanklarına edilmiş olan müvəqqəti modifikasiyalar ilə KV-85 modeli əldə edilmişdir. KV-13 modeli KV-1S modelinə yeni qüllə yerləşdirilərək yaradılmışdır. Bu qüllənin üstündə əvvəllər SU-85 və ilk dəfə T-34–85 modellərində istifadə edilən 85 mm-lik bir ədəd D-5T topu mövcud idi. Həmin dövrdə istehsalına çox böyük ehtiyac duyulan möhtəşəm KV-85 tankının istehsalı prosesi də olduqca ləng gedirdi. KV modellərinin istismarına xitam verilənədək cəmi 130 ədədinin istehsalı mümkün olmuşdur. Bu tanklar 1943-cü ilin payız və 1944-cü ilin qış aylarında istehsal edilmiş KV-85 tankları yaz və yay aylarında istifadə edilmişdir.

KV-13 modelinə əsaslanaraq istehsal edilmiş olan yeni ağır tank versiyasının istehsalına 1943-cü ildən başlanılmışdır. . Kliment Voroşilovun siyasi karyerasının başa çatmasına görə istehsal edilmiş olan yeni tank layihəsinə Stalinin adının şərəfinə İosef Stalin tankı adı verilmişdir. KV-13 modeli əsasında hazırlanmış olan IS-85 prototipi qəbul edilmiş və bu prototip əsasında İS-1 ağır tankının istehsalına başlanılmışdır. 100 mm-lik və 122 mm-lik toplar arasında aparılmış çoxsaylı testlər nəticəsində bu yeni döyüş texnikasında 122 mm-lik toplardan istifadə edilməsi məqbul görülmüşdür. Aparılmış yer testləri nəticəsində böyük A-19 122 mm top mərmilərinin Alman Panter tanklarını zərərsizləşdirdiyi görülmüşdür. 122 mm-lik toplar 100 mm-lik toplardan çox daha böyük olan HE mərmiləri atmağı bacarırdı və öz növbəsində də bu silahları və sursatları istehsal etmək üçün SSRİ-nin əlində çox böyük resurslar mövcud idi. IS-85 tankları öz yerlərini IS-122 dizaynlarına vermışdilər. Bu konstruksiya dəyişikliyi gələcəkdə çox sayda istehsal ediləcək olan İS-2 tanklarının başlanğıc nöqtəsini təşkil etmişdir. 85 mm-lik topdan isə öz növbəsində yüngül olan SU-85 və T-34–85 modellərində istifadə edilmişdir.

Bəzi KV tankları müharibənin axırına kimi istifadə edilmişdir. Lakin onların əksəriyyəti məhv edilmişdir.

  • KV-1
    • Model 1939
      KV-1 modeli 1939
      – İlk istehsal edilmiş model olan bu tanklar mexaniki cəhətdən nasazlığa meyilli olsalar da, Qış Müharibəsində almanların tank əleyhinə silahlarına qarşı böyük müqavimət göstərmələri ilə seçilmişdirlər. Bu tankların 76 mm-lik bir ədəd L-11 tank silahları mövcud idi. Onların əksəriyyətinin gövdə hissəsində pulemyotları yox idi. "141" ədəd istehsal edilmişdirlər. Rəngli rəsm
    • Model 1940 (Alman versiyası: KV-1A) – 76 mm-lik F-32 topu və yeni top qalxanı ilə təchiz edilmişdir. Rəngli rəsm
    • Model 1940 s ekranami ("geniş görünüş") və ya KV1-E – Bu versiyanın zirehləri boltlu polad lövhələrlə gücləndirilmişdir və F-32 topundan istifadə edilmişdir. rəngli rəsm
    • Model 1941 (KV-1B) — Qüllə, gövdə və yan tərəflərinin zirehləri 25 mm ilə 35 mm-ə çatdırılmışdır. Qüllənin zirehi tökmə zireh olub qaynaqla möhkəmləndirilmişdir. Tanka əsas silahı olaraq əvvəlcə uzun lüləli F-34 tank silahı, daha sonra isə 76,2 mm-lik ZiS-5 silahı quraşdırılmışdır.
    • Model 1942 (KV-1C) – Qülləsi tamamilə tökmə və ya qaynaqlanmış zirehlə əhatələnmişdir. Onun mühərriki təkmilləşdirilmişdir və silah kimi 76 mm-lik ZiS-5 tank silahından istifadə edilmişdir.
    • KV-1S – Daha yüngül və daha sürətli olan bu versiya 1942-ci ildə hazırlanmışdır. Onun zirehi zəif idi. Onun yeni kiçik və tökmə qülləsi və yenidən hazırlanmış olan arxa gövdəsi mövcud idi. Bu versiyadan 1370 ədəd istehsal edilmişdir. Rəngli rəsm
  • KV-85 – KV-1S modelinə 85 mm-lik D-5T topu olan IS-1 qülləsi quraşdırılmışdır. 1943-cü ilin sentyabr və oktyabr ayları arasında 130 ədəd istehsal edilmişdirlər. Onlar İS tankları istehsal olunana qədər müvəqqəti həll yolu kimi istifadə edilmişdirlər.
  • KV-13 — KV seriyalı tankların yenidən işlənmiş modeli olmuşdur. Adı dəyişdirilən bu model daha sonra İS-2 tankı kimi istehsala buraxılmışdır.
  • KV-4 — KV seriyası üçün N. L. Duxov tərəfindən hazırlanmış yeni modeldir. 107 mm-lik Zis-6 silahı onu çox güclü etmişdir.

Mühərrikləri: M-40, 2X V-2K-F (2 ədəd dizel mühərriki)

  • Silahları:
    • Əsas silahı: 107 mm-lik uzun Zis-6 topu
    • 122 mm-lik D-2–5T uzun topu
    • 122 mm-lik D-25T uzun topu
    • 107 mm-lik ZiS-24 və çox uzun ZIS-6 topu
  • KV-220 — KV-1 modelinin təkmilləşdirilmiş versiyasıdır. Zis-5 topu və 100 millimetrlik zirehi onu çox güclü etmişdir. İnkişafına 1940-cı ilin yaz və yay aylarında başlanılsa da, mühərrikinin zəif olmasına görə istehsalı dayandırılmışdır.

Qırmızı Ordunun İkinci Dünya Müharibəsi dövründə istifadə etdiyi tanklar

[redaktə | mənbəni redaktə et]
Qızıl Orduya aid tankların xüsusiyyətləri
T-35 T-100 SMK KV-1

M1940
KV-1

M1941
KV-1

M1942
KV-1S

M1942
KV-85

M1943
İS-2

M1945
İS-3

M1945
Ekipajı 11 7 7 5 5 5 5 4 4 4
Ağırlığı 45 t 58 t 55 t 43 t 45 t 47 t 42.5 t 46 46 t 46.5 t
Əsas silahı 76.2 mm

M. 27/32
76.2 mm

L-11
76.2 mm

L-11
76.2 mm

F-32
76.2 mm

F-34
76.2 mm

ZiS-5
76.2 mm

ZiS-5
85 mm

D-5T
122 mm

D-25T
122 mm

D-25T
Sursatı 100 mərmi 111 111 114 114 70 28 28
İkinci silahı 2×45 mm, 5×7.62 mm 45 mm 45 mm 2×DT pulemyotu 4×DT 4×DT 4×DT 3×DT 2×DT, DShK 2×DT, DShK
Motoru 500 hp

M-17M gas
500 hp 850 hp

AM-34
600 hp

V-2K dizel
600 hp

V-2
600 hp

V-2
600 hp

V-2
600 hp

V-2
600 hp

V-2
600 hp

V-2-IS
Yanacaq 910 L 600 L 600 L 600 L 975 L 975 L 820 L 520 + 270 L
Yol sürəti 30 km/s 35 km/h 36 km/h 35 km/h 35 km/h 28 km/h 45 km/h 40 km/h 37 km/h 37 km/h
Mənzili 150 km 150 km 335 km 335 km 250 km 250 km 250 km 240 km 150 (225) km
Zirehi 11–30 mm 20–70 mm 20–60 mm 25–75 mm 30–90 mm 20–130 mm 30–82 mm 30–160 mm 30–160 mm 20–220 mm
Mənbə: Zaloga & Grandsen (1984:119, 176), onwar.com.
  • KV-2 (334) – Ağır hücum silahı olan texnika M-10 152 mm-lik haubitsa ilə silahlandırılmışdır. KV-1 ilə eyni vaxtda istehsalına başlanılmışdır. Malik olduğu ağır qülləsi və silahı sayəsində KV-2 KV-1 modelindən daha yavaş və daha böyük idi. Tankın çox böyük çəkisi tankın çox tez sıradan çıxmasına səbəb olurdu. Buna görə istehsalı dayandırılmışdır. Orijinal KV-2 əvvəlcə KV-1 şassisi üzərində, daha sonra dizayn edilmiş olan KV-2B isə KV-1 M1940 şassisi üzərində istehsal olunmuşdur. Rəngli rəsm
  • KV-8 (42) – KV-1 qülləsində pulemyotun yanına ATO-41 model alov qurğusu quraşdırılmışdır. Alov qurğusuna yer açmaq üçün daha kiçik olan 45 mm-lik M1932 topundan istifadə etmək qərara alınmışdır. Görünüşü dəyişdirilmiş olan bu top standart 76 mm-lik top kimi görünürdü. Rəngli rəsm
  • KV-8S (25) – KV-1S tankında mövcud olan ATO-41 alov qurğusunun əvəzinə qüllədə koaksial pulemyot yerləşdirilmiş versiyasıdır.
  • KV-14 – 152 mm- lik özüyeriyən haubitsa kimi dizayn edilmiş olan texnikanın sonradan SU-152 adı altında istehsalına başlanılmışdır. Rəngli rəsm

Xidmət keçmişi

[redaktə | mənbəni redaktə et]
Kovnoda məhv edilmiş KV-1 tankı

Barbarossa əməliyyatı başlayan zaman Qırmızı Orduda 508 ədəd KV tankı mövcud idi. (Zaloga & Grandsen 1984:125). Faşist Almaniyasının ordusu olan Wehrmachtın əlində olan tanklar və tank əleyhinə silahlar KV tanklarını zərərsizləşdirmək üçün kifayət qədər güclü deyildi. Bunun üçün hava dəstəyinə, 105 mm-likhaubitsaların və ya 88 mm-lik topların köməyinə ehtiyac var idi. 23–24 iyun tarixlərində tək bir KV-2 tankı Almaniyanın 6-cı Panzer Diviziyasının tanklarını Litvanın Raseiniai şəhərində yerləşən Dubissa çayı üzərindəki körpü başında bir gün ərzində gözlətmişdir. Bu hadisə nəticəsində Leninqrad hücumunda iştirak etməli olan Almanların 4-cü tank qrupunun (Panzergruppe 4) bölmələrinin dəstək alması yubanmış və cəbhənin vəziyyəti dəyişmişdir. (Zaloga & Grandsen 1981:10–12).

Krasnoqvardeysk

[redaktə | mənbəni redaktə et]

14 avqust 1941-ci ildə Almaniyanın qabaqda hərəkət edən 8-ci tank diviziyasına məxsus olan qoşunlar Leninqradın yaxınlığındakı Krasnoqvardeysk şəhərində 5 ədəd KV-1 tankı ilə üz-üzə gəlmişdir. Sovet tankları bataqlığın yanında yerləşən meşədə çox yaxşı gizlənmişdilər. KV-1 tanklarından 864 nömrəli tankda olan leytenant Kolobanov dəstəyə komandirlik edirdi.

Bataqlıqdan yalnız bircə yol keçirdi və bu yolun düz qarşısında yerləşən meşəlik Qırmızı Ordunun texnikalarına coğrafi üstünlük təmin edirdi. Leytenant Kolobanov döyüşdən bir gün əvvəldə ərazini gəzmiş və hücum planını nəzərdən keçirdərək onun ilə tanış olmuş və planın üzərində bir daha işləmişdir. Hər bir KV-1 tankı normalda daşımalı olduğu sursatdan iki dəfə çox sursatla yüklənmişdi. Bundan əlavə onlar özləri ilə çoxlu zireh dağıdan mərmilər də götürmüşdülər. Kolobanov digər tank komandirlərinə özü əmr vermədən atəşə başlamamaqları haqqında əmr vermişdir. Bütün tanklarını üzə çıxarmazdan əvvəl tanklardan yalnız biri düşmənlə döyüşə girəcək, daha sonra qaçacaq və alman tankları bu qaçan tankı təqib edərkən tələyə düşəcəkdilər.

Avqustun 14-də Almanların 8-ci Panzer diviziyasının aparıcı bölmələri birbaşa tələyə düşdülər. Kolobanovun tankı tərəfindən vurulmuş birinci alman tankının tank əleyhinə minaya düşdüyünü düşünən digər alman tankları olduqları yerdə dayandılar. Bu arada ikinci alman tankı da vuruldu. Bunun mina olmadığını başa düşən almanlar meşə istiqamətində atəş açmağa başladılar. Lakin almanlar hədəfi görmədən boş yerə atəş açırdılar. Bu vaxt Kolobanov ən arxada dayanmış olan alman tankını da vuraraq qalan alman tanklarının qaçış yollarını bağlamışdır.

Almanlar gec də olsa başa düşdülər ki, onlara atəş açan Kolobanovun tankıdır. Lakin bu zaman ərzində Kolobanov artıq düşmənin gözündən uzaqlaşaraq gizlənmişdir. Yoldan çıxan panzer tankları isə bataqlıqda ilişib qalaraq açıq hədəfə çevrilirdilər. 22 ədəd Alman tankı və 2 yedəkdə daşınan top Kolobanovun komandanlığı altında olan 864 nömrəli tank tərəfindən mərmiləri bitənə qədər açılan atəş ilə məhv edilmişdir. Kolobanovun əmri ilə atəşə başlayan digər KV-1 tankları da yarım saatlıq atışmadan sonta daha 21 alman tankını məhv etmişdirlər.

Döyüşdən sonra 864 şassi nömrəli texnikanın almanlar tərəfindən ümumilikdə 135 dəfə vurulduğu görülmüşdür. Lakin KV-1 tanklarının zirehi bu kiçik çaplı atışlara qarşı davamlı idi. Bu müvəffəqiyyətinə görə Kolobanov Lenin ordeni, sürücüsü Usov isə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.

Bu münaqişə hər nə qədər də Sovet İttifaqı tərəfindən böyük bir müvəffəqiyyət kimi təqdim edilsə də, bu döyüşdə sovet tanklarının qarşılaşdıqları alman tanklarının əksəriyyəti 2 sm KwK 30 tank silahı daşıyan Panzer II modellərindən və az sayda 37 mm KwK 36L/46.5 daşıyan Panzer III modellərindən ibarət idi. Almanların bu tanklarının tank silahları atış məsafəsi və güc baxımından KV-1 tanklarına aid olan 76 mm-lik tank silahı ilə müqayisədə olduqca zəif idi. Həmçinin, dar tırtıllı nəqliyyat vasitələrinin bataqlıqda hərəkət etmək üçün şansları da çox deyildi.